“Peşə təmayüllü siniflərin təşkili” layihəsi ölkə üzrə 2200 şagirdi əhatə edəcək
Bakı, 3 avqust, AZƏRTAC
“Peşə təmayüllü siniflərin təşkili” layihəsi 2021-2022-ci tədris ilində ölkə üzrə minimum 2200 şagirdi əhatə edəcək.
AZƏRTAC xəbər verir ki, bunu hesabat tədbirində layihə rəhbəri Xanım Şabanova deyib. O bildirib ki, layihə çərçivəsində 2021-2022-ci tədris ilində peşə təmayüllü yeni siniflər açılacaq. Bununla da paytaxt və bölgələri əhatə etməklə siniflərin sayı 80 məktəbdə 124-ə çatacaq.
Qeyd edək ki, “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Eyni zamanda, təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsidir.