İDMAN
PEŞƏKAR LİQADA AZƏRBAYCANI ABU TƏMSİL EDƏCƏK
ABU-nun məşqçisi Rəfiqə Şabanova xəstələndiyinə görə, ABU-ya yığma komandanın məşqçisi Valeri Pevnitski başçılıq edəcəkdir. Krasnodara 14 nəfərdən ibarət heyət, o cümlədən Anna Çuquyenko, Lyubov Kovalyova, Rumiyyə Xametova, Marina Tankatskaya, Nino Sivtsivadze, Yekaterina Jijiaşvili, İrina Axromeyeva, Anna Cəfərova, Leyla İsmayılova, Oksana Şevçik, Səbinə Babayeva, Səkinət Abbasova, İnna Annenko və Gülnarə Nağıbəyova gedəcəklər. Yuliya Deryabina zədə aldığından Bakıda qalacaqdır. Yekaterina Ruzayeva isə ABU-ya Rusiyada qoşulacaqdır.
Bu turnir bir aydan sonra çətin imtahan – Avropa çempionatının qrup mərhələsinin oyunları ilə üzləşəcək milli komandamız üçün çox faydalıdır. Məlum olduğu kimi, komandamız ikinci qrupa düşmüşdür. Burada onun rəqibləri Slovakiya, Litva, Portuqaliya, Yunanıstan və Finlandiya həndbolçuları olacaqlar. Oyunlar noyabrın 21-27-də Portuqaliyada keçiriləcəkdir.
Mətbuat xidmətindən onu da bildirmişlər ki, bir neçə gün ərzində 3 hakimimiz Avropa kuboklarının növbəti oyunlarında iştirak etmişdir. İsgəndər Əsgərov ukraynalı Sergey Şal ilə birlikdə Makedoniyada yerli “Skopye” ilə Belarusun “Region” komandası arasında Kuboklar kuboku çərçivəsində keçirilmiş iki oyuna, həmin turnirdə Türkiyənin “Polis Akademiyası” və İsrailin “ACA” komandaları arasında iki oyuna isə Vaqif Əliyev və Ələkbər Ağakişiyev hakimlik etmişlər. Nəhayət, həmin turnirdə Krasnodarın “Kuban” və Sloveniyanın “Seliey” komandaları arasında iki oyunda Vladimir Neçay nümayəndə olmuşdur.