“Peyk şəkillərinin ilkin təhlili” adlı kitab nəşr edilib
Bakı, 25 may, AZƏRTAC
AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov və Avstraliyanın Sidney şəhəri, Makkuori Universitetinin akademik üzvü, AMEA-nın fəxri üzvü, professor Əliəkbər Rəsulinin birgə müəllifliyi ilə “Peyk şəkillərinin ilkin təhlili” adlı kitab nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, peyk şəkillərinin təhlili üzrə məlumat əldə etmək məqsədilə hazırlanmış dərslik coğrafiya və ekoloji menecment ixtisasında təhsil alan tələbələr, eləcə də gənc tədqiqatçılar üçün nəzərdə tutulub.
Dörd fəsildən ibarət kitabda dərslər “ArcGIS”də işləmə ardıcıllığı üzrə verilib. “ArcGIS” proqram təminatı daxilində “ArcMap”, “ArcCatalog” və “Arctoolbox” və “Image Analysis” pəncərəsindəki menyu alətləri ilə işləmək imkanı yaradır. Bununla Azərbaycan Respublikasının landşaft peyk şəkilləri üzərində işləyən tələbələr çoxfunksiyalı alətlərlə tanış olmaq fürsəti əldə edirlər.
Kitab dünyanın səkkiz dilinə tərcümə edilərək nəşr olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]