Piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş sürücü saxlanılmışdır
Bakı, 5 noyabr (AZƏRTAC). Sumqayıt şəhərində Narıncı Şahverdiyevanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir.
Şəhər polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Wolksvagen” markalı avtomaşının sürücüsü Zaur Mirzəyev tərəfindən törədildiyi müəyyən edilmiş və o, saxlanılmışdır.
Paytaxtın Binəqədi rayonunda isə Abşeron rayon sakini Elmir Əliyev idarə etdiyi “Mercedes” markalı avtomaşınla Bakı sakini Atakişi Quliyevi vurmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmamışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]