PLATFORMA 2-Cİ RÜBDƏ İSTİSMARA VERİLƏCƏK
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, 15 min ton ağırlığında Şərqi Azəri platformasının (ŞA) üst modullarının inşası Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsində aparılır. Tikinti işləri cədvəl üzrə, nəzərdə tutulan 81 faizə qarşı 90 faiz tamamlanmışdır. Bütün modullar və qazma buruğu artıq birləşdirilmiş göyərtə üzərinə quraşdırılmış, bununla da üst modulların yığılması 82 faiz tamamlanmışdır.
Şərqi Azəri platformasının dayaq blokunun BDÖZ tikinti-quraşdırma sahəsində quraşdırılması işləri də başa çatdırılmışdır və dayaq bloku dənizdəki quraşdırma sahəsinə yola salınmaq üçün STB-1 daşıma barjı üzərinə yüklənmişdir.
Platformanın dənizdə quraşdırılması 2006-cı ilin ikinci rübündə başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 08.10.2026 [11:27]
Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib
- 08.10.2026 [11:22]