Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibi seçilib
Bakı, 19 noyabr, AZƏRTAC
AMEA Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, iclası institutun baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov açaraq “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq bəndinə əsasən Gənc Alim və Mütəxəssislər Şurasının tərkibinin yenidən seçilməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, bu qanunun müvafiq bəndinə əsasən institutda fəaliyyət göstərən Şurada yaşı 35-i keçənlərin üzvlüklərinə xitam verilməlidir.
Sonra Şuranın sədri kimya üzrə fəlsəfə doktoru, dosent Sevil Maşayevanın hesabat xarakterli çıxışı dinlənilib. O, hazırkı tərkibdə yaş həddi 35-i keçənlərin olduğunu bildirib. Bununla əlaqədar olaraq, açıq səsvermə yolu ilə Şuranın yeni idarə heyəti və tərkibi təsdiq olunub. İnstitutun kiçik elmi işçiləri Günel Qurbanlı sədr, Ülviyyə İsmayılova isə sədr müavini seçilib.
İclasın sonunda Şuranın gələcək fəaliyyəti ilə bağlı təklif və tövsiyələr verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]