REGİONLAR
Polis Bərdədə əməliyyat keçirib, qaçaqmalçılıqla narkotik gətirənlər saxlanılıb




Bərdə, 1 fevral, AZƏRTAC
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elcan Mirzəyev və Əhməd Əhmədzadə saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, həmin şəxslərə məxsus 5 kiloqram marixuana aşkarlanaraq götürülüb. Onlar əvvəlcədən əlbir olaraq narkotiki İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə gətiriblər və Bərdə rayonunda satışını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.