“Politico”: Bir sıra ölkənin liderləri fevralın 24-də Kiyevə səfər edəcək
Bakı, 21 fevral, AZƏRTAC
Bir sıra ölkənin liderləri və Avropa siyasətçiləri təhlükəsizlik zəmanətləri barədə müzakirə aparmaq və Vladimir Zelenskiyə dəstək olmaq üçün fevralın 24-də Kiyevə səfər edəcəklər.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, İspaniyanın Baş naziri Pedro Sançes, həmçinin Avropa İttifaqı Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen səfər planlarını artıq açıqlayıblar. Eyni zamanda, Latviya, Litva, Malta və Kanada liderləri ya şəxsən, ya da videobağlantı ilə tədbirə qoşulacaqlar. Avropa Parlamentinin sədri Roberta Metsola da müzakirədə iştirak etməyi planlaşdırır.
Nəşrin məlumatına görə, Xorvatiya, Danimarka, Norveç, Finlandiya, Polşa, Estoniya, İsveç, Belçika, İrlandiya, Niderland və Almaniya isə öz siyasətçilərinin görüşdə mümkün iştirakı ilə bağlı sorğuya cavab verməyiblər. Çexiya lideri isə görüşdə iştirak etməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]