“Politico”: Mark Rütte ABŞ-ni NATO-da saxlamağa çalışır
Bakı, 22 may, AZƏRTAC
NATO-nun Baş katibi Mark Rütte daha çox Amerika silahı alacağını və Avropada silah istehsalını artıracağını vəd etməklə ABŞ-ni alyansda saxlamağa ümid edir.
AZƏRTAC xəbər verir ki, “Politico” qəzeti bu barədə alyansdakı mənbələrə istinadla məlumat yayıb. Məlumatda deyilir ki, NATO-nun Baş katibi son həftələrdə alyans üzvlərini hərbi istehsalatı və müdafiə müqavilələrini kəskin şəkildə artırmağa çağırmaq üçün kampaniya aparır. Bu, alyansın arsenalındakı çatışmazlığı aradan qaldırmaqla yanaşı, ABŞ Prezidenti Donald Trampa da “siqnal” olacaq. Mark Rütte bu yolla iyul ayında Ankarada keçiriləcək NATO sammitinin uğurunu təmin etməyə çalışır.
Nəşrin mənbələrinin sözlərinə görə, Mark Rütte NATO-nun Avropa üzvlərindən Ankara sammiti üçün bütün müdafiə istehsalı və tədarük planlarının siyahılarını hazırlamağı xahiş edib. Sammitin bəyannaməsinin NATO-nun hələ rəsmi olaraq açıqlamadığı müqavilələrlə dolu olacağı gözlənilir.
Ekspertlərin sözlərinə görə, NATO-nun ABŞ-dən silah tədarükündə daha fəal iştirakı Avropa müdafiə sənayesi şirkətlərini stimullaşdırmaq üçün Brüsselin təşəbbüsü ilə ziddiyyət təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [11:50]
Pakistanın naziri Tehranda müzakirələri davam etdirir
- 22.05.2026 [11:43]
Proqnoz: 2026-cı ildə dünyada elektromobillərin satış payı 30 faizə çatacaq
- 22.05.2026 [11:41]
Paris polisi təhlükəsizlik avadanlığı olmadan qülləyə dırmanan gənci saxladı
- 22.05.2026 [11:04]
Rusiya Ermənistana tədarük etdiyi qazın qiymətini qaldıracaqmı?
- 22.05.2026 [09:09]