POLŞA DÜNYA TİCARƏT TƏŞKİLATINA ÜZVOLMA PROSESİNDƏ AZƏRBAYCANA DƏSTƏK VERMƏYƏ HAZIRDIR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu barədə sentyabrın 11-13-də Varşavada Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın birinci iclasında qeyd olunmuşdur.
Bundan əlavə, iclasda tərəflər qanunvericiliyin Avropa İttifaqı tələblərinə uyğunlaşdırılması, bank nəzarəti, qiymətli kağızlar bazarının inkişafı, maliyyə sabitliyi, əqli mülkiyyətin qorunması, texnoloji parkların və iqtisadi zonaların yaradılması sahələrində təcrübə mübadiləsi aparmaqda maraqlı olduqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, 2005-ci ildə Azərbaycan ilə Polşa arasında ticarət dövriyyəsi 22,6 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 3,7 faiz çoxdur. Cari ilin ilk 6 ayında ticarət dövriyyəsi 11,7 milyon dolları ötmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:20]
2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir
- 16.10.2026 [13:43]
Azərbaycanda ət və yumurta istehsalı artıb
- 16.10.2026 [13:41]