Polşa ilə enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 19 iyun, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov ilə “PKN Orlen” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Daniel Obaytek arasında görüş olub.
AZƏRTAC xəbər verir ki, görüşdə “PKN Orlen” Şirkətlər Qrupunun fəaliyyət istiqamətləri, xam neftin tədarükü üzrə SOCAR ilə mövcud əməkdaşlığına dair fikir mübadiləsi aparılıb. “PKN Orlen” Şirkətlər Qrupunun Azərbaycan ilə müxtəlif sahələrdə geniş əməkdaşlığa marağı ifadə edilib.
Söhbət zamanı Azərbaycanın Avropaya qaz tədarükünün artırılması, həmçinin “yaşıl enerji”nin yeni infrastrukturlarla nəqli üzrə Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələri, həyata keçirilən bərpaolunan enerji layihələri barədə məlumat verilib. Polşa şirkətləri ilə əməkdaşlıq üçün perspektiv istiqamətlər diqqətə çatdırılıb və Azərbaycanın enerji sahəsində əlaqələrin inkişafına dəstək verməyə hazır olduğu qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]