Polşa miqrantların bütün Avropaya köçürülməsi ilə bağlı qərarın qəbuluna mane olub
Bakı, 7 oktyabr, AZƏRTAC
Polşa Qranadada keçirilən Avropa İttifaqının qeyri-rəsmi sammitində qeyri-qanuni miqrantların bütün Avropaya köçürülməsi ilə bağlı qərarın qəbuluna mane olub.
AZƏRTAC xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Polşa hökuməti Aİ-nin bütün Avropaya yaymaq istədiyi qeyri-qanuni miqrasiya dalğasının qarşısının alınmasının yeganə təminatçısıdır.
"Mən miqrasiya ilə bağlı hissəyə veto qoymağa qərar verdim" - deyən Moravetski, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin bu mövqeyi qəbul etdiyini söyləyib. “Yekun sənədlərdə miqrasiya ilə bağlı heç bir bənd yoxdur”, - Polşa hökumətinin başçısı qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib
- 02.10.2026 [14:43]
FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb
- 02.10.2026 [13:58]