RƏSMİ XRONİKA
POLŞA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB LEX KAÇİNSKİYƏ
Hörmətli cənab Prezident,
Fransanın cənub-şərqində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Polşa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
23 iyul, 2007-ci il.