Polşa Ukraynanın döyüş təyyarələri ilə təminatında təkbaşına hərəkət edə bilməyəcək
Varşava, 12 fevral, AZƏRTAC
Polşa Ukraynanın döyüş təyyarələri ilə təminatında təkbaşına hərəkət edə bilməyəcək və bunun üçün müttəfiqlərin razılığı lazımdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Polşa Prezidenti Andjey Duda BBC kanalına müsahibəsində bildirib.
Fevralın 16-17-də Böyük Britaniyaya nəzərdə tutulan səfəri öncəsi dövlət başçısı diqqətə çatdırıb ki, Polşaya məxsus F-16 qırıcılarının Ukraynaya verilməsi olduqca ciddi qərardır və bu qərar asanlıqla verilə bilməz. Polşa NATO üzvü olduğuna görə, belə bir qərar alyansın ümumi qərarı olmalıdır.
Polşanın silahlı qüvvələrində ABŞ istehsalı olan bu tip təyyarələrin sayı əlliyə yaxındır və bu, Polşanın özünün hava məkanını qorumaq üçün belə yetərli deyil. Digər tərəfdən bu qırıcıların Ukraynanın sərəncamına verilməsi texniki baxış, təlim və s. kimi bir sıra logistik çətinliklərlə də bağlıdır.
Qeyd edilməlidir ki, Polşa dəfələrlə NATO tərəfdaşlarını Ukraynaya tankların ardınca döyüş təyyarələrinin də tədarük olunmasına razılıq verilməsinə çağırıb. Baş nazir Mateuş Moravietski bu mövzu ilə bağlı bildirib ki, bütün NATO tərəfdaşlarının razılığı olduğu halda, onun ölkəsi yalnız döyüş təyyarələrinin göndərilməsinə tərəfdardır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]