Polşada III Avropa Oyunları davam edir
Krakov, 23 iyun, AZƏRTAC
Polşada III Avropa Oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, iyunun 23-də 36 medal dəsti sahibini tapacaq.
Bu gün taekvondo, boks, stolüstü tennis və kamandan oxatma yarışlarında mübarizəyə start veriləcək. Daha əvvəl başlayan atıcılıq, atletika, qayayadırmanma, padel, sprint-kanoe, basketbol 3x3, suyatullanma və sinxron üzgüçülükdə yarışlar davam edəcək.
Karatedə isə mübarizə yekunlaşacaq.
Azərbaycan idmançıları bu növlərdən boks, taekvondo, karate və kamandan oxatmada qüvvəsini sınayacaqlar.
Boks
15:00-23:15. Kişilər, 57 kq, 1/16 final
Ümid Rüstəmov - Ronald Veres (Macarıstan)
Kişilər, 63,5 kq, 1/16 final
Malik Həsənov - Bartlomey Roskoviç (Polşa)
Taekvondo
Kişilər, 54 kq, 1/8 final
12:00. Səyyad Dadaşov - Xalid Abdel Halim (Almaniya)
Qadınlar, 46 kq, 1/8 final
13:00. Minayə Əkbərova - Sofiya Zampetti (İtaliya)
Qadınlar, 49 kq, 1/8 final
13:00. Patimat Abakarova - Sufarada Kisskalt (Almaniya)
13:12. Kişilər, 58 kq, 1/8 final
Qaşım Maqomedov - Aymen Açnineni (Niderland)
Karate
11:00. Kişilər, kata,
11:00. Qadınlar, 68 kq, B qrupu
İrina Zaretska - Qalina Malnik (Ukrayna)
İrina Zaretska - Anita Makiyan (Ermənistan)
İrina Zaretska - İzabel Nyeto (İspaniya)
11:00. Kişiər, 75 kq, B qrupu
Fərid Ağayev - Andriy Zaplıtnı (Ukrayna)
Fərid Ağayev - Daniele Devivo (İtaliya)
Fərid Ağayev - Migel Qonsalveş (Portuqaliya)
11:00. Qadınlar, 68 kq, A qrupu
Fəridə Əliyeva - Mariya Torres (İspaniya)
Fəridə Əliyeva - Krio Ferracutti (İtaliya)
Fəridə Əliyeva - Lusiya Lesyak (Xorvatiya)
11:00. Kişilər, 84 kq, B qrupu
Asiman Qurbanlı - Babakar Sek (İspaniya)
Asiman Qurbanlı - Boqita Arkana (Gürcüstan)
Asiman Qurbanlı - Aness Bostanziç (Bosniya və Herseqovina)
Kamandan oxatma
15:00. Qadınlar, fərdi yarışlar
Yaylagül Ramazanova
Atıcılıq
10:45. Tapança, 10 m, qarışıq komanda yarışı
Azərbaycan yığması (Ruslan Lunyov, Nigar Nəsirova).
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.