POLŞALI ZADƏGAN AMERİKALILARDAN 275 MİLYON DOLLAR TƏLƏB EDİR
Çetvertınskinin İkinci dünya müharibəsindən sonra kommunistlərin müsadirə etdikləri torpaq sahələri ilə əlaqədar ABŞ əleyhinə məhkəmə davası artıq 10 ilə yaxındır uzanır. Lakin onun iddiaları əvvəllər xeyli az idi - 1998-ci ildə ABŞ-dan cəmi 10 milyon dollar kompensasiya tələb edirdi.
ABŞ səfirliyinin nümayəndələri isə bildirirlər ki, Varşavada torpağı tamamilə qanuni əsasda almışlar və şikayətçiləri Polşanın hakimiyyət orqanlarına yönəldirlər. Bununla belə, Polşa hökumətinə əvvəllər müsadirə edilmiş torpaqların qaytarılması haqqında minlərlə tələb göndərilir. Narazılar arasında İkinci dünya müharibəsində zərər çəkən yəhudi təşkilatları, sənayeçilər və kübarlar da var. Belə ki, onların mülkiyyəti kommunistlərin hakimiyyəti illərində milliləşdirilmişdir. İddiaların bəziləri Polşanın müharibədən sonrakı sərhədlərinin dəyişdirilməsi nəticəsində qonşu Litva, Belarus və Ukraynaya keçmiş torpaq sahələrinə aiddir.