Portlend şəhərində etirazçılarla federal agentlər arasında toqquşmalar davam edir
Bakı, 25 iyul, AZƏRTAC
Artıq 50 gündən çoxdur ki, etirazların səngimədiyi ABŞ-ın Portlend şəhərində nümayişçilərlə federal agentlər arasında toqquşmalar davam edir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, onlarla etirazçı məhkəmə binası ətrafındakı səddi silkələməyə, pirotexnik vasitələr və yandırıcı maddələr atmağa başlayıb. Federal agentlər isə öz növbəsində etiraz aksiyasını dağıtmaq üçün qaz və səs qumbaralarından istifadə edib.
Bir qədər əvvəl ABŞ məhkəməsi Oreqon ştatının baş prokurorunun Portlend şəhərində etiraz aksiyaları zamanı federal hüquq-mühafizə orqanları tərəfindən həbslərin keçirilməsinə müvəqqəti qadağa qoymaq təklifini rədd edib.
Qeyd edək ki, mayın 25-də qaradərili Corc Floydun polis zorakılığı nəticəsində ölməsi ilə bağlı insidentdən sonra, Portlend də daxil olmaqla, ABŞ-ın bir sıra şəhərlərini etiraz dalğası bürüyüb. Aksiyalar çox vaxt toqquşmalarla müşayiət olunub. Prezident Donald Tramp asayişin bərpa olunması üçün yetərli tədbirlər görməyən ştat və bələdiyyə hakimiyyətindən narazılığını ifadə edib. Bu səbəbdən bəzi hallarda şəhərlərə hərbçilər və federal polis əməkdaşları yeridilib ki, bu da əksəriyyəti Demokratlar partiyasının nümayəndələrindən ibarət olan yerli hakimiyyət orqanları tərəfindən narazılıqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]