Portuqaliya fermerlərə dəstək üçün 204 milyon avro ayırıb
Bakı, 24 fevral, AZƏRTAC
Portuqaliyanın Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi aqroekoloji tədbirlərin görülməsi üçün fermerlərə stimul olaraq 204,1 milyon avro (221,2 milyon dollar) ödənildiyini açıqlayıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, rəsmi açıqlamaya görə, bu məbləğə torpağın mühafizəsi və sudan səmərəli istifadə kimi layihələrə subsidiyalar daxildir.
Dəstək tədbirləri Avropanın müxtəlif ölkələrində Brüsselin kənd təsərrüfatı siyasətinə qarşı etirazlarının gücləndiyi bir vaxtda elan olunub. Etirazlara qoşulan portuqaliyalı fermerlər ədalətli rəqabət və normal iş şəraiti tələb edərək yolları bağlayıblar. Onlar hökumətin uzun müddətdir ki, şikayətlərinə məhəl qoymadığını iddia edirlər.