Praqa zooparkında nəsli kəsilməkdə olan heyvan növlərindən balalar doğulub
Praqa, 7 aprel, AZƏRTAC
Praqa zooparkında ziyarətçilər indi nadir Vaqner pekarilərinin yeni doğulmuş balalarını görə bilərlər.
AZƏRTAC xəbər verir ki, donuzların nəslinə aid olan bu cütdırnaqlı heyvanların üç balası dünyaya gəlib və “Düzənliklər” adlı ekspozisiyada yerləşdiriliblər. Zoopark əməkdaşlarının sözlərinə görə, balaların vəziyyəti yaxşıdır.
1970-ci illərə qədər Vaqner pekariləri nəsli kəsilmiş və tarixə qovuşmuş hesab olunurdu. Onların vətəni olan Cənubi Amerikada meşələrin qırılması səbəbindən hazırda cəmi bir neçə min baş qalmaqdadır. Donuzkimilərə bənzəsələr də, pekarilər tüklərini pırpızlaşdıraraq həcmini artırır və bununla da yırtıcıları qorxuda bilirlər.
Praqa zooparkı Vaqner pekarilərini 2016-cı ildən bəri yetişdirir və 2019-cu ildə ilk dəfə bu növün çoxalmasına nail olub. Bununla da zoopark Avropada bu uğura imza atan üçüncü zooparka çevrilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]