Praqada Holokost mövzusunda qeyri-adi incəsənət layihəsi təqdim olunub
Praqa, 1 iyul, AZƏRTAC
Praqada tələbələrin “Space Gallery” sərgisində Holokost mövzusuna həsr olunmuş qeyri-adi incəsənət layihəsi nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, ekspozisiyanın əsas hissəsini Auşvits-Birkenau ölüm düşərgəsinin miniatür maketi, qaz kameralarının rekonstruksiyaları və tarixi sənədlərdən ilhamlanan instalyasiyalar təşkil edir.
Layihənin müəllifləri bildirirlər ki, məqsəd faciəni sensasiya predmetinə çevirmək deyil, ziyarətçiləri tarixi hadisələr üzərində düşünməyə sövq etməkdir.
Sərginin kuratorlarının fikrincə, memarlıq elementləri və kiçikmiqyaslı modellər Holokostun sənədləşdirilməsi və yaddaşın qorunması baxımından mühüm maarifləndirici vasitə rolunu oynayır. Ekspozisiya xüsusilə gənc auditoriyaya XX əsrin ən böyük humanitar faciələrindən birinin miqyasını və nəticələrini vizual şəkildə çatdırmağı hədəfləyir.