Premyer Liqa: "Neftçi" klubu bürünc medalı təmin edib
Bakı, 2 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXII turuna “Neftçi” - “Qarabağ” matçı ilə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, əzəli rəqiblərin görüşü Ağdam klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb.
“Bakcell Arena”da keçirilən matçda “Qarabağ”ın heyətində Ramil Şeydayev, Leandro Andrade və Abdullah Zubir fərqləniblər. Bakı təmsilçisinin qollarını isə Mateus Saldanya və Emin Mahmudov vurub. Qarşılaşmada “Neftçi”nin futbolçusu M.Saldanya avtoqolla da yadda qalıb.
“Neftçi” məğlub olmasına baxmayaraq sona 4 tur qalmış mövsümü bürünc medalla başa vuracağını rəsmiləşdirib.
“Sabah” klubu 74 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb və Bakı təmsilçisi üçün əlçatmaz olub. Lider “Qarabağ” isə xallarının sayını 81-ə yüksəldib. “Neftçi”nin hesabında 61 xal var.
Qeyd edək ki, turun bundan əvvəlki oyunlarında “Sumqayıt” “Kəpəz”i (1:0), “Turan Tovuz” “Zirə”ni (3:1) səfərdə, “Sabah” “Şamaxı”nı (1:0), “Qəbələ” isə “Səbail”i (4:2) evdə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:22]
Güləş Federasiyasında yeni komitə yaradılıb
- 16.06.2026 [10:53]
“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur
- 16.06.2026 [10:38]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək
- 16.06.2026 [10:37]
Dünya çempionatı: Fransa Seneqala qarşı
- 16.06.2026 [10:29]
“Sabah” qabonlu futbolçunun transfer hüquqlarına yiyələnib
- 16.06.2026 [07:25]
Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər
- 16.06.2026 [01:01]
Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [23:52]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [23:42]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [23:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [22:25]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [22:12]