Premyer Liqa: “Neftçi” səfərdə “Şamaxı”ya qalib gəlib
Bakı, 7 aprel, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XXIX turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Neftçi” Şamaxıda eyniadlı komanda ilə qarşılaşıb. Şamaxı şəhər stadionunda təşkil olunan görüş Bakı klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində yeganə qolları 42-ci dəqiqədə Ramil Şeydayev (penalti) və 89-cu dəqiqədə Filip Ozobiç vurublar.
Bu nəticədən sonra “Neftçi” 35 xalla 6-cı, “Şamaxı” isə 28 xalla 8-ci pillədə qərarlaşıb.
Turun son matçında “Sumqayıt” “Araz-Naxçıvan”nın qonağı olacaq. “Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, turun daha əvvəl keçirilmiş oyunlarında "Kəpəz" "Sabah"a, "Qarabağ" "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib. "Səbail" - "Turan Tovuz" görüşündə isə qapılara qol vurulmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]