Premyer Liqa: “Qəbələ” doğma meydanda rəqibinə qalib gəlib
Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, 4 gün əvvəl ölkə kubokunun yarımfinal mərhələsinin cavab matçında üz-üzə gələn "Qəbələ" və "Səbail" komandalar bu dəfə çempionat görüşündə qarşılaşıblar. "Qırmızı-qaralar" doğma meydanda rəqibinə 4:2 hesabı ilə qalib gəlib.
Matçda ilk qolu meydan sahibləri vurublar. 32-ci dəqiqədə Ramon Maçado komandasını önə çıxarıb. 37-ci dəqiqədə "Qəbələ" yenidən rəqibini meydanın mərkəzinə dəvət edib. Bu dəfə Petro Stasyuk avtoqol müəllifi olub. 49-cu dəqiqədə Əyyub Allaş 3-cü topu "dənizçilər"in qapısından keçirib. 69-cu dəqiqədə "Səbail"in yarımmüdafiəçisi Ruslan Hacıyev buraxılan qollardan birinin əvəzini çıxıb. Mirabdulla Abbasov 84-cü dəqiqədə fərqi minimuma endirib. Görüşdə son nöqtəni isə 90+4-cü dəqiqədə Maçado qoyub.
Bu qələbə ilə xallarını 48-ə çatdıran "Qəbələ" 4-cü pillədəki mövqeyini gücləndirib. 22 xalı olan "Səbail" isə sonuncu - 10-cu sırada qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" Qəbələdə "Kəpəz"ə, "Sabah" isə evdə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib. Tura mayın 2-də keçiriləcək “Neftçi” - “Qarabağ” oyunu ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]