Premyer Liqa: “Turan Tovuz” “Neftçi”ni, “Səbail” “Sabah”ı sınağa çəkəcək
Bakı, 24 fevral, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha iki matçı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk oyununda “Turan Tovuz” doğma meydanda “Neftçi”ni qəbul edəcək. Görüş saat 15:00-da start götürəcək.
Hazırda paytaxt təmsilçisi 35 xalla üçüncü, tovuzlular 30 xalla səkkizinci pillədə qərarlaşıb.
Günün ikinci qarşılaşmasında isə “Səbail” “Sabah”ı sınağa çəkəcək. “ASCO Arena”da oynanılacaq matç saat 17:30-da başlayacaq.
24 turdan sonra hər iki komandanın aktivində 31 xal var. “Səbail” beşinci, “Sabah” yeddinci sıradadır.
Qeyd edək ki, açılış oyununda “Kəpəz” “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib. Turun son iki matçı fevralın 25-də reallaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]