Prezident İlham Əliyev Daşkənddəki Konqres Mərkəzinə gəlib VİDEO
Daşkənd, 16 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün Konqres Mərkəzinə gəldi.
AZƏRTAC xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısını qarşıladı.