Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - YENİLƏNİB VİDEO

Xocavənd, 11 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına burada Quzeyxırman və Güneyxırman kəndlərində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlər barədə məlumat verilib.

Sonra Prezident İlham Əliyev hər iki kəndə qayıdan sakinlərlə görüşüb.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına Quzeyxırman və Güneyxırman kəndlərində sosial infrastrukturla bağlı görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Güneyxırman Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsində yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə keçirilən antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub. İşğaldan əvvəl sakinlər əsasən heyvandarlıq, üzümçülük və əkinçiliklə məşğul olub. Burada 2 məktəb, uşaq bağçası, xəstəxana, mədəniyyət evi, klub, kitabxana, idman kompleksi, çörək istehsalı müəssisəsi və rabitə şöbəsi fəaliyyət göstərib.

Kənddə ümumilikdə 549 fərdi ev var. Onlardan da 170-i yararsız, 379-u qismən yararlıdır. Artıq 50 ev istismara hazırdır, 147 evdə isə təmir işləri davam edir. Digər 182 evin isə təmir-bərpası ilə bağlı hazırlıq işləri gedir.

Bir neçə gün əvvəl kəndə 18 ailə (72 nəfər) qayıdıb.

Kənddə sosial infrastruktur sahəsində bir sıra işlər görülüb, yeni qaz xətti çəkilib, mövcud xətdə isə bərpa işləri aparılıb, subartezian quyularında nasos avadanlıqları quraşdırılıb, nasos stansiyasının tikintisi davam etdirilir. Kənddaxili su şəbəkəsi yenidən qurulub, fiber-optik kabel çəkilib.

x x x

Quzeyxırman Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. 1992-ci ildə işğal olunan kənd Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib. İşğaldan əvvəl kənd sakinləri üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olublar. Burada orta məktəb, uşaq bağçaları, klub, kitabxana fəaliyyət göstərib.

Quzeyxırman kəndində 447 fərdi ev var. Onlardan da 65-i yararsız, 382-si qismən yararlıdır. 244 evdə təmir-bərpa işləri aparılır və bunlardan da 100-ü artıq istismara hazırdır. Digər 144 evdə görülən işlər növbəti aylarda yekunlaşacaq. Qalan 138 evdə isə təmir-bərpa işlərinə hazırlıq görülür.

Bir neçə gün əvvəl kəndə ilkin mərhələdə 21 ailə (87 nəfər) qayıdıb.

Kənddə sosial infrastrukturun yaradılması istiqamətində bir sıra işlər görülüb. Belə ki, yeni qaz xətləri çəkilib, mövcud xətt bərpa edilib, subartezian quyuları nasos avadanlıqları ilə təchiz olunub, su şəbəkəsi və nasos stansiyası yenidən qurulub. Mövcud transformator məntəqələri, elektrik hava xətləri və kənddaxili elektrik şəbəkəsi bərpa olunub, fiber-optik kabel xətti çəkilib. Bundan başqa, 460 şagird yerlik Quzeyxırman kənd tam orta ümumtəhsil məktəbinin və 40 yerlik körpələr evi-uşaq bağçasının binaları təmir olunub. Kənddə ictimai-iaşə obyektləri istifadəyə verilib.

x x x

Sonra dövlətimizin başçısı kəndə köçən İsa Gözəlovun evində oldu.

Sakin: Salam, cənab Prezident, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Salam, xoş gördük.

Sakin: Xoş gəlmisiniz, cənab Prezident. Sağ olun, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Salaməleyküm. Salam, salam.

Sakin: Cənab Prezident, biz çox sevindik. Bu gün bizim üçün tarixdə qalan bir gündür ki, öz dədə-baba yurdumuza – Qarabağa qayıtmışıq.

Prezident İlham Əliyev: Xoş gəlmisiniz.

Digər sakin: Sağ olun, Allah ömrünüzü uzun eləsin.

Prezident İlham Əliyev: Burada - doğma Qarabağ torpağında rahat yaşayacaqsınız.

Sakin: Bəli, çox sağ olun. Çox gözəl bir gündür ki, övladım, üzr istəyirəm, əsgərliyə buradan yola düşəcək, inşallah.

Prezident İlham Əliyev: Nə vaxt?

Sakin: İnşallah, həftənin birinci günü.

Prezident İlham Əliyev: Çox gözəl, çox yaxşı qulluq elə.

Oğlan: İnşallah, çox sağ olun.

Sakin: Siz də xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Necədir ev şəraitiniz?

Sakin: Yaxşıdır, hər şey yaxşıdır, qaydasındadır. Keçin.

Prezident İlham Əliyev: Bağçanızdır?

Sakin: Bəli, cənab Prezident.

Prezident İlham Əliyev: Kifayət qədər böyükdür. Neçə sotdur?

Sakin: 20 sotdur.

Qadın sakin: İnşallah, bostan əkəcəyik.

Prezident İlham Əliyev: Meyvə ağacları da var.

Sakin: Bəli, hər cür meyvə ağacları var.

Evə daxil olurlar.

Prezident İlham Əliyev: Çox genişdir.

Sakin: Evdə hər şey əladır.

Prezident İlham Əliyev: Neçə gündür köçmüsünüz?

Sakin: Biz dörd gündür buradayıq. Dörd gündür ki, özümüzü çox yaxşı hiss edirik. Hər şey əladır.

Prezident İlham Əliyev: Çox gözəl.

Sakin: Bəli, çox gözəl, əla. Allah Sizi qorusun. Biz Sizinlə fəxr edirik.

Prezident İlham Əliyev: Cansağlığı arzulayıram, xoşbəxt yaşayın burada. Siz buna layiqsiniz.

Sakin: Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Uzun illər köçkün həyatı yaşamaq çətin şeydir.

Sakin: Çətin idi. Mən özüm də 44 günlük Vətən müharibəsinin iştirakçısıyam. Biz Sizinlə fəxr edirik. Siz bütün dünyada nümunəvi ölkə başçısısınız. Hər bir vətəndaşın yanına belə səmimi, belə rahat gəlirsiniz, hər bir vətəndaşa bir dövlət başçısı kimi xeyir-dua verirsiniz. Bu bizim üçün tarixdə qalan bir gündür ki, bu gün biz yeni evimizdə cənab Prezidentimizin xeyir-duasını alırıq.

Prezident İlham Əliyev: Sağ olun. Sizə təşəkkür edirəm, Vətənin qorunmasında fəal iştirak etmisiniz. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, qürur mənbəyimizdir.

Sakin: Bəli, Allah Sizi qorusun, çox sağ olun.

Prezident İlham Əliyev: Hansı istiqamətlərdə iştirak etmisiniz?

Sakin: Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı.

Yaşlı sakin: Çox sağ olun ki, gəlmisiniz. Biz özümüz Xocavənd rayonunun Kuropatkino kəndindənik. Siz camaatı, köçkünlərin hamısını yerbəyer elədiniz, torpaqlarımızı azad etdiniz. İndi hamı öz torpağında, öz yerində, öz yurdundadır. Çox sağ olun, Allah canınızı sağ eləsin, Allah Sizə dəyməsin. Sağ olun.

Prezident İlham Əliyev: Allah uzun ömür versin ki, doğma Qarabağ torpağında bundan sonra gözəl, firavan həyat yaşayasınız.

Sakin: Çox sağ olun. Allah Ulu Öndərimizə də rəhmət eləsin.

Prezident İlham Əliyev: Uşaqlar da maşallah, böyüyəcək.

Sakin: Allah Ulu Öndərimizə rəhmət eləsin. Onun Sizin kimi çox gözəl bir övladı var ki, Ulu Öndərimizin də arzusunu yerinə yetirib. Ulu Öndərimiz həmişə deyərdi ki, qarabağlılar hamısı öz yerinə qayıdıb öz yerində, öz yurdunda yaşayacaq. Allah Ulu Öndərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev: Qayıdırlar.

Yaşlı sakin: Özü görmədi, amma Siz qaytardınız.

Prezident İlham Əliyev: “Böyük Qayıdış” Proqramı da uğurla icra edilir. Demək olar ki, hər həftə olmasa da, hər ay bir qrup keçmiş köçkün öz doğma torpağına qayıdır, yerləşir, dövlət tərəfindən belə gözəl evlərlə təmin edilir.

Sakin: Çox gözəldir, həqiqətən, çox gözəldir.

Prezident İlham Əliyev: Burada iş şəraiti gözəldir, yaşamaq üçün gözəl şərait var. Gözəl mənzərəli yerlərdir, səfalı yerlərdir. Suyu var, təmiz havası var. Torpağı da münbitdir. Siz qarabağlılar da yaxşı bilirsiniz ki, buranın çox gözəl torpağı var. Əkib-becərmək, maldarlıqla məşğul olmaq, yəni ölkəmizi gücləndirmək, Qarabağı çiçəkləndirmək – hamımızın işidir.

Sakin: Bəli, biz daim Sizin yanınızdayıq, cənab Prezident.

Prezident İlham Əliyev: İşğal dövründə siz harada yerləşmişdiniz?

Sakin: Beyləqanda.

Prezident İlham Əliyev: Dövlət tərəfindən salınan Xocavənd qəsəbəsində?

Yaşlı sakin: Bəli, Xocavənd qəsəbəsində.

Prezident İlham Əliyev: İndi burada şərait çox gözəldir. Əsas odur ki, doğma Vətəndir, doğma torpaqdır və havası da kurort havasıdır.

Sakin: Bəli, çox gözəldir, kurort havasıdır. Sizinlə bir xatirə şəkli çəkdirək?

Prezident İlham Əliyev: Hə, gəlin çəkdirək, istəyirsiniz çöldə çəkdirək.

Sakin: Bəli, çöldə, həyətdə. Necə istəyirsiniz, elə çəkdirək.

Prezident İlham Əliyev: Gəlin, gəlin, gəlin.

Həyətdə xatirə şəkilləri çəkdirildi.

Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm sizi, sağ olun uşaqlar. Sağ olun.

Sakin: Allah Sizi qorusun. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

x x x

Sakin: Biz Sizinlə fəxr edirik.

Prezident İlham Əliyev: Mən də fəxr edirəm ki, xalqımız əzab-əziyyətə ləyaqətlə dözdü və düşməni də torpaqlarımızdan qovdu - sənin kimi insanlar.

x x x

Daha sonra Prezident İlham Əliyev hər iki kəndə qayıdan sakinlərlə görüşdü.

Prezident İlham Əliyev: Salam, xoş gördük.

Sakinlər: Çox sağ olun. Allah razı olsun. Allah Sizə ömür versin, cansağlığı versin.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Bu həyatı bizə bəxş etdiyiniz üçün Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakin: Allah Sizə uzun ömür versin, cansağlığı versin. Bizi arzumuza çatdırdınız, möhtərəm cənab Prezident.

Prezident İlham Əliyev: Təbrik edirəm, yenidən doğma Qarabağa xoş gəlmisiniz.

Qadın sakin: Allah köməyiniz olsun.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Sakin: Allah canınızı sağ eləsin.

Prezident İlham Əliyev: Sağ olun. Necə yerləşdiniz burada?

Sakinlər: Əla, çox sağ olun. Çox gözəl. Allah canınızı sağ eləsin, sağ olun.

Kişi sakin: Cənab Prezident, Allah Sizdən çox razı olsun. Ulu Öndərimizin siyasətini davam etdirdiniz. Yağı düşmənlərdən torpağımızı azad etdiniz. Allah Sizə cansağlığı versin, ailənizi qorusun, Sizi bizim üzərimizdən əskik etməsin.

Prezident İlham Əliyev: Çox sağ olun.

Kişi sakin: O vaxt Ulu Öndərlə bizim şəklimiz var. Bu, mənəm. Bu da Əliyev. 1994-cü ilin aprel ayında bizimlə birbaşa səngərdə görüşdü, tövsiyələrini verdi. Bütün əsgərlərdə, şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratdı.

Prezident İlham Əliyev: Bəli, bəli. Bu Beyləqan istiqamətidir?

Sakin: Ağdam istiqamətidir.

Prezident İlham Əliyev: 1994-cü il.

Sakin: Ulu Öndərimiz gəlib-qayıdandan sonra biz bir neçə kilometr irəlilədik.

Prezident İlham Əliyev: Tarixi şəkildir.

Sakin: Bəli, bəli. İcazə verin, qolunuza girim, Sizi məndən heç kim almasın.

Prezident İlham Əliyev: Salaməleyküm.

Qadın sakin: Qədəmləriniz mübarək. Xoş gəlmisiniz, qalib xalqın qalib oğlu. Çox xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Mehriban xanıma bizim salamlarımızı çatdırın.

Prezident İlham Əliyev: Mütləq. Onun da sizə salamları var.

Qadın sakin: Allah köməyiniz olsun, Allah Sizi qorusun. Heç vaxt başımızın üstündən əskik olmayasınız. “Dəmir yumruq” yerindədir.

Prezident İlham Əliyev: Həmişə. Xalq da mənim arxamdadır.

Kişi sakin: Çox sağ olun, cənab Prezident. Allah Sizi başımızın üstündən əskik etməsin.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Çox sağ olun, Allah köməyiniz olsun. Sizin bir əmrinizlə cavanlarımız bu torpağı azad elədi. Çox sağ olun, Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Elədir, fəxr edirik cavanlarımızla.

Şəhid anası: Allah Səni qorusun, Allah balalarını qorusun. Bizə bu günü yaşatdığına görə çox sağ ol. Biz şəhid analarına göstərdiyin qayğıya görə çox sağ ol.

Prezident İlham Əliyev: Sağ olun. Allah şəhidlərimizə rəhmət eləsin.

Sakinlər: Amin.

Prezident İlham Əliyev: Bu Zəfər günlərinə görə onlara borcluyuq. Onların qanı bahasına bu torpaqlara qayıtdıq.

Qadın sakin: Sağ olun, Allah Səni saxlasın.

Prezident İlham Əliyev: Sən sağ ol.

Kişi sakin: Çox sağ olun, Allah Sizi var eləsin. Xoş gəlmisiniz.

Sakin: Necəsiniz?

Prezident İlham Əliyev: Sağ ol, sən necəsən?

Sakin: Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Medal hansıdır?

Sakin: Suqovuşan.

Prezident İlham Əliyev: Çətin yer idi, çox təhlükəli.

Sakin: Düzdür, sağ olun, Allah köməyiniz olsun.

Prezident İlham Əliyev: Sağ olun. Mən gəldim sizi təbrik edim. Bilirəm ki, bir neçə gündür doğma Qarabağ torpağına qayıtmısınız uzun fasilədən sonra. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.

Sakinlər: Sağ olun.

Prezident İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır, bütün Azərbaycan xalqı üçün bayramdır. İndi elə ay olmur ki, qrup-qrup şəklində keçmiş köçkünlər öz doğma torpaqlarına qayıtmasın. Elə olur ki, hər həftə, hər ay, hər gün. Bundan sonra bu proses daha geniş vüsət alacaq. Çünki bildiyiniz kimi, İkinci Qarabağ müharibəsindən sonra birinci mərhələdə gərək o torpaqları bu minalardan təmizləyəydik, bu işlər hələ davam edir. Erməni millətçiləri, işğalçılar bütün torpaqlarımızı viran qoymuşdur, heç nə yox idi, daş-daş üstündə qalmamışdı. Gərək lazım olan şəraiti yaradaydıq – elektrik olsun, su, qaz, yollar. Ondan sonra evlərin tikintisi, evlərin bərpası.

Bir halda ki, əsas bu yol, nəqliyyat, körpü, qaz, işıq məsələləri öz həllini tapır, keçmiş köçkünlərin qayıdışı da sürətlə gedəcək. Əlbəttə ki, bu ərazilər, Xocavənd rayonunun böyük hissəsi İkinci Qarabağ müharibəsindən sonra hələ də işğal altında idi, o cümlədən bu kəndlər. Ancaq bilirəm siz də bilirdiniz, biz də bilirdik ki, bu, belə qalmayacaq və hər qarış torpaq Azərbaycana qayıdacaq, onları biz qaytaracağıq və qaytardıq da.

Son 5-6 il ərzində xalqımız qürur hissi ilə yaşayır, haqlı olaraq. Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq, öz dədə-baba ənənələrimizə sadiqik. Baxmayaraq ki, uzun illər torpaqlarımız işğal altında idi, insanlarımızın böyük hissəsi qaçqın-köçkün şəraitində yaşayırdı, ancaq bizim iradəmiz sınmadı. İnanırdıq və nəinki inanırdıq, bilirdik ki, gün gələcək və biz bu torpaqlara torpaqların sahibləri kimi qayıdacağıq. Buna nail olmaq üçün əlbəttə ki, bütün xalq birləşməli idi və birləşdi də. İkinci Qarabağ müharibəsi bunu əyani şəkildə bütün dünyaya göstərdi.

Əlbəttə, bu birlik uzun illər ölkəmizi gücləndirirdi və addım-addım, hər gün biz bu şanlı Qələbəyə doğru irəliləyirdik. Hərə öz yerində – kimi təsərrüfat işləri ilə məşğul idi, kimi ordu quruculuğu ilə, kimi uşaqları vətənpərvərlik ruhunda böyüdürdü. Hərə öz yerində bu tarixi günü yaxınlaşdırırdı. Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq. Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir. İkinci Qarabağ müharibəsi və ondan 3 il sonra antiterror əməliyyatı, bir daha deyirəm, bütün dünyaya xalqımızın nəyə qadir olduğunu göstərdi.

Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmamışdır, özü də cəmi 44 gün ərzində. İndi dünyada gedən hadisələri hamımız izləyirik. Əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində münaqişələr, müharibələr alovlanır, dayanmır, davam edir. Bu müharibələrin gedişatına da baxdıqda, hər şey göz qabağındadır və hər şey müqayisə ilə ölçülür. Müqayisə edəndə bir daha görürük ki, 44 gün ərzində belə çətin relyefi nəzərə alaraq, düşmənin 7 müdafiə xəttini nəzərə alaraq, - nəzərə alsaq ki, Ermənistanın arxasında böyük dövlətlər dayanmışdı və bu 44 gün ərzində bizə təzyiqlər, hədələr, təhdidlərlə dolu siqnallar göndərilmişdir, - bütün bunlara rəğmən, bunlara baxmayaraq, biz istədiyimizə nail olduq. Çünki haqq-ədalət bizim tərəfimizdə idi, güclü iradə bizdə idi və Azərbaycan xalqı birləşmişdi. Bax, 44 gün ərzində bir nəfər belə olsun döyüş meydanını tərk etmədi. Amma ermənilər özləri etiraf edirlər, özü də yüksək səviyyədə ki, onların 11-12 min fərarisi olmuşdur. Xalqımızın böyüklüyü budur. Bizim gənclər o müdafiə xətlərini yarmaq üçün sinələrini qabağa verirdilər. Heç düşünmürdülər ki, sağ qalacaqlar, qalmayacaqlar. Bir daha deyirəm, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onları irəliyə aparan milli ruh idi, ləyaqət idi. Qarabağı işğalçılardan azad edənlərin mütləq əksəriyyəti bu torpaqları heç vaxt görməmişdi. Dünyaya gözlərini açanda artıq bu torpaqlar işğal altında idi. Ancaq cəmiyyətdə və xalqımızda Qarabağ ağrısı o qədər ağır idi, bu yaramız o qədər bizi incidirdi ki, hər bir vətənpərvər insan bir amalla yaşayırdı, bizim Qələbəmizə öz töhfəsini versin.

Bu gün artıq şanlı Zəfərimizdən təxminən 6 il keçir, biz bu torpaqları, bu əraziləri bərpa edirik. Ermənistan dövləti bizim torpaqlarımızı talan edib, viran qoyub. Biz isə qurub-yaradırıq, şəhərlər, kəndlər dirçəlir. Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və bu gözəl inkişafı görəndə, əlbəttə ki, ürəyim sevinir. Bir daha əmin oluram ki, biz nə qədər böyük xalqıq, qurub-yaradan xalqıq. Bu torpaqların sahibləri bizik, bütün dünya bunu artıq nəinki bilir, hətta qəbul edir. Bəziləri istəməsələr belə, bunu qəbul etməyə məcburdurlar, çünki biz öz həqiqətlərimizi onlara qəbul etdirmişik.

Bu gün azad edilmiş torpaqlarda 90 mindən çox insan yaşayır, çalışır, təhsil alır və hər ay onların sayı artır və artacaq. Sizin üçün də dövlət gözəl evlər tikib, bərpa edib. Burada bütün şərait var. Təbiəti gözəl, havası təmiz, suyu bol, torpağı münbit. Sadəcə, sizə cansağlığı arzulayıram ki, xoşbəxt yaşayasınız. Dərd-bəla olmasın bundan sonra, uşaqları yaxşı böyüdəsiniz, vətənpərvərlik ruhunda. Azərbaycan xalqına, dövlətinə ürəklərində sevgi ilə böyüsünlər. Lazım olanda, - inanıram ki, daha lazım olmayacaq, - amma lazım olanda hamı bilməlidir ki, “Dəmir yumruq” yerindədir və yerində olacaq.

Gəlin, şəkil çəkdirək.

x x x

Sonra xatirə şəkilləri çəkdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - YENİLƏNİB VİDEO

“Kənd təsərrüfatı işçiləri günü” münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

Vens: ABŞ-İran münaqişəsi sonsuz müharibəyə çevrilməyəcək

Ağdam sakini: Doğma torpaqda yaşamağın sevinci başqadır

Keçmiş məcburi köçkün: Gecə-gündüz Allaha yalvarırdıq ki, bizi doğma torpaqlarımıza qovuşdursun

Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq

Bakıda 13 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Ağdama köçən şəhid anası: Oğlumun gedə bilmədiyi torpaqlara mən qayıdıram

Almaniyanın 30-dək şəhərində nümayiş və aksiyalar gözlənilir

Ağdam və Xocavənd sakinlərinin doğma yurda qayıdışı davam edir

Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var

Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

ABŞ Hərbi Hava Qüvvələrinin 10-dan çox nəqliyyat təyyarəsi İsraildəki bazalara uçub

“Bloomberg”: Çexiyalı milyarder “Delfin” holdinqini 30 milyard avroya almaq istəyir

İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib

Husilər Səudiyyə Ərəbistanındakı bir sıra obyektlərə zərbələr endiriblər

WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb

Fransada iğtişaşlar zamanı 1100-dən çox hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb

Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurub

Bosniya və Herseqovinada helikopter qəzası baş verib, üç nəfər ölüb

Sumqayıtda avtomobil yanıb

Bakıda yük avtomobili qəza törədib, hərəkət məhdudlaşdırılıb

Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

Xalçaçı-rəssam: Lətif Kərimovun eskizləri əsasında iki xalça hazırlanıb

Rusiya Avropa ilə müharibə istəmir, lakin hadisələrin bu istiqamətdə inkişafına hazırdır

Britaniyalı müğənni Corc Mayklın gitarası hərracda 180 min funt-sterlinqə satılıb

Parisdə nümayiş marşrutu ilə bağlı yeddi həmkarlar ittifaqı polis prefekturasını məhkəməyə verib

Fransada oktyabrın 31-də keçiriləcək aksiyalar zamanı 70 min polis və jandarm səfərbər olacaq

Mədəniyyət Nazirliyi Xalq artisti Zaur Rzayevin vəfatı ilə əlaqədar başsağlığı verib

® NDU-da orqanik və dayanıqlı kənd təsərrüfatına dair II Respublika Elmi Konfransı təşkil olunub

Böyük Britaniyada 200-dən çox milyarderin vergi ödənişlərinə nəzarət gücləndirilir

Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Bakıda U-15 dünya çempionatının və festivalının təşkili Rusiyada yüksək qiymətləndirilib

Azərbaycan nümayəndəsi BMT-də mina təhlükəsindən və itkin düşmüş şəxslərdən danışıb

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Ceyranbatan qəsəbə məktəbində qida zəhərlənməsi faktı təsdiqini tapmayıb – YENİLƏNİB

Beynəlxalq konfransda Şuşa şəhərində işğaldan sonra aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib

Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib

® “PAŞA Real Estate Qrup” və “Marriott International” Daşkənddə “JW Marriott” brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb

Sülh gündəliyi tarixi yaddaşın inkarı üzərində qurula bilməz - ŞƏRH

Kompani “Bavariya”ya milli komandaların oyunlarından sonra qayıdacaq

Sabah Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz olmayacaq

Azərbaycandan Qırğızıstana ilk yanacaq partiyalarının göndərilməsinə başlanılıb

Dövlət Proqramı çərçivəsində Ağcabədidə şagirdlərlə görüş təşkil olunub

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

Azərbaycanın qadın cüdoçusu “Böyük Dəbilqə” turnirində tarixi nəticəyə imza atıb

Mariam Kvrivişvili: Hökumətlərarası Komissiyanın iclasında mühüm əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycanın və Keniyanın prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Rejissor Oqtay Babazadənin 85 illiyinə həsr olunmuş kitab təqdim edilib

Türk professor: Azərbaycanın beynəlxalq platformalarda fəallığı xarici siyasətin yeni mərhələsini müəyyən edə bilər

Estoniyalı forum iştirakçısı: Din haqqında məlumat axtararkən süni intellektdən ehtiyatla istifadə etmək vacibdir

Narkomaniya ilə mübarizədə ailənin rolu: Ağcabədidə valideynlər üçün maarifləndirici tədbir

Somali turizm sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinin öyrənilməsində maraqlıdır

Taksi sürücüləri üçün imtahanın vaxtı və qeydiyyat qaydaları açıqlanıb

Bolqarıstanda arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb

ADPU-da Azərbaycan-Macarıstan ədəbi əlaqələrinə həsr olunmuş elmi seminar təşkil edilib

Antarktida buzlarının əriməsi okean sistemində dəyişikliklərə səbəb olur – TƏDQİQAT

Tərtərdə Milli Qəhrəmana həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filmi nümayiş olunub

Azərbaycan və Türkiyəni birləşdirən əsas güc ortaq dəyərlər və tarixi dostluq əlaqələridir - ŞƏRH

AMEA Gənclər Akademiyasının fəaliyyəti Çində beynəlxalq auditoriyaya təqdim olunub

Edinburq Universitetində təhsil alan Dövlət Proqramı təqaüdçüləri ilə görüş olub

Fransa Makronun avtoritar siyasətinin girovuna çevrilib: Xalqın qəzəbi və Avropanın ikili standartları - ŞƏRH

Azərbaycanın İslam ölkələri ilə münasibətləri qarşılıqlı hörmət və həmrəyliyə əsaslanır - ŞƏRH

Bizə məsləhət verməyə çalışanlar siyasi etikanın ən sadə tələblərinə əməl etsinlər - ŞƏRH

“Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb

Aİ iqlim maliyyələşməsinə 2025-ci ildə 32 milyard avrodan çox vəsait ayırıb

İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb

Mikelancelo Pistoletto “Bakıya uçuş. İncəsənət həftəsonu” festivalında: Əbədiyyət güzgüsü və yeni incəsənət- MÜSAHİBƏ

Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır

Avropanın rəqəmsal asılılığı artır, Çexiya Aİ ölkələrinin əksəriyyətindən yaxşı nəticə göstərir

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Milli Məclisdə maraqlar toqquşması haqqında qanun layihəsi müzakirə olunub

Tələbə klubları və elmi cəmiyyətlər gənclərin potensialını necə üzə çıxarır?

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

İƏT platforması Azərbaycan üçün mühüm siyasi-diplomatik dayaq olub - ŞƏRH

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Avropa İttifaqı inkişaf etməkdə olan dövlətlərdə iqlim maliyyələşdirməsinə 32,3 milyard avro ayırıb

Baş prokuror: Dost ölkələrlə əlaqələrin qarşılıqlı maraqlar əsasında qurulması uğurlu əməkdaşlığa zəmin yaradır

Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb

“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib

“AzerGold” 20-ci Beynəlxalq “MiningMetals” sərgisində iştirak edib

Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər

Azərbaycan Kubokunda 1/8 finalın bütün iştirakçıları və cütlükləri bəlli olub

Kamran Əliyev: Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında yüksəksəviyyəli işgüzar münasibətlər mövcuddur

Daşkənddə iki dahi mütəfəkkirin irsi – Azərbaycan-Özbəkistan dostluğunun parlaq təzahürü kimi geniş təhlil edilib

Rusiyalı futbolçu: Biz “Real Madrid”i məğlub etmişiksə, “Sabah” da “Barselona”ya qalib gələ bilər - MÜSAHİBƏ

Gənc tədqiqatçılar arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsinə başlanılır

“Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər

Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub

“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik

Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir

Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal ticarət potensialına dair hesabat dərc edib

Polşalı ultraüzgüçü: “Oceanman Azerbaijan” dünyanın ən yaxşı yarışlarından biri ola bilər

Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Anacan” anaların gündəlik qayğılarını rəqəmsal həllərlə asanlaşdırır - Startap

ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb

Baş direktor: “Oceanman Azerbaijan” idman turizminin inkişafına töhfə verəcək