Prezident İlham Əliyev: Azərbaycan-Slovakiya əlaqələrinin dinamikası məmnunluq doğurur
Bakı, 1 sentyabr, AZƏRTAC
Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Slovakiya arasında əlaqələrin dinamikası məmnunluq doğurur. Ölkələrimizin fəal dialoqu bir sıra sahələrdə, xüsusilə də enerji sahəsində əməkdaşlığımızın yüksələn xətlə inkişaf etməsinə şərait yaradıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər sentyabrın1-də Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti Zuzana Çaputovaya bu ölkənin milli bayramı - Konstitusiya Günü münasibətilə göndərdiyi məktubunda yer alıb.
Məktubunda Slovakiya Prezidentini və xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edən dövlətimizin başçısı bildirib: “Əminəm ki, Azərbaycan-Slovakiya dostluq əlaqələrinin möhkəmləndirilməsi, ticarət, investisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın böyük potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.
Prezident İlham Əliyev Zuzana Çaputovaya ən xoş arzularını yetirib, dost Slovakiya xalqına isə daimi əmin-amanlıq və rifah diləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:55]
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
- 09.06.2026 [12:17]
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 09.06.2026 [09:33]
Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO
- 08.06.2026 [23:27]