Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev kənd sakini Oqtay Həziyevin evi ilə tanış olub

Cocuq Mərcanlı, 14 iyun, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Cocuq Mərcanlı kəndinin bərpası çərçivəsində görülən işlərlə tanışlıq zamanı kənd sakini Oqtay Həziyevin evində oldu. Səkkiz nəfərlik bu ailə təhlükəli olmasına baxmayaraq, 1994-cü ilin aprelindən kənddə yaşayır və bütün məcburi köçkünlərə nümunə olmaqla yanaşı, əsl vətənpərvərlik və fədakarlıq göstərir. Birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.

Oqtay Həziyevin ailə üzvləri ilə söhbət edən Prezident İlham ƏLİYEV dedi:

-Bu gün ölkəmizin həyatında əlamətdar gündür, tarixi bir gündür. Bu gün Cocuq Mərcanlı kəndinin bərpası günüdür. Mən sizi və bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə təbrik edirəm.

Cocuq Mərcanlı kəndinin bərpası doğrudan da tarixi hadisədir. Siz - bu kənddə yaşayan insanlar bu kəndin tarixini yaxşı bilirsiniz. İndi bütün Azərbaycan Cocuq Mərcanlı kəndinin tarixini bilir, bütün dünya Cocuq Mərcanlını tanıyır. Bu kəndin Azərbaycan tarixində xüsusi yeri vardır. Siz yaxşı bilirsiniz ki, Cocuq Mərcanlı kəndi cəmi bir neçə ay erməni işğalı altında olub. Bu bir neçə ay ərzində erməni işğalçı qüvvələri kəndi tamamilə dağıtmışdılar, bütün binaları sökmüşdülər. Yəni, Cocuq Mərcanlı kəndi erməni vəhşiliyinin canlı şahididir. 1993-cü ilin dekabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilmiş uğurlu Horadiz hərbi əməliyyatı nəticəsində 20-dən çox kənd, o cümlədən Cocuq Mərcanlı kəndi, Horadiz qəsəbəsi, - bu gün Horadiz şəhəridir, - işğaldan azad olundu. Ancaq burada yaşamaq təhlükəli idi. Buna baxmayaraq, Həziyevlər ailəsi burada yaşayıb.

Keçən ilin aprelində erməni hərbi təxribatının qarşısını alarkən Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar Azərbaycan torpağını işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı azad edildi və bu gün on minlərlə hektar torpağa Azərbaycan Ordusu nəzarət edir. Lələtəpə yüksəkliyinin qaytarılması nəticəsində Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkün oldu. Mən keçən ilin sonlarında bu bölgədə, Lələtəpədə, işğaldan azad edilmiş torpaqlarda olarkən, hərbçilərlə görüşərkən maraqlandım ki, Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkündürmü, yoxsa yox. Mənə dedilər ki, mümkündür.

Bu ilin yanvar ayında müvafiq Sərəncam imzalandı, Prezidentin ehtiyat fondundan vəsait ayrıldı. Martın 22-dən başlayan tikinti işləri mayın 20-də başa çatdırılmışdır - cəmi iki aya. Yəni, bütün bu tikinti işləri sizin gözünüzün qabağında olub və bu, doğrudan da tarixi hadisədir. Cəmi 2 ay ərzində kəndin bir hissəsi bərpa edildi, birinci mərhələdə 50 ev, məktəb, tarixi Şuşa məscidinin bənzəri olan məscid tikilib, Horadizdən Cocuq Mərcanlıya yol çəkilib. Növbəti mərhələdə təqribən 100 əlavə ev, - bəlkə ondan da çox, - tibb məntəqəsi tikiləcək və iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Bax, Cocuq Mərcanlı kəndinin tarixi bundan ibarətdir, bu, doğrudan da şanlı tarixdir. İşğaldan əziyyət çəkən kənd bərpa olunubdur. Azərbaycan öz torpaqlarının bir hissəsini işğalçılardan azad etdi. Bu, doğrudan da tarixi hadisədir və əminəm ki, Cocuq Mərcanlı kəndinin gələcək həyatı uğurlu olacaq, xoşbəxt olacaq və kənd sakinləri buraya qayıdandan sonra həyat daha da canlanacaqdır.

Sabah Qurtuluş Günüdür. Biz Qurtuluş Gününün ərəfəsində görüşürük. Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsi idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində Azərbaycanda sabitlik bərpa edildi, inkişafa start verildi və bugünkü Azərbaycan dünya miqyasında seçilən ölkələrdən biridir. Təəssüf ki, ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk günlərindən Azərbaycanda rəhbərlikdə olmamışdır. Əgər olsaydı, bir qarış torpaq belə işğal altına düşməzdi. Əfsuslar olsun ki, müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik etmiş şəxslər zəiflik, qorxaqlıq göstərdilər. O ki qaldı, AXC-Müsavat cütlüyünün hakimiyyətinə, o, biabırçı dövr idi, xəyanətkar hakimiyyət torpaqlarımızı qoruya bilmədi.

Qurtuluş Günü bugünkü reallıqları şərtləndirən gündür. Təsəvvür edin, əgər ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk illərindən Azərbaycanda hakimiyyətdə olsaydı, biz özümüzü böyük bəlalardan qoruya bilərdik.

Ancaq işğala baxmayaraq, bu gün Azərbaycan inkişaf edir, güclənir, güclü iqtisadiyyat qurub, beynəlxalq arenada öz mövqelərini möhkəmləndirir. Biz hərbi sahədə böyük uğurlara nail olmuşuq, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha göstərdi. Biz bunu bilirdik, Azərbaycan ictimaiyyəti də bilirdi. Ancaq aprel döyüşləri bunu əyani şəkildə bütün dünyaya və düşmənə göstərdi ki, bu gün Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır, buna qadirdir.

Cocuq Mərcanlı kəndi artıq sizin adınızla bağlıdır. Kəndi sizdən ayırmaq mümkün deyil, sizi də kənddən. Siz bunu sübut etmisiniz. Mən maraqlanmışam, bilirəm ki, siz başqa yerdə yaşaya bilməmisiniz və müəyyən müddətdən sonra kəndə qayıtmısınız. Yenidən burada həyat qurmusunuz, kəndə nəfəs vermisiniz, böyük təsərrüfat yaratmısınız və öz doğma torpağınızda həyatınızı riskə qoyaraq təhlükə altında yaşamışınız. Bütün bu çətinliklərə, risklərə baxmayaraq, burada güllə altında, mərmi altında yaşamısınız, qurmusunuz və vətənpərvərlik nümunəsi göstərmisiniz. Göstərmisiniz ki, Azərbaycan xalqı öz torpağına canı, qanı ilə bağlıdır. Göstərmisiniz ki, Azərbaycan vətəndaşı istənilən şəraitdə öz torpağında yaşayır, qurur, yaradır, hətta təhlükə altında. Yəni, bir gün yox, bir həftə yox, hər gün gecə-gündüz təhlükə altında 20 ildən çox yaşamısınız. Buna görə sizinlə bütün Azərbaycan xalqı fəxr edir. Siz ən yüksək qiymətə layiqsiniz. Mən sizinlə fəxr edirəm.

Bilirsiniz ki, bir neçə ay bundan əvvəl mənim göstərişimlə Azərbaycanda dövlət ordenləri sırasına yeni orden də əlavə olundu - “Əmək” ordeni. Bu qərar ona görə qəbul edildi ki, bu gün biz zəhmətkeşləri gərək xüsusi fərqləndirək, mükafatlandıraq. “Əmək” ordeninin 3 dərəcəsi var və bu ordeni təsis edərkən mən fikirləşirdim ki, birinci ordeni kimə verim. Amma çox fikirləşmədim və qərara gəldim ki, birinci ordeni Həziyev ailəsinin başçısı olan Oqtay Həziyevə verim. Sən buna layiqsən və hesab edirəm, tam ədalətlidir ki, birinci “Əmək” ordeni və birinci dərəcəli orden Oqtay Həziyevə verilir.

Sonra doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin imzaladığı Sərəncam oxundu.

Dövlətimizin başçısı birinci dərəcəli “Əmək” ordenini və evin orderini Oqtay Həziyevə təqdim etdi.

Oqtay HƏZİYEV dedi: Çox sağ olun, cənab Prezident. Allah canınızı sağ eləsin. Biz Sizə minnətdarıq.

Cənab Prezident, icazə verin, bizim ailəyə göstərdiyiniz diqqətə və qayğıya, mənə verdiyiniz yüksək dəyərli ordenə görə Sizə öz adımdan, ailə üzvlərimin və yaxınlarımın adından dərin təşəkkürümü bildirim. Çox sağ olun, cənab Prezident.

Ulu Öndərimizə Allahdan rəhmət diləyirik. Siz çox gözəl qeyd etdiniz, bu müharibənin əzabını yaşayan bir insan kimi bilirdik ki, əgər Ulu Öndərimiz əzəldən bu hakimiyyətdə olsaydı, biz bu torpaqlardan heç vaxt getməzdik. Allah Sizin canınızı sağ eləsin. Biz Sizin komandanlığınız altında Lələtəpə yüksəkliyinin işğaldan azad olunmasının canlı şahidiyik. Maşallah, indi bizim çox qüdrətli Ordumuz var. Təməli Ulu Öndərimiz tərəfindən qoyulan ordumuzu Ali Baş Komandan kimi Siz əvəzi olmayan bir orduya çevirmisiniz. Yəni, bunu mən birmənalı olaraq öz gözümlə görmüşəm. İndi mən bilmirəm o ermənilər nəyə arxalanırlar. Məgər onlar görmürlər ki, Azərbaycan dövlətinin İlham Əliyev kimi Prezidenti və onun komandanlığı altında güclü ordusu var.

Çox sağ olun, cənab Prezident. Qısa müddətdə bizə belə gözəl həyat bəxş etmisiniz. Bizim kənddə heç zaman məscid, qaz, internet olmayıb. Bizə bunların hamısını Siz bəxş etmisiniz. Biz Sizə Allahdan cansağlığı, uzun ömür diləyirik.

Biz bu fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanımı bir daha təbrik edirik. Mehriban xanım bu vəzifəyə layiq insandır. İnanırıq ki, cənab Prezident, Siz Mehriban xanımla bərabər işğal altında olan bütün ərazilərimizi azad edəcəksiniz, Azərbaycanın hər bir guşəsində belə gözəllikləri yaradacaqsınız.

Prezident İlham ƏLİYEV: Burada bütün şərait yaradılıb. Qohumlarınız, qonşularınız da qayıdacaqlar.

Bu gün Lələtəpədə və işğaldan azad edilmiş digər torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada da qaldırılacaq.

İşğal böyük ədalətsizlikdir, beynəlxalq qanunların pozulması deməkdir. Ancaq əfsuslar olsun ki, dünyada ikili standartlar mövcuddur. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib ki, erməni silahlı qüvvələri Azərbaycanın işğal edilmiş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxsın. Ermənistan buna əməl etmir. Bu qətnamələri qəbul edənlər də Ermənistanı məcbur etmir ki, o, buna əməl etsin. Bax, problem bundan ibarətdir.

Ancaq biz ölkəmizi böyük dərəcədə gücləndirmişik. Bir daha deyirəm, əgər müstəqilliyimizin ilk illərində Ulu Öndər ölkəmizdə hakimiyyətdə olsaydı, heç bir problem yaşanmazdı. Ermənilər Naxçıvanı da işğal etməyə çalışırdılar. Ancaq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə orada bütün müdafiə tədbirləri quruldu və düşmən yerinə oturduldu. Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi ölkə miqyasında müdafiə məsələlərini düzgün təşkil edə bilmədi və torpaqlarımız işğal altına düşdü. Ancaq biz ölkəmizi, Ordumuzu gücləndiririk və ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bax, bu kənd - Cocuq Mərcanlı bunu əyani şəkildə sübut edir və təsdiqləyir.

Oqtay HƏZİYEV: Çox sağ olun, cənab Prezident, Sizə minnətdarıq. Allah Sizi qorusun. Bu, qardaşımdır, o da həyat yoldaşımdır.

Əli HƏSƏNOV: Heyvandarlıqla məşğuldurlar, öz təsərrüfatları, 600 baş qoyunu, 70-80 baş inəyi və 20 arı ailəsi var.

Prezident İlham ƏLİYEV: Dolanışığınız yaxşıdır?

Əli HƏSƏNOV: 70 hektarda taxıl, arpa əkir. Demək, yalnız çaya, qəndə, bir də paltara pul verirlər. Qalan şeyə pul vermirlər.

Prezident İlham ƏLİYEV: Eşitmişəm ki, orduya da kömək göstərirsiniz.

Əli HƏSƏNOV: Bəli, elədir. Çox gözəl ailədir, hamısı da sağlam, göz dəyməsin, ana 83 yaşındadır.

Prezident İlham ƏLİYEV: Çox yaxşı. İndi məktəb də olacaq, uşaqlar burada oxuyacaqlar. Tezliklə tibb məntəqəsi də tikilməlidir. İş yerləri də açılır. Mən xüsusi göstəriş vermişəm ki, dövlət qurumları burada iş yerləri açsınlar. Çünki buraya qayıdacaq vətəndaşlar gərək işləsinlər.

Əli HƏSƏNOV: “Azərişıq” 35/10 kilovatlıq böyük yarımstansiya tikibdir. “Azəravtoyol” Cəbrayıl rayonunun ləğv olunmuş avtomobil yolları idarəsini bərpa edib, böyük gözəl bir bina tikib, artıq hazırdır. Daxili İşlər Nazirliyi polis idarəsi üçün bina tikibdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bütün rabitə-kommunikasiya xidməti üçün yer götürüb, bina tikir. Bütün nazirliklər məşğuldur.

Prezident İlham ƏLİYEV: Biz tezliklə növbəti tikinti işlərinə də start verməliyik.

Əli HƏSƏNOV: Artıq yüz ailəlik layihə işləri gedir və tezliklə o da tamamlanacaqdır.

Prezident İlham ƏLİYEV: Bir daha sizi təbrik edirəm.

Oqtay HƏZİYEV: Çox sağ olun, cənab Prezident.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib

Səyyar ASAN xidmət İsmayıllıda

Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemində 1113 müəssisə qeydiyyatdan keçib

MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər

Dövlət İdarəçilik Akademiyasında yeni dərslik təqdim edilib: “Davamlı inkişaf siyasəti” VİDEO

Dövlət İdarəçilik Akademiyasında yeni dərslik təqdim edilib: “Davamlı inkişaf siyasəti” VİDEO

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi VİDEO

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi VİDEO

Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib

Fransada lisey şagirdinin şikayəti əsasında “qətlə cəhd” ittihamı üzrə araşdırma başlanıb

Ekspert: Bakının təşəbbüskar diplomatiyaya keçidi kifayət qədər ciddi strateji dəyişiklikdir

ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir VİDEO

ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir VİDEO

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir - ŞƏRH

Ekspert: Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq vahid regional platformaya çevrilir

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir

“Sabah”ın sabiq futbolçusu: Messidəki bacarıqları sonra heç bir oyunçuda görmədim

Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

Tramp administrasiyası iş icazələri üçün əcnəbi tələbələrdən 70 min dollar almağı planlaşdırır

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO