Prezident İlham Əliyev: Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində inqilab edib
Bakı, 8 fevral, AZƏRTTAC
Şəhərimizin mərkəzində ucaldılan bu abidə Azərbaycan xalqının dahi bəstəkarı Tofiq Quliyevin xatirəsinə olan hörmətinin əlamətidir. Həqiqətən Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində bir inqilab etmişdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılış mərasimində çıxışında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Tofiq Quliyev həm görkəmli bəstəkar, həm Azərbaycanda caz sənətinin banisi də adlandırıla bilər. Eyni zamanda, böyük mədəniyyət xadimi Tofiq Quliyev Azərbaycan xalqının sevgisini qazanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [17:53]
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım edib
- 10.05.2026 [16:03]