Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO

Bakı, 5 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin xarici işlər nazirini salamlayan Prezident İlham Əliyev dedi:

-Xoş gəlmisiniz, hörmətli Mövlud bəy. Vətəninizə xoş gəlmisiniz. Şadam ki, yenə də görüşmək imkanımız oldu.

Əlbəttə ki, bu gün Türkiyə-Azərbaycan müttəfiqlik əlaqələrinin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparacağıq. Üç aydan sonra biz Şuşa Bəyannaməsinin birinci ildönümünü qeyd edəcəyik. Bu, tarixi bir sənəddir. Əslində, Türkiyə-Azərbaycan əlaqələri hər zaman müttəfiqlik səviyyəsində idi və müttəfiqlik xalqlarımızın qəlbindədir. Sadəcə olaraq, biz keçən il Şuşada bunu rəsmən təsdiqlədik.

Bu gün və bundan sonrakı illərdə daim Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri həm xalqlarımız üçün, həm bölgə üçün böyük önəm kəsb edəcək. Çünki təkcə ikitərəfli formatda yox, bölgə təhlükəsizliyi üçün bizim əlaqələrimizin çox böyük əhəmiyyəti var. Türkiyə və Azərbaycan birgə səylərlə bizim bölgəmizdə gələcək inkişafı təmin edir, təhlükəsizliyi təmin edir, xalqlarımızın rahat həyatını təmin edir. Aramızda olan əlaqələr o qədər şaxəlidir ki, onların hər birini sadalamaq üçün çox vaxt lazım olacaq. Biz, sözün əsl mənasında müttəfiqik, qardaşıq və dünya miqyasında bizim əlaqələrimizə bənzəri olan əlaqələr yoxdur. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə canla, qanla bağlı olan ikinci ölkələr yoxdur. Bu, bizim böyük sərvətimizdir və bunu biz qoruyuruq, gücləndiririk, istənilən vəziyyətə hazırıq və hər zaman bir-birimizin yanındayıq.

Ona görə sizi bu gün görmək mənim üçün çox xoşdur. Bildiyiniz kimi, cənab Prezident Rəcəb Tayyib Ərdoğanla biz daim təmasdayıq, daim telefon əlaqələri saxlayırıq, görüşürük və gələcək addımlarımızı birgə atırıq. Bir daha xoş gəlmisiniz.

X X X

Mövlud Çavuşoğlu: Cənab Prezidentimiz, əvvəla, bizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirəm, minnətdarlığımı bildirmək istəyirəm. Qardaşınız, hər zaman təmasda olduğunuz Prezidentimiz Ərdoğanın səmimi salamlarını çatdırmaq istəyirəm. İki gün əvvəl Brüsselə gedərkən oradan da Bakıya gələcəyimi söylədikdə “Biz onsuz da qardaşımla davamlı görüşürük, amma sən salamlarımı da çatdır” demişdi.

Cənab Prezident, Şuşa Bəyannaməsini hazırlamaq və imzalamaq sizlərin fikri idi. Biz də Ceyhun qardaşımla birlikdə bunun üzərində çalışdıq və təxminən bir il əvvəl - doqquz ay əvvəl qardaşınız - Prezidentimiz Ərdoğan ilə birlikdə imzaladınız. Təxminən bir ay əvvəl iki gün ara ilə iki Məclisdə də bunun təsdiqlənməsi, əslində, Sizin ortaya qoyduğunuz bu iradəni daha da gücləndirdi. Xalqımızın təmsilçilərinin də buna səs verməsi önəmli idi. Bunun da koordinasiyasını biz bir yerdə Sizin tapşırığınızla etdik.

Şuşa Bəyannaməsi, - həqiqətən də biz onsuz da təbii müttəfiqik, - bir millət, iki dövlətə yaraşan kimi oldu. Cənab Prezident, bunu Sizin imzalarla, sadəcə, rəsmiləşdirdik. Bunun içərisindəki məsələlərin həyata keçirilməsi istiqamətində də biz qardaşlarımızla səylə çalışırıq. Təkcə xarici işlər nazirləri deyil, bütün qurumlarımız çalışır, konkret addımlar atmalıyıq. Sizin də söylədiyiniz kimi, bizim aramızda əlaqələrin güclənməsi yalnız iki ölkənin və xalqın əlaqələrinin güclənməsinə, ya da marağına deyil, bölgənin sabitliyi və əmin-amanlığına da çox faydası olacaq. Bu səbəbdən biz Şuşa Bəyannaməsində yer alan məsələləri bölgədəki ölkələrlə münasibətlərimizdə də əksini tapması üçün üçtərəfli, dördtərəfli formatlarda çalışacağıq.

Təbii ki, bölgəmizdə mühüm proseslər yaşanır, bu proseslərin təsirləri var. Bundan başqa, burada Sizin Zəngəzur dəhlizi daxil olmaqla həyata keçirəcəyiniz önəmli layihələr var. Bütün bu məsələlərdə gördüyümüz işlər haqqında məlumat vermək və bundan sonra birlikdə hansı addımları atacağıq, onları birlikdə dəyərləndirmək üçün bu gün Bakıya gəldim.

Bizə vaxt ayırdınız. Buna görə də Sizə bir daha təşəkkürlərimi bildirmək istəyirəm, cənab Prezidentim.

Prezident İlham Əliyev: Sağ olun.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO

Vens: ABŞ-İran münaqişəsi sonsuz müharibəyə çevrilməyəcək

Ağdam sakini: Doğma torpaqda yaşamağın sevinci başqadır

Keçmiş məcburi köçkün: Gecə-gündüz Allaha yalvarırdıq ki, bizi doğma torpaqlarımıza qovuşdursun

Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq

Bakıda 13 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Ağdama köçən şəhid anası: Oğlumun gedə bilmədiyi torpaqlara mən qayıdıram

Almaniyanın 30-dək şəhərində nümayiş və aksiyalar gözlənilir

Ağdam və Xocavənd sakinlərinin doğma yurda qayıdışı davam edir

Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var

Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

ABŞ Hərbi Hava Qüvvələrinin 10-dan çox nəqliyyat təyyarəsi İsraildəki bazalara uçub

“Bloomberg”: Çexiyalı milyarder “Delfin” holdinqini 30 milyard avroya almaq istəyir

İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib

Husilər Səudiyyə Ərəbistanındakı bir sıra obyektlərə zərbələr endiriblər

WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb

Fransada iğtişaşlar zamanı 1100-dən çox hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb

Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurub

Bosniya və Herseqovinada helikopter qəzası baş verib, üç nəfər ölüb

Sumqayıtda avtomobil yanıb

Bakıda yük avtomobili qəza törədib, hərəkət məhdudlaşdırılıb

Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

Xalçaçı-rəssam: Lətif Kərimovun eskizləri əsasında iki xalça hazırlanıb

Rusiya Avropa ilə müharibə istəmir, lakin hadisələrin bu istiqamətdə inkişafına hazırdır

Britaniyalı müğənni Corc Mayklın gitarası hərracda 180 min funt-sterlinqə satılıb

Parisdə nümayiş marşrutu ilə bağlı yeddi həmkarlar ittifaqı polis prefekturasını məhkəməyə verib

Fransada oktyabrın 31-də keçiriləcək aksiyalar zamanı 70 min polis və jandarm səfərbər olacaq

Mədəniyyət Nazirliyi Xalq artisti Zaur Rzayevin vəfatı ilə əlaqədar başsağlığı verib

® NDU-da orqanik və dayanıqlı kənd təsərrüfatına dair II Respublika Elmi Konfransı təşkil olunub

Böyük Britaniyada 200-dən çox milyarderin vergi ödənişlərinə nəzarət gücləndirilir

Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Bakıda U-15 dünya çempionatının və festivalının təşkili Rusiyada yüksək qiymətləndirilib

Azərbaycan nümayəndəsi BMT-də mina təhlükəsindən və itkin düşmüş şəxslərdən danışıb

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Ceyranbatan qəsəbə məktəbində qida zəhərlənməsi faktı təsdiqini tapmayıb – YENİLƏNİB

Beynəlxalq konfransda Şuşa şəhərində işğaldan sonra aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib

Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib

® “PAŞA Real Estate Qrup” və “Marriott International” Daşkənddə “JW Marriott” brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb

Sülh gündəliyi tarixi yaddaşın inkarı üzərində qurula bilməz - ŞƏRH

Kompani “Bavariya”ya milli komandaların oyunlarından sonra qayıdacaq

Sabah Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz olmayacaq

Azərbaycandan Qırğızıstana ilk yanacaq partiyalarının göndərilməsinə başlanılıb

Dövlət Proqramı çərçivəsində Ağcabədidə şagirdlərlə görüş təşkil olunub

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

Azərbaycanın qadın cüdoçusu “Böyük Dəbilqə” turnirində tarixi nəticəyə imza atıb

Mariam Kvrivişvili: Hökumətlərarası Komissiyanın iclasında mühüm əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycanın və Keniyanın prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Rejissor Oqtay Babazadənin 85 illiyinə həsr olunmuş kitab təqdim edilib

Türk professor: Azərbaycanın beynəlxalq platformalarda fəallığı xarici siyasətin yeni mərhələsini müəyyən edə bilər

Estoniyalı forum iştirakçısı: Din haqqında məlumat axtararkən süni intellektdən ehtiyatla istifadə etmək vacibdir

Narkomaniya ilə mübarizədə ailənin rolu: Ağcabədidə valideynlər üçün maarifləndirici tədbir

Somali turizm sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinin öyrənilməsində maraqlıdır

Taksi sürücüləri üçün imtahanın vaxtı və qeydiyyat qaydaları açıqlanıb

Bolqarıstanda arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb

ADPU-da Azərbaycan-Macarıstan ədəbi əlaqələrinə həsr olunmuş elmi seminar təşkil edilib

Antarktida buzlarının əriməsi okean sistemində dəyişikliklərə səbəb olur – TƏDQİQAT

Tərtərdə Milli Qəhrəmana həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filmi nümayiş olunub

Azərbaycan və Türkiyəni birləşdirən əsas güc ortaq dəyərlər və tarixi dostluq əlaqələridir - ŞƏRH

AMEA Gənclər Akademiyasının fəaliyyəti Çində beynəlxalq auditoriyaya təqdim olunub

Edinburq Universitetində təhsil alan Dövlət Proqramı təqaüdçüləri ilə görüş olub

Fransa Makronun avtoritar siyasətinin girovuna çevrilib: Xalqın qəzəbi və Avropanın ikili standartları - ŞƏRH

Azərbaycanın İslam ölkələri ilə münasibətləri qarşılıqlı hörmət və həmrəyliyə əsaslanır - ŞƏRH

Bizə məsləhət verməyə çalışanlar siyasi etikanın ən sadə tələblərinə əməl etsinlər - ŞƏRH

“Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb

Aİ iqlim maliyyələşməsinə 2025-ci ildə 32 milyard avrodan çox vəsait ayırıb

İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb

Mikelancelo Pistoletto “Bakıya uçuş. İncəsənət həftəsonu” festivalında: Əbədiyyət güzgüsü və yeni incəsənət- MÜSAHİBƏ

Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır

Avropanın rəqəmsal asılılığı artır, Çexiya Aİ ölkələrinin əksəriyyətindən yaxşı nəticə göstərir

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Milli Məclisdə maraqlar toqquşması haqqında qanun layihəsi müzakirə olunub

Tələbə klubları və elmi cəmiyyətlər gənclərin potensialını necə üzə çıxarır?

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

İƏT platforması Azərbaycan üçün mühüm siyasi-diplomatik dayaq olub - ŞƏRH

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Avropa İttifaqı inkişaf etməkdə olan dövlətlərdə iqlim maliyyələşdirməsinə 32,3 milyard avro ayırıb

Baş prokuror: Dost ölkələrlə əlaqələrin qarşılıqlı maraqlar əsasında qurulması uğurlu əməkdaşlığa zəmin yaradır

Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb

“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib

“AzerGold” 20-ci Beynəlxalq “MiningMetals” sərgisində iştirak edib

Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər

Azərbaycan Kubokunda 1/8 finalın bütün iştirakçıları və cütlükləri bəlli olub

Kamran Əliyev: Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında yüksəksəviyyəli işgüzar münasibətlər mövcuddur

Daşkənddə iki dahi mütəfəkkirin irsi – Azərbaycan-Özbəkistan dostluğunun parlaq təzahürü kimi geniş təhlil edilib

Rusiyalı futbolçu: Biz “Real Madrid”i məğlub etmişiksə, “Sabah” da “Barselona”ya qalib gələ bilər - MÜSAHİBƏ

Gənc tədqiqatçılar arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsinə başlanılır

“Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər

Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub

“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik

Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir

Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal ticarət potensialına dair hesabat dərc edib

Polşalı ultraüzgüçü: “Oceanman Azerbaijan” dünyanın ən yaxşı yarışlarından biri ola bilər

Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Anacan” anaların gündəlik qayğılarını rəqəmsal həllərlə asanlaşdırır - Startap

ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb

Baş direktor: “Oceanman Azerbaijan” idman turizminin inkişafına töhfə verəcək

Azərbaycanlı üzgüçü: Xəzər dənizində üzgüçülük üçün çox əlverişli şərait var