Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev və Azərbaycan məktəbinin intibah dövrü

Prezident İlham Əliyev və Azərbaycan məktəbinin intibah dövrü

Bakı, 26 oktyabr, AZƏRTAC

“Təhsil millətin gələcəyidir!” - bu müdrik kəlam Azərbaycan xalqının Ümummilli Lideri, 100 illik yubileyini böyük coşqu ilə qeyd etdiyimiz Heydər Əliyevə məxsusdur. Onun Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə, - istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində təhsilin, elm və mədəniyyətin inkişafı ən çox diqqət mərkəzində olan sahələrdən olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində də respublikada təhsilin inkişafı prioritet kimi daim diqqət mərkəzində saxlanılıb. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyü və suverenliyimizi bərpa etməyimizdə fədakar müəllim əməyinin də müstəsna rolu var.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov söyləyib.

Prorektor qeyd edib ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən Azərbaycan iqtisadiyyatını, regionların sosial-iqtisadi potensialının artırılmasını, vətəndaşların sosial rifahını və ordu quruculuğunu inkişaf etdirməklə yanaşı, təhsilin inkişafı ilə bağlı mövcud strategiyanı yüksələn xətlə inkişaf etdirməyə başladı. 2003-cü ildən etibarən paytaxtda və regionlarda ümumilikdə 3630 məktəb tikilib və ya əsaslı təmir edilib.

E.Aslanov hələ 2005-ci ildən başlayaraq ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramının icra olunduğunu xatırladıb: “Nəticədə məktəblərin kompüterlərlə təmini və internet şəbəkəsinə qoşulmasında xeyli irəliləyiş əldə olundu. Bu proses son illərdə bütün dünyanı sınağa çəkən pandemiya fonunda distant təhsilin nə dərəcədə əhəmiyyət kəsb etməsi, eyni zamanda, müasir informasiya əsrinin tələbləri baxımından öz aktuallığını bir daha göstərdi”.

Prorektor bildirib ki, ötən 20 il ərzində ümumtəhsil məktəblərində maddi-texniki bazanın və təhsil infrastrukturunun yenilənməsi ilə yanaşı, ümumi təhsilin hüquqi bazasının yenilənməsi və möhkəmləndirilməsi, məzmun və metodika baxımından yenilənməsi, müəllimlərin texnoloji biliklərinin artırılması, sosial rifahlarının yaxşılaşdırılması istiqamətində də ardıcıl iş aparılır. 1999-cu ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”na müvafiq olaraq 2006-cı ildə “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulum)” çərçivə sənədi qəbul edildi. Bundan sonra isə müxtəlif fənlər üzrə yeni təhsil proqramlarının - kurikulumların hazırlanmasına start verildi. 2009-cu ildə qəbul olunan “Təhsil haqqında” Qanun və “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” isə ümumtəhsil müəssisələrində tədrisin və qiymətləndirmənin yeni yanaşmalar əsasında təşkil olunmasına zəmin yaratdı. Bu baxımdan 2013-cü ildə qəbul edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” müstəsna əhəmiyyət kəsb edir. Strategiyaya əsasən, təhsil sisteminin qarşısında duran əsas strateji hədəflər müəyyənləşdirildi. Bundan sonra ölkədə səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin inkişaf etdirilməsinə başlanıldı, eyni zamanda, inklüziv təhsilin tətbiqinə, o cümlədən məktəbəqədər təhsil, fərdi təhsil və peşə təhsili sistemində əsaslı islahatlara start verildi.

Son dövrlərdə ən qabaqcıl rəqəmsal öyrənmə trendlərinin araşdırılması və tətbiqi əsasında ölkəmizdə STEAM yanaşması tətbiq olunmağa başlanıldı. “STEAM Azərbaycan” layihəsi çərçivəsində Bakıda, o cümlədən biri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Səbail korpusunda və bir çox regionda ən müasir tələblərə cavab verən STEAM mərkəzləri istifadəyə verilib, növbəti dövrdə də yeni mərkəzlərin açılması nəzərdə tutulub.

2017-ci ildən etibarən şagirdlərin İKT bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən “Rəqəmsal bacarıqlar” layihəsi icra olunur ki, cari ildə layihə çərçivəsində 410 mindən çox şagird İKT-dən daha praktik və səmərəli istifadə bacarıqlarına yiyələnəcək.

Ümumtəhsil məktəblərində rəqəmsal bacarıqların şagirdlərə aşılanması məqsədilə yeni yetişən müəllimlərə lazımi bilik və bacarıqların ötürülməsi üçün Elm və Təhsil Nazirliyi və “Alqoritmika” şirkəti ilə əməkdaşlıq çərçivəsində 2022-ci ildən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri üçün “Alqoritmika - rəqəmsal bacarıqların inkişafı” layihəsi icra olunur. Layihə çərçivəsində ADPU-da 160 kompüterdən ibarət 5 yeni laboratoriya istifadəyə verilib. Hər il ADPU-nun son tədris ili tələbəsi olan, gələcəyin yüzlərlə informatika müəllimləri üçün əlavə təlim kursları təşkil olunur və sertifikatlaşdırılır.

“Prezident İlham Əliyevin təhsilin hərtərəfli inkişafına yüksək diqqəti nəticəsində ölkəmizdə müəllim nüfuzunun artırılması istiqamətində xeyli iş icra olunub. 2014-cü ildən tətbiq olunan müəllimlərin işə qəbulu müsabiqəsi, eyni zamanda, ötən tədris ilindən start verilən müəllimlərin bilik və bacarıqlarının sertifikasiya olunması prosesləri çərçivəsində gənclərin müəllimliyə həvəsinin artırılması istiqamətində ciddi dönüş yaranıb. Həmçinin 500-dən çox balla ilk seçimdə müəllimlik ixtisaslarını göstərən tələbələrə Elm və Təhsil Nazirliyinin xüsusi “Gələcəyin müəllimi” təqaüdü verilir. Bütün bunların nəticəsidir ki, son illərdə ADPU-ya 500-dən yüksək balla qəbul olanların sayında, eləcə də qəbul planının tam dolmasında dinamika müşahidə olunur, ölkə üzrə 600 baldan yüksək balla müəllimlik peşəsini seçənlərin sayındakı artım isə artıq bu peşənin yenidən böyük ictimai nüfuz qazandığını sübut edir. Hələ 10 il öncə “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur” deyən Azərbaycan Prezidenti müəllim əməyinin möcüzəsini və müəllimi, məktəbi güclü olan dövlətin gücünü çox yaxşı görürdü. Məhz düşünülmüş siyasət, dayanıqlı iqtisadiyyat və inkişaf edən, milli təhsil sistemi sayəsində xalqımız Vətən müharibəsində böyük qələbə qazandı. Bu gün isə Azərbaycan müəllimi azad Qarabağ və Şərqi Zəngəzurda, Zəngilan, Şuşa, Füzuli, Laçın və Tərtərdə yeni istifadəyə verilmiş məktəblərdə yeni dövrün gənclərini tərbiyə edir. Bu gənclər isə tarixi zəfərləri qazanmış, ərazi bütövlüyünü təmin etmiş, bütün ərazisində suverenliyini təmin etmiş qüdrətli dövlətin və yüksək rifah cəmiyyətinin vətəndaşları olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar