Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ
I -Cİ HİSSƏ

PREZİDENT İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ  I -Cİ HİSSƏ

-Əziz dostlar, bu gün biz yeni açdığımız Bakı Biznes Mərkəzində toplaşmışıq. Bu gözəl binanın açılışı münasibətilə sizi və Bakı şəhərinin bütün sakinlərini ürəkdən təbrik edirəm. Çox gözəl, müasir, Bakıya yaraşan və şəhərimizə əlavə gözəllik yaradan binadır. Eyni zamanda, funksional baxımdan bu binanın çox böyük əhəmiyyəti vardır. Burada müxtəlif tədbirlər, konfranslar, biznes forumları keçiriləcəkdir. Eyni zamanda, birinci mərtəbədə sərgi üçün yerlər nəzərdə tutulub. Bu gün açılışdan sonra sərgidə nümayiş etdirilən eksponatlarla tanış oldum. Bir sözlə, Bakı Biznes Mərkəzi şəhərimizin gözəlləşməsi üçün və şəhərdə müasir infrastrukturun yaradılmasının davamı üçün çox vacib obyektdir.

Təsadüfi deyildir ki, bu binada birinci iclas ölkəmizin inkişafına yönəldilib. Artıq bir ildir ki, ölkəmizin sosial-iqtisadi inkişafını müəyyən edən Dövlət Proqramı icra edilir. Bu proqram 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının məntiqi davamıdır. Çox sevindirici haldır ki, 2009-cu ildə başlanmış növbəti proqram da uğurla icra edilir.

Proqramın uğurla icra edilməsində başlıca səbəb və başlıca şərt ondan ibarətdir ki, 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı uğurla yerinə yetirildi. O proqramda nəzərdə tutulmuş bütün vəzifələr icra edildi. Hətta onu deyə bilərəm ki, proqramda 2004-cü ildə nəzərdə tutulmayan məsələlər də oraya əlavə edildi. Əlavə maliyyə mənbələri müəyyən edildi və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı nəzərdə tutduğumuzdan daha da geniş miqyasda icra edildi.

Bu bizə imkan verdi ki, bir neçə əsas vəzifəni icra edək. İlk növbədə, regionların canlanması, regionlarda müasir infrastrukturun yaradılması məsələləri öz həllini tapdı. Regionların siması dəyişdi, şəhərlərimiz öz qədim simasını saxlamaqla müasirləşdi, gözəlləşdi, abadlaşdı. İnsanlar üçün çox gözəl şərait yaradıldı, infrastruktur layihələri icra edildi, sosial obyektlərin tikintisinə böyük diqqət göstərildi. Bir sözlə, bölgələrdə, ən ucqar yerlərdə yaşamaq üçün daha da yaxşı şərait yaradılmışdır.

Əslində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütün istiqamətləri əhatə edir. Bu gün Azərbaycanda elə bir sahə, elə bir istiqamət yoxdur ki, o istiqamətin inkişafı üçün dövlət proqramı olmasın. Nəinki proqram, eyni zamanda, proqramı icra etmək üçün maliyyə mənbələri və texniki imkanlar da səfərbər olub.

Proqramın digər vacib vəzifəsi ondan ibarət idi ki, Azərbaycanda işsizliyin aradan qaldırılması üçün praktiki işlər görülsün. 2004-cü ildə qarşıya vəzifə qoyulmuşdur ki, beş il ərzində Azərbaycanda 600 min yeni iş yerləri açılmalıdır. O vaxt bu rəqəm bəzilərini çaşdırırdı və bəziləri hesab edirdi ki, bu, qeyri-real bir hədəfdir. Ancaq o rəqəm göydən düşməmişdir, o rəqəmin səslənməsində əsas məsələ ondan ibarət idi ki, düzgün hesablamalar aparılmışdır, bizim imkanlar təhlil edilmişdir və ölkəmizin perspektiv inkişaf planı haqqında da çox gözəl təsəvvür var idi. Beş il ərzində nəinki 600 min, 800 minə qədər yeni iş yerləri açılmışdır. Demək olar, bu gün Azərbaycanda işsizlik kimi böyük sosial problem, onun böyük hissəsi aradan qaldırılıb. Bunu biz hər bir bölgədə görürük. Eyni zamanda, bunu biz Azərbaycana son illərdə gələn xarici vətəndaşların sayının artmasında görürük.

Bu gün biz miqrasiya məsələlərini daha da ciddi şəkildə tənzimləməliyik. İlk növbədə ona görə ki, əmək bazarının tənzimlənməsi məsələləri yüksək səviyyədə həll olunsun, Azərbaycan vətəndaşlarının hüquqları daha da ciddi şəkildə qorunsun. Biz miqrasiyanı tənzimləməklə elə etməliyik ki, əlbəttə, xaricdən gələn vətəndaşlar üçün də yaxşı şərait yaradılsın. Ancaq, ilk növbədə, Azərbaycan vətəndaşları işlə təmin olunsunlar.

İşsizliyin aradan qaldırılması həm böyük sosial problemin həlli deməkdir, eyni zamanda, işsizliyin aradan qaldırılması ancaq yeni müəssisələrin yaradılması, qeyri-neft sektorunun inkişafı hesabına baş verə bilər. Neft-qaz sektorunda yeni texnologiyalar tətbiq edilir və o sektorda iş yerlərinin açılması o qədər də geniş vüsət ala bilməz. Əsas vəzifə, əsas məqsəd ondan ibarət idi ki, qeyri-neft sektorunda, bölgələrdə sahibkarlığın inkişafına nail olaq.

Yeni iş yerlərinin açılması, yeni müəssisələrin yaradılması, Azərbaycanda sahibkarlığa dəstək vermək üçün praktiki addımlar, kreditlər, subsidiyalar, fermerlərə dəstək və güzəştli şəraitin yaradılması, infrastruktur layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsi - bütün bu amillər bir məqsədi güdürdü ki, ölkəmizi hərtərəfli inkişaf etdirək, ölkəmizin uğurlu perspektivlərini müəyyən edək, neft-qaz amilindən asılılığı azaldaq və Azərbaycan iqtisadiyyatını şaxələndirək. Deyə bilərəm ki, biz bütün istiqamətlərdə istədiyimizə nail ola bildik. Bu o demək deyil ki, bütün vəzifələr öz həllini tapıbdır. Əgər belə olsaydı, onda ikinci Dövlət Proqramının qəbul edilməsinə ehtiyac olmazdı.

Biz böyük işləri gördük, bərabər gördük. Bütün bölgələrdə sürətli inkişaf müşahidə olunurdu. Ancaq bununla bərabər, hələ ki, problemlər vardır və biz onları həll etməliyik. Biz bu problemləri bilirik. Problemlərin həll edilməsi üçün konkret addımlar atılır. Dövlət Proqramının birinci ilinin yekunları çox ümidvericidir. Baxmayaraq ki, 2009-cu il bütün dünya üçün çox çətin, ağır il olmuşdur, sınaq ili olmuşdur. Azərbaycan bütün bu çətin sınaqlardan şərəflə çıxa bilmişdir. 2009-cu ildə, bundan əvvəlki illərdəki kimi, Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. 2009-cu ildə iqtisadi artım 9,3 faiz təşkil etmişdir. Sənaye istehsalının artımı 8,6 faiz, inflyasiya isə 1,5 faiz olmuşdur. Yəni, dünyanın ən inkişaf etmiş ölkələrində olan bütün kriteriyalar Azərbaycanda da tətbiq edilməlidir. Bunu etmək üçün bizdə həm güclü iradə, həm proqram, həm maliyyə imkanlarımız, həm də ki, bütün cəmiyyətdə bu işlərə böyük dəstək vardır. Əgər bu dəstək olmasaydı, biz bu nailiyyətləri əldə edə bilməzdik. 2009-cu il bir daha göstərdi ki, dünyanın neft bazarında baş verən hadisələrdən asılı olmayaraq, Azərbaycan uğurlu inkişafını davam etdirəcəkdir. Neftin qiymətindən asılı olmayaraq, biz yenə də ən sürətlə inkişaf edəcəyik. Bizim bütün uğurlarımızı neft amili ilə bağlayanlar da artıq yəqin başa düşüblər ki, uğurlarımızın təməlində düşünülmüş siyasət, konkret proqramlar, möhkəm iradə və Azərbaycanın suverenliyi, müstəqilliyi dayanır. Biz müstəqil siyasət aparırıq. Həm siyasi, həm iqtisadi sahədə, bütün başqa sahələrdə Azərbaycan xalqının maraqlarını müdafiə və təmin edirik. Belə olan halda, əlbəttə ki, nəticələr də olacaqdır.

2009-cu ildə əldə edilmiş uğurlar əlbəttə ki, bizi ruhlandırır, sevindirir, yeni addımlara sövq edir. 2009-cu ildə həm iqtisadi, həm siyasi sahədə müəyyən məsələlər ciddi reaksiya tələb edirdi. Ciddi, operativ, çevik siyasətin aparılmasını tələb edirdi. Mən çox şadam ki, biz hamımız - Azərbaycan bütün vəzifələri uğurla, ağılla, təmkinlə, vaxtında həll etdi və beləliklə, ölkəmizin milli maraqları tam şəkildə müdafiə olundu.

Uğurlarımızın təməlində əlbəttə ki, ciddi islahatlar dayanır. Baxmayaraq ki, Azərbaycanın zəngin neft-qaz potensialı vardır və biz bu potensialdan böyük səmərə ilə istifadə edirik. Bununla bərabər, aparılan islahatlar, iqtisadiyyatımızın liberallaşması və ciddi iqtisadi islahatlar bugünkü sürətli inkişafı təmin edir.

Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumları da Azərbaycanda aparılan islahatları görür, qiymətləndirir və mükafatlandırırlar. 2008-ci ildə Azərbaycan “Doing Business” Proqramında dünyada bir nömrəli islahatçı ölkə kimi tanındı. Eyni zamanda, Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 51-ci yerdədir. Biz bütün MDB məkanında birinciyik. Bu da çox böyük nailiyyətdir.

Bu, onu göstərir ki, biz qısa müddət ərzində Azərbaycan iqtisadiyyatını şaxələndirə bildik. Yəni neft-qaz üzərində qurulmuş iqtisadiyyat artıq rəqabət qabiliyyətliliyinə görə mükafatlar və yüksək qiymətlər alır. Bu, böyük nailiyyətdir. Bu, bizi sevindirir. Ona görə ki, biz bu bölgədə yenə də birinciliyi əldən vermirik və verməyəcəyik. Ona görə sevindirir ki, bu, ölkəmizin uzunmüddətli inkişaf strategiyasını müəyyən edir. Biz irəliyə baxmalıyıq: 50 ildən sonra nə olacaq?! Azərbaycanın enerji mənbələri artıq tükənməyə başlayandan sonra iqtisadiyyatımız nəyin hesabına inkişaf edəcək, biz hansı yollarla inkişaf edəcəyik?! Biz bu gün bu vacib infrastrukturu yaratmaqla, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlarla, investisiyaları cəlb etməklə Azərbaycan haqqında dünyada real və müsbət rəy formalaşdırırıq.

Azərbaycan xarici sərmayələr üçün çox məqbul bir yerdir. Bu imici biz, ilk növbədə, neft-qaz sahəsində görülən işlər hesabına qazana bilmişik. Artıq bütün başqa sahələrə də investisiya qoyuluşu geniş vüsət alıbdır. Azərbaycan Dövlət İnvestisiya Şirkətinin yaradılması məhz o məqsədi güdürdü ki, bizim üçün lazım olan sahələrə xaricdən və yerli mənbələrdən, özəl sektor tərəfindən sərmayələr qoyulsun. Biz bu məqsədə çatmışıq.

Bu gün Dövlət İnvestisiya Şirkətinin xətti ilə Azərbaycanda reallaşan layihələr böyük əhəmiyyət daşıyır. Azərbaycanın daxilində, bölgədə həm infrastruktur, həm nəqliyyat, həm kənd təsərrüfatı və digər sahələrdə görülən işlər Azərbaycanı daha da gücləndirəcəkdir.

Biz uzunmüddətli inkişaf perspektivlərimizi də bilirik. Ona görə ölkəmizin uzunmüddətli, dayanıqlı və səmərəli iqtisadi inkişafını təmin etmək üçün bu gün işləməliyik, çalışmalıyıq və biz bunu edirik. Biz elə etməliyik ki, ölkəmiz bu gün olduğu kimi, bütün dövrlərdə öz hesabına yaşaya bilsin, xalqımız öz müqəddəratını həmişə olduğu kimi özü müəyyən etsin. Biz heç kimdən asılı olmayaq, öz siyasətimizi həmişə ləyaqətlə aparaq və ölkəmizi möhkəmləndirək.

Azərbaycan regionda çox mühüm rol oynayır. Bu, reallıqdır, bu, həqiqətdir və bu həqiqəti biz yaratdıq. Nə enerji mənbələrimiz, nə coğrafi vəziyyətimiz özü-özlüyündə bu vəziyyəti bizim üçün yarada bilməz. Ancaq düşünülmüş siyasət, prinsipial mövqe, müstəqil siyasət və əlbəttə ki, coğrafi vəziyyət və bölgədəki vəziyyətə bizim münasibətimiz və təsirimiz bütün bu gözəl şəraiti bizim üçün yaradır.

Bu gün ölkə daxilində problemlərimiz yoxdur. Çünki Azərbaycanda sosial-iqtisadi, ictimai-siyasi sahədə vəziyyət çox müsbətdir, çox ürəkaçandır. Azərbaycanda azad yaşamaq, yaratmaq və işləmək üçün bütün şərait vardır. Biz nə qədər güclü olsaq, sözümüz də, beynəlxalq mövqelərimiz də o qədər güclü olacaqdır. Beynəlxalq mövqelərimiz gücləndikcə əlbəttə ki, bizi narahat edən bütün məsələlərdə biz istədiyimizə nail olacağıq. Bu illər ərzində əlbəttə ki, iqtisadi və sosial məsələlərin həllinə böyük diqqət göstərilmişdir. Ancaq ölkəmizin problemləri təkcə bunlarla bitmir.

Ordu quruculuğunda böyük işlər görülüb və ordumuz müasirləşib. Hərbi sənaye yaradılıb və bu məqsədləri təmin etmək üçün böyük vəsait ayrılıb. Ən ağır şəraitdə yaşayan soydaşlarımızın vəziyyətinin yaxşılaşdırılması üçün əməli tədbirlər görülür. Məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin problemləri mütəmadi qaydada öz həllini tapır. Bütün digər sosial məsələlər həll edilir, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, idman qurğuları tikilir. Bax, bu gün aşağıda nümayiş etdirilən kiçik sərgidə görülən işlərin, bəlkə bir faizi görünür.

Hər bir sahədə, hər bir yerdə inkişaf, tərəqqi, yeni yanaşmalar olmalıdır. Biz dünyanın ən qabaqcıl təcrübəsini Azərbaycanda, bizim şəraitimizə uyğun şəkildə tətbiq etməliyik, ən yeni texnologiyaları həm dövlət, həm özəl sektorun xətti ilə Azərbaycana gətirməliyik ki, ölkəmiz bundan sonra uzun illər, əbədi, güclü, müasir ölkə kimi yaşasın.

Bu məsələlər daim diqqət tələb edir. Bu gün görülən işlər bugünkü gün üçün əhəmiyyətlidir, amma 5 il keçəndən sonra bu işlər bəlkə artıq o dövrün standartlarına cavab verməyəcəkdir. Ona görə də biz daim axtarışda olmalıyıq, daim fəal olmalıyıq və bütün cəmiyyət bu işlərdə fəal çalışmalıdır.

Bugünkü görüş daha çox sahibkarlığın və regionların inkişafı ilə bağlı olan məsələlərə həsr edilir. Azərbaycan dövləti bu sahədə də öz iradəsini göstərir. Sahibkarlara daim diqqət vardır. Sahibkarlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Sahibkarlara müxtəlif yollarla - Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kredit şəklində böyük vəsait verilir. Artıq əvvəlki illərdə verilən vəsait qayıdır və o yenə də kreditləşməyə yönəldilir. Fermerlərə subsidiyalar onlara lazım olan avadanlığın, texnikanın güzəştli şərtlərlə, lizinq yolu ilə verilməsi, - bütün bunlar kənd təsərrüfatını, sahibkarlığı stimullaşdıran amillərdir.

Əgər kənd təsərrüfatı inkişaf etməsə, onda emal sənayesinin əhəmiyyəti də, necə deyərlər, olmayacaqdır. Gərək məhsul olsun ki, o, emal edilsin, ondan sonra bazarlara çıxsın. Biz bazarlara çıxmaq üçün daha da ciddi addımlar atmalıyıq və sahibkarları bu işdə də ciddi dəstəkləməliyik. Azərbaycan dövlətinin beynəlxalq imkanlarını nəzərə alaraq biz gərək onlara dəstək verək ki, sahibkarlıq Azərbaycanda sürətlə inkişaf etsin. Yenə də deyirəm ki, biz inkişaf etmiş ölkələrin də müsbət təcrübəsini götürməliyik. O ölkələrin iqtisadiyyatının əsas hissəsini təşkil edən kiçik və orta sahibkarlıqdır. Biz də bu yolu getməliyik. Biz də elə etməliyik ki, kiçik və orta sahibkarlıq nə vaxtsa Azərbaycan iqtisadiyyatının əsasını təşkil etsin. Bu gün bu, belə deyildir və əlbəttə ki, bunu bu gün gözləmək sadəlövhlük olar. Çünki bizim böyük neft-qaz hasilatımız vardır. Biz sahibkarlığı nə qədər inkişaf etdirsək də, yenə də sahibkarlıqda yaranan məhsul, milli gəlir ona, neft-qaz sektoruna çatmaz. Amma bunu etməliyik, bütün şəraiti yaratmaqla, xarici bazarlara çıxmaqla, eyni zamanda, xaricə investisiyalar qoymaqla biz buna nail olmalıyıq.

Azərbaycan bazarı, - yəni əgər biz böyük ölkələrlə özümüzü müqayisə etsək, - kifayət qədər məhdud bazardır. Baxmayaraq ki, əhalimizin sayı artır, biz artıq 9 milyonuq, yenə də bu, reallıqdır, bu, məhdud bazardır. Bu gün bu bazarın böyük hissəsini, - hər halda mən ərzaq məhsullarını nəzərdə tuturam, - biz özümüz təmin edirik, özü də qısa müddət ərzində. Bütün əvvəlki illərdə əsas ərzaq məhsulları Azərbaycana gətirilirdi. Bu gün, - bu rəqəmləri mən sonra deyəcəyəm, - biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edirik. İki-üç ildən sonra demək olar ki, 100 faiz təmin etməliyik. Ondan sonra nə olacaq? Biz yeni bazarlar axtarmalıyıq. Ənənəvi bazarlar var və o, böyük bazarlardır. Bizim beynəlxalq və xarici siyasətimiz o bazarları bizim üçün açıb. Ancaq biz yeni bazarlar axtarmalıyıq.

Biz keyfiyyətli məhsullarla, onlara uyğun olan standartlarla Avropa bazarlarına çıxmalıyıq. Bunu etmək üçün əlbəttə ki, müasirləşmə, texnoloji yeniləşmə getməlidir. Bizim kənd təsərrüfatına aid olan ən mədəni formada istehsalımız yaradılmalıdır. Çox işlər görülüb. Ancaq hələ çox işlər görülməlidir ki, bizim bütün imkanlarımız tam şəkildə səfərbər olunsun. Bu gün biz imkanlarımızın böyük hissəsini artıq işə sala bilmişik, amma buna hələ 100 faiz çatmamışıq. Biz bu istiqamətdə əlavə tədbirlər görməliyik.

Yenə də qeyd etmək istəyirəm ki, bizim bütün planlarımız sistemli xarakter daşıyır. Biz hər istiqamətdə olduğu kimi, iqtisadi siyasətdə də öz fəaliyyətimizi proqram, plan, cədvəl, konkret müddəalar, maliyyə mənbələri, dövlət büdcəsinin, özəl sektorun, xarici sərmayədarların mənbələri üzərində cəm şəkildə qururuq. Xarici kreditlər, onlar da çox vacib rol oynayır, inkişafımızı təmin edir. Bu, artıq vardır. Əsas vəzifə proqramda nəzərdə tutulmuş bütün vəzifələri vaxtında və böyük keyfiyyətlə icra etməkdir. Ancaq yenə də deyirəm ki, bu, ölkəmiz qarşısında duran əsas sosial və iqtisadi məsələlərin həlli üçün kifayət edəcəkdir. Vəzifə qoyulub ki, ikinci Dövlət Proqramının icrası nəticəsində 2013-cü ilə qədər ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlər öz həllini tapsın. Ancaq biz bundan da qabağa baxmalıyıq ki, ondan sonra Azərbaycan iqtisadiyyatı hansı meyillərlə inkişaf edəcəkdir?! Biz bu barədə əlbəttə ki, düşünürük və dövlət qurumları bunun üzərində işləyirlər, sahibkarlar da bu işlərə qoşulmalıdırlar. Azərbaycanda sahibkarlar artıq cəmiyyətimizin güclü bir hissəsi kimi formalaşır. Çox sevindirici haldır ki, bizim sahibkarlarda yeniliyə meyil güclənir. Onlar çalışırlar ki, ən gözəl şərait olsun, ən gözəl texnologiyalar gətirilsin. Azərbaycanda son illər ərzində istehsal olunan məhsullar yüksək standartlara cavab verir.

Bir sözlə, əsas məsələ ondan ibarətdir ki, biz nə istədiyimizi dəqiq bilirik. Biz istəyirik ki, ölkəmizi gücləndirək, müstəqilliyimizi, öz iqtisadi azadlığımızı və müstəqilliyimizi daha da gücləndirək. Baxmayaraq ki, bu gün artıq biz tam şəkildə iqtisadi müstəqilliyə nail olmuşuq. Bu iqtisadi müstəqillik, eyni zamanda, bizə müstəqil siyasət aparmaq üçün şərait yaradır. Əgər biz asılı vəziyyətdə olsaydıq, onda bütün bu görülən işləri istədiyimiz qədər görə bilməzdik.

Ölkəmizin gücləndirilməsi, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, yeni texnologiyaların Azərbaycanda tətbiqi, Azərbaycanın bütün sahələrində müasirləşmə meyillərinin gücləndirilməsi, sahibkarlara əlavə dəstəyin verilməsi, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin tam şəkildə təmin edilməsi, bütün infrastruktur, sənaye və sosial infrastruktur layihələrinin icra edilməsi, - qısa desək, əsas istiqamətlər demək olar ki, bundan ibarətdir. Biz elə etməliyik ki, dövlət qurumları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, yerli sahibkarlar və vətəndaşlar yerlərdə bu məqsədə doğru planlı şəkildə, birlikdə addımlasınlar. Hər bir rayon üzrə nəzərdə tutulmuş proqramlar icra edilməlidir. Yenə də deyirəm ki, maliyyə resursları, siyasi iradə, proqramlar, nizam-intizam, sabitlik və sahibkarlara dəstək vardır. Yəni, lazım olan bütün amillər Azərbaycanda mövcuddur. Azərbaycan ən sürətlə inkişaf edən, sabit, möhkəm, dünyada öz rolunu oynayan ölkədir, öz prinsipial mövqeyindən çəkilən ölkə deyildir. Belə olan halda biz daim uğurlar qazanacağıq və Azərbaycanı inamla irəliyə aparacağıq.

İndi isə biz, müzakirələrə keçək və həm icra hakimiyyətləri nümayəndələrinin, eyni zamanda, sahibkarların çıxışları nəzərdə tutulub. Bu çıxışlara qulaq asaq və ondan sonra görüşümüzə yekun vuracağıq.

 

 X X X

İqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV çıxış edərək dedi:

- Zati-aliləri, möhtərəm cənab Prezident!

Hörmətli konfrans iştirakçıları!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin strateji istiqamətləri olan qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, əhalinin maddi rifahının daha da yüksəldilməsi tədbirlərinin son 6 ildə uğurla həyata keçirilməsi nəticəsində ölkənin sosial-iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, 2004-2009-cu illər ərzində ümumi daxili məhsul (ÜDM) 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 4,8 dəfə, orta aylıq əmək haqqı 3 dəfə, minimum pensiyanın məbləği 3,8 dəfə, minimum əmək haqqı 6,3 dəfə artmış, 33 mindən artıq yeni müəssisə, 840 mindən artıq yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 4,1 dəfə azalaraq 11 faizə enmişdir. Bu nailiyyətlərin əldə olunmasında 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının müstəsna rolu olmuşdur. Proqram çərçivəsində aparılmış işlər regionlarda istehsal və sosial infrastruktur təminatının yaxşılaşdırılması sahəsində inqilabi dəyişikliklərə səbəb olmuş, vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Elmi əsaslara söykənən bu strateji xəttin davam etdirilməsi məqsədilə cənab Prezident tərəfindən təsdiq olunmuş regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında iqtisadi inkişafın yeni mərhələsinin tələblərinə uyğun olaraq bütün regionlarda istehsal və emal müəssisələrinin yaradılması, infrastruktur təminatının və kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, ən müasir standartlara cavab verən təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulmuşdur.

II Dövlət Proqramının icrasını da şəxsi nəzarətinə götürən cənab Prezident ötən müddət ərzində regionlara 27 dəfə səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələri əhatə edən 105 obyektin açılış, 14 obyektin təməlqoyma mərasimində iştirak etmiş, 50-dən çox müxtəlif təyinatlı müəssisənin fəaliyyəti ilə tanış olmuşdur. Müntəzəm olaraq həyata keçirilən bu səfərlərin regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyəti olmaqla yanaşı, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyən edilməsini və həyata keçirilməsini təmin edir.

Möhtərəm cənab Prezident!

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanmış və Sizin böyük inamla davam etdirdiyiniz kompleks islahatlar siyasətinin məntiqi nəticəsi olaraq, 2009-cu il də ölkəmiz üçün uğurlu olmuş, qlobal maliyyə-iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsiri müqayisəolunmaz dərəcədə az olmuşdur. Belə ki, ÜDM 9,3 faiz, onun adambaşına düşən həcmi 7,9 faiz, qeyri-neft sektoru 3,2 faiz artmışdır. Ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7,4 milyard manat, o cümlədən regionlar üzrə 2,9 milyard manat investisiya yönəldilmiş, bu vəsaitlər hesabına infrastruktur təminatının daha da yaxşılaşdırılması və dünya standartlarına uyğunlaşdırılması ilə bağlı layihələr icra olunmuşdur. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması layihələri davam etdirilmiş, 700 kilometrdən çox yol çəkilmiş və təmir olunmuş, o cümlədən ölkə başçısının bilavasitə iştirakı ilə Bakı-Quba-Rusiya dövlət sərhədi, Ucar-Yevlax, Bakı-Şamaxı, Naxçıvan-Sədərək magistral yollarının açılışı olmuş, körpülər və nəqliyyat qovşaqları, Bakıda Beynəlxalq Avtovağzal Kompleksi, yeni metro stansiyaları istifadəyə verilmişdir.

Ölkənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi məqsədilə Sumqayıtda və Qubada elektrik stansiyaları istifadəyə verilmiş, bir sıra stansiyaların, o cümlədən Füzuli Su Elektrik Stansiyasının inşası davam etdirilmiş, Ağdaş regional yarımstansiyasının və “Göyçay-1” Su Elektrik Stansiyasının təməli qoyulmuşdur. Bununla yanaşı, alternativ və bərpaolunan enerji resurslarının istifadəsi ilə bağlı müvafiq struktur yaradılmış, bir sıra layihələrin icrasına başlanılmışdır. Hesabat dövründə yaşayış məntəqələrinin qaz təchizatı üçün yeni qaz kəmərləri çəkilmiş, 63 kəndə qazın verilməsi bərpa edilmiş, su və kanalizasiya təchizatının yaxşılaşdırılması ilə bağlı beynəlxalq maliyyə institutları ilə birgə 62 şəhər və rayonu əhatə edən layihələrin icrası davam etdirilmişdir. Rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə regionlarda 74 telefon stansiyası quraşdırılmış, 80 poçt binası inşa edilmiş, ölkənin bütün ərazisini əhatə edən internet şəbəkəsinin yaradılması üzrə işlər davam etdirilmişdir.

Ekoloji tarazlığın bərpa edilməsi, ətraf mühitin qorunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilmiş, ölkə Prezidenti tərəfindən 2010-cu il “Ekologiya ili” elan edilmişdir. Ərazilərin, xüsusilə Abşeron yarımadasının yaşıllaşdırılmasına başlanılmış, Xəzər dənizinin çirklənmədən qorunması üçün 7 sutəmizləyici stansiya istismara verilmiş, Hövsan aerasiya stansiyası yenidən qurulmuşdur. Kür-Araz çayları ətrafında yaşayan əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 12 rayonun 122 kəndində sutəmizləyici sistemlər quraşdırılmışdır.

Cənab Prezident tərəfindən Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun təməli qoyulmuş, “Təmiz şəhər” Səhmdar Cəmiyyəti Balaxanı poliqonu ərazisində yenidənqurma işləri aparmış, xüsusi çeşidləmə sahəsi yaradılmış və görülən işlərin nəticəsində yanğın və tüstülənmə hallarının qarşısı alınmışdır. “Qaradağ Sement” ASC-də ətraf mühitə təsirin azaldılması məqsədilə Avropada üstünlük verilən quru istehsal texnologiyasının tətbiqi layihəsinə başlanılmışdır.

Möhtərəm cənab Prezident!

Hörmətli konfrans iştirakçıları!

Ölkədə siyasi və makroiqtisadi sabitliyin təmin olunması, infrastrukturun inkişaf etdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyinin artırılması nəticəsində rəqabətqabiliyyətli məhsul istehsal edən güclü sahibkarlar təbəqəsi formalaşmış və bugünkü konfransda ölkənin bütün regionlarını təmsil edən sahibkarlar iştirak edir. İxracyönümlü məhsulların istehsalı, daxili bazarın keyfiyyətli məhsullarla təminatı sahəsində mövcud olan böyük imkanlar uğurla reallaşdırılır və Azərbaycan məhsulları Avropaya, eləcə də dünyanın digər ölkələrinə ixrac olunur.

Cənab Prezident, Sizin şəxsi təşəbbüsünüz və göstərişiniz əsasında tikilmiş və sahibkarlığın inkişafına növbəti töhfə olan bu möhtəşəm Biznes Mərkəzinin sərgi salonunda 200-dək şirkətin nümayiş etdirdiyi beynəlxalq standartlara uyğun hazırlanmış və qablaşdırılmış məhsullar deyilənlərə ən yaxşı sübutdur.

Bununla yanaşı, hazırda bütün iqtisadi rayonlar üzrə ən müasir texnologiyalar tətbiq olunmaqla, 200-ə yaxın müxtəlif təyinatlı istehsal və xidmət sahələrinin inşası davam etdirilir. Təkcə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin iştirakı ilə 2 süd emalı və 3 konserv zavodu, 2 mebel fabriki, 4 quşçuluq, 3 qablaşdırma, 1 tikiş, 1 yuyucu toz, 4 tikinti materialları istehsalı müəssisələri və 3 müasir istixana kompleksi tikilməkdədir. Qeyri-neft sektorunda böyük potensiala malik olan və regionların iqtisadiyyatının əsasını təşkil edən aqrar sektorun inkişafının dəstəklənməsi siyasəti, o cümlədən bu sahənin vergilərdən azad olunması, fermerlərə subsidiyaların verilməsi, “Aqrolizinq” Səhmdar Cəmiyyəti vasitəsilə onların güzəştli şərtlərlə texnika, toxum, gübrə və cins mal-qara ilə təmin edilməsi, dövlətin dəstəyi ilə aqroservislərin və logistik mərkəzlərin yaradılması öz bəhrəsini vermişdir. Ötən il aqrar sektorda artım 3,5 faiz təşkil etmiş, rekord səviyyədə - 3 milyon ton taxıl yığılmış, əsas ərzaq məhsullarının istehsalı xeyli artmış, tələbat əsasən yerli istehsal hesabına ödənilməklə, ölkənin ərzaq təhlükəsizliyi təmin olunmuşdur.

Aqrar sektorda mövcud olan potensialdan daha səmərəli istifadə edilməsi, bu sahədə məhsul ixracının artırılması məqsədilə məhsulların tədarükü, saxlanılması və satışı üzrə müasir anbar komplekslərinin tikintisi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 32 sahibkarlıq subyektinə 48 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir. Qeyd etmək lazımdır ki, tikintisi başa çatmış komplekslərin fəaliyyətə başlaması artıq istehlak bazarına öz müsbət təsirini göstərmişdir. Cari il ərzində digər komplekslərin istifadəyə verilməsi planlaşdırılır.

Bütün iqtisadi rayonları əhatə etməklə sahibkarların maarifləndirilməsi və kreditlərlə təmin olunması ilə bağlı 37 tədbir keçirilmiş, 2100 sahibkarlıq subyektinə 130 milyon manat məbləğində güzəştli kreditlər verilmiş, maliyyələşdirilmiş layihələrin 99 faizi regionların payına düşmüşdür. Azərbaycan İnvestisiya Şirkətinin yerli və xarici investorlarla birgə Göyçay və Hövsanda süd emalı, Dəvəçidə quş əti istehsalı, Masazırda duz istehsalı, Abşeron, Xaçmaz və bir sıra digər rayonlarda istixana komplekslərinin qurulması layihələri davam etdirilir. Ağstafada süd kompleksinin, Şəmkirdə quşçuluq fabrikinin, Samuxda soyuducu anbarın, istixana kompleksinin inşası, eləcə də şüşə və toxum istehsalı ilə bağlı layihələr üzrə araşdırmalar aparılır. İnvestisiya Şirkətinin təcrübəsi göstərdi ki, investisiya fəaliyyətinin azaldığı böhran ilində belə İsveçrə, Böyük Britaniya, Sinqapur, Almaniya, Türkiyə, İsrail və digər ölkələrdən olan investorlar, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı ölkəmizlə əməkdaşlığa böyük maraq göstərməkdə davam etmiş, müxtəlif layihələrin icrasına dövlət zəmanəti olmadan böyük vəsaitlər qoymuşlar. Bu isə Azərbaycanda olduqca əlverişli investisiya mühitinin formalaşmasının nəticəsidir.

Sahibkarların məlumatlandırılması və maarifləndirilməsi məqsədilə “195-2” telefon məlumat xidməti fəaliyyətə başlamış, 15 rayonda fəaliyyət göstərən vergi terminallarından əlavə, 2013-cü ilədək bütün rayonlarda belə terminalların yaradılması nəzərdə tutulur.

Sahibkarlara, xüsusilə də kənd təsərrüfatı məhsulları istehsalçılarına ticarətin müasir metod və texnologiyalarından istifadəsində dəstək olacaq “elektron ticarət” veb-portalının və ölkənin elektron iqtisadi xəritəsinin yaradılması işləri başa çatmaq üzrədir. Aparılmış kompleks tədbirlər nəticəsində keyfiyyətli və rəqabətqabiliyyətli məhsul istehsalı artmış, beynəlxalq sərgilərdə, o cümlədən yanvar ayında Berlində keçirilmiş “Yaşıl həftə” sərgisində məhsullarımıza böyük maraq göstərilmişdir.

II Dövlət Proqramının icrası çərçivəsində turizm infrastrukturunun inkişafı ilə bağlı işlər davam etdirilmiş, cənab Prezidentin iştirakı ilə Şahdağ Qış-Yay Turizm Kompleksinin təməli qoyulmuş, Gəncədə beynəlxalq standartlara cavab verən “Ramada” mehmanxanası istifadəyə verilmişdir. Hazırda müasir standartlara cavab verən 20-dək turizm obyektinin tikintisi davam etdirilir.

Möhtərəm cənab Prezident!

Hörmətli konfrans iştirakçıları!

Birinci Dövlət Proqramında olduğu kimi, yeni proqramda da sosial infrastrukturun daha da inkişaf etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması prioritet vəzifələrdəndir. Ötən müddət ərzində Bakıda, Sumqayıtda və respublikanın 12 rayonunda müharibə əlilləri və şəhid ailələri üçün 707 mənzillik 23 yaşayış binası istifadəyə verilmişdir. Əmək pensiyalarının plastik kartlarla ödənilməsi sistemi təkmilləşdirilmiş, pensiyaçıların 97,3 faizi bu sistemə qoşulmuşdur. Yeri gəlmişkən bildirmək istəyirəm ki, qaza görə borcların silinməsi əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinə, cənab Prezident, Sizin göstərdiyiniz diqqət və qayğının daha bir bariz nümunəsi olmuş, bu qərar əhali tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

2009-cu ildə 44-ü regionlarda olmaqla, 63 səhiyyə müəssisəsi tikilib istifadəyə verilmiş, 62-si regionlarda olmaqla, 87 məktəb binası tikilmiş və əsaslı təmir olunmuş, bədən tərbiyəsi və idman sahəsində işlər davam etdirilmiş, 7 olimpiya idman kompleksi, Bakı Tennis Akademiyası istifadəyə verilmiş, Bakıda Gimnastika Kompleksinin təməli qoyulmuşdur.

Ötən illərdə olduğu kimi 2009-cu ildə də Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə Dövlət Proqramının icrasına öz töhfəsini vermişdir. Məhz Fondun təşəbbüsü ilə əhalinin daha çox ehtiyac duyduğu bir çox obyektlər, o cümlədən 1600 şagird yerlik 6 məktəb binası və “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində xəstə uşaqların ümid yeri olan Talassemiya Mərkəzi inşa olunmuşdur.

Hörmətli konfrans iştirakçıları!

Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 2009-cu il ərzində 5300-dən çox yeni müəssisə yaradılmış, 54 min 500-ü daimi olmaqla, 74 min iş yeri açılmışdır. Ötən il regionların sosial iqtisadi inkişafı sahəsində görülmüş işlərin nəticəsində əhalinin gəlirləri 8 faiz artmışdır.

Beləliklə, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mükəmməl, praqmatik və qətiyyətli siyasəti nəticəsində bütün sahələrdə böyük nailiyyətlər əldə olunmuş, Dövlət Proqramının uğurlu icrasının möhkəm təməli qoyulmuşdur.

Möhtərəm cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, müəyyən etdiyiniz prioritet istiqamətlərə uyğun olaraq, bütün rayon və kəndlərin tarazlı inkişafına nail olunması və Dövlət Proqramından irəli gələn vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün imkanlarımızı səfərbər edəcəyik.

Diqqətinizə görə minnətdaram.

 

X X X

 

Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Mübariz AĞAYEV Mingəçevirdə həyata keçirilən quruculuq işlərindən danışaraq dedi ki, son illər şəhərin siması tamamilə dəyişmişdir. Ölkənin energetika qüdrətinin artırılması məqsədilə elektrik stansiyalarının modernləşdirilməsi, həmçinin bir sıra infrastruktur layihələrinin gerçəkləşdirilməsi nəticəsində şəhərdə işsizlik problemi demək olar ki, aradan qaldırılmışdır. Mübariz Ağayev bildirdi ki, regionların sosial-iqtisadi inkişafına dair 1-ci Dövlət Proqramının icrası sayəsində 60 yaşlı Mingəçevir yenidən gənclik dövrünü yaşayır.

Altmış ildən artıq tarixi olan Mingəçevirin energetika, sənaye şəhəri kimi formalaşması, inkişafı və dirçəlişi məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Şəhərimiz tarixən özünəməxsus gözəlliyi, abadlığı, işgüzar mühiti ilə seçilmişdir.

Möhtərəm cənab Prezident!

Məhz Sizin diqqət və qayğınız sayəsində, Heydər Əliyevin yadigarı olan Mingəçevir şəhəri respublikanın hər bir bölgəsi kimi yenidən intensiv inkişaf mərhələsinə qədəm qoymuş, sözün əsl mənasında yeniləşmiş, ötən əsrin 70-80-ci illərində olduğu kimi unikal sənaye və energetiklər şəhərinə çevrilməkdədir. Mingəçevirin siması tanınmaz dərəcədə dəyişmiş, sənaye, elm, turizm potensialı xeyli möhkəmlənmişdir. Siz Mingəçevirdə olarkən şəhərin perspektiv inkişaf istiqamətlərini və bu sahədə vəzifələrimizi dəqiq müəyyən etdiniz. Bunlardan biri ölkənin energetika qüdrətinin artırılmasında mühüm rolu olan Mingəçevirin enerji və sənaye potensialının daha da gücləndirilməsidir. Sizin tapşırığınızla, Dövlət Proqramına uyğun olaraq, Azərbaycan Elektrik Stansiyasında aparılan əsaslı modernləşmə işlərindən sonra onun istehsal gücü 2 dəfə artaraq 330 meqavata çatmışdır. Ölkədə istehsal edilən ümumi enerjinin 40 faizindən çoxu hazırda bu stansiyanın payına düşür.

Uğurlu sosial-iqtisadi islahatlar nəticəsində şəhərimizin sənaye potensialı güclənir, burada yeni müasir zavodlar, fabriklər tikilir. Sizin xeyir-duanızla fəaliyyətə başlayan “İnterenerji” yüksək gərginlikli elektrik beton dayaqları istehsalı, “Kür” kompyuter avadanlıqları, “Mingəçevir İzolit” müəssisələri artıq yüksək texnologiya əsasında məhsul istehsal edirlər. Fəaliyyəti bərpa edilmiş “Azərneftmaş” və Mingəçevir maşınqayırma zavodlarında da istehsalın genişləndirilməsi istiqamətində zəruri tədbirlər görülür. Həyata keçirilmiş tədbirlər şəhərdə işsizlik problemini demək olar ki, aradan qaldırmış, əhalinin maddi rifah halının yaxşılaşmasına müsbət təsir göstərmişdir. Son 6 ildə 7227-si daimi olmaqla, 8033 yeni iş yeri açılmışdır. Bir faktı diqqətə çatdırmaq istərdim ki, təkcə müxtəlif səbəblərdən şəhəri tərk etmiş vətəndaşlar artıq Mingəçevirə dönürlər və burada yaşamağı, işləməyi daha məqsədəuyğun hesab edirlər.

Bu müddətdə istehsal sahələrində orta aylıq əmək haqqı 350 manat təşkil etmiş, adambaşına düşən gəlir 1,4 dəfə, əhaliyə göstərilən ticarət, iaşə və digər xidmətlərin həcmi 5 dəfədən çox artmışdır.

Möhtərəm cənab Prezident!

Siz Mingəçevirdə olarkən demişdiniz ki, Mingəçevirin təbii imkanlarından da səmərəli istifadə olunmalı, buranın gözəl turizm zonasına çevrilməsi üçün lazımi addımlar atılmalıdır. Sizin bu sahədəki tapşırıq və tövsiyələriniz artıq uğurla həyata keçirilməkdədir.

Vaxtilə sovetlər məkanında analoqu olmayan “Kür” avarçəkmə bazası uzun illər istifadəsiz qalaraq dağılmış və tam yararsız vəziyyətə düşmüşdü. Bazanın yenidən qurulması ilə əlaqədar respublikamızın bütün beynəlxalq idman qurumlarına müraciəti cavabsız qalmışdı. Ancaq Sizin işə qarışmağınız nəticəsində indinin özündə belə unikal olan bu idman obyektinin tikintisi Dövlət Proqramına salınmış və Azərbaycanın öz daxili imkanları hesabına yenidən müasir dünya standartları səviyyəsində qurulur. Baza istifadəyə verildikdən sonra burada beynəlxalq yarışların keçirilməsi ilə yanaşı, həm də şəhərdə turizmin inkişafına daha böyük imkanlar açılacaqdır. Turizmin inkişaf etdirilməsi ilə bağlı Kür çayı sahilində artıq müasir tipli mehmanxana istifadəyə verilmiş, yeni “Sağ sahil” və “Turist” istirahət komplekslərinin tikintisinə başlanmışdır. Bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi ikinci Dövlət Proqramında da nəzərdə tutulmuşdur.

Möhtərəm cənab Prezident!

İndi şəhərimizdə hamının üzündə bir sevinc, təbəssüm duyulur. Sizin həyata keçirdiyiniz tədbirlər, göstərdiyiniz misilsiz kömək və qayğı nəticəsində bu gün əhalinin sosial problemləri artıq öz həllini tapmışdır. Mingəçevirin əvvəlki gözəlliyi, şənliyi, təravəti və xoş əhval-ruhiyyəsi, idman və mədəni həyatı, bir sözlə, əsl şəhər həyat tərzi bu gün özünə qayıtmışdır. Mingəçevirin sakinləri adından qürur hissi ilə bildirmək istəyirəm ki, bu mühiti onlara Siz qaytarmısınız, möhtərəm Prezident!

Şəhərin mövcud infrastrukturu turizmin tələblərinə uyğun yenidən qurulur, ticarət, iaşə və xidmət sahələrinin yaradılması istiqamətində müvafiq işlər aparılır. Şəhərdə yeni parklar salınmış, fəvvarələr quraşdırılmış, bütün küçələrə asfalt döşənmiş, işıqlandırma sistemi tamamilə yenidən qurulmuş, yerüstü keçid tikilmişdir. Şəhərdə 50-dən artıq nümunəvi məhəllə yaradılmış, 300-dən artıq yaşayış binasının dam örtüyü, fasadı, eyvanları müasir üslubda yeniləşdirilmiş, mövcud liftlərin əksəriyyəti əsaslı təmir olunmuşdur.

Dövlət Proqramına uyğun olaraq şəhər stadionu əsaslı təmir edilmiş, Mingəçevir Dövlət Dram Teatrında müasir tələblərə cavab verən yenidənqurma işləri başa çatmaqdadır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyəti olan Heydər Əliyev Mərkəzinin tikintisi sürətlə davam etdirilir.

Möhtərəm cənab Prezident!

Şəhərimizin inkişafında əldə olunan nailiyyətlər bütün ölkədə olduğu kimi, Mingəçevirdə də Sizin adınızla bağlıdır. İcazə verin, bu diqqət və qayğıya görə şəhər sakinlərinin minnətdarlığını Sizə çatdırım. Əmin ola bilərsiniz ki, biz mingəçevirlilər həmişə olduğu kimi Sizin ölkəmizdə həyata keçirdiyiniz möhtəşəm quruculuq işlərində yaxından iştirak edəcək, böyük diqqət və qayğınıza əməli işimizlə cavab verəcəyik. Diqqətinizə görə sağ olun.

 

 X X X

 “Karat holdinq” şirkətinin icraçı direktoru Taleh QASIMOV sahibkarlığa dövlət qayğısından danışaraq qeyd etdi ki, özəl bölməyə ayrılan kreditlər və subsidiyalar ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında həlledici rola malikdir. O bildirdi ki, bu baxımdan əsasən ərzaq məhsulları istehsal edən “Karat holdinq” şirkəti öz məhsullarının çeşidini artırmaq və keyfiyyətini yaxşılaşdırmaqda daim dövlətin qayğısını hiss edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycan postsovet məkanında bəlkə də yeganə ölkədir ki, ərzaq təhlükəsizliyini təmin etmişdir. Bu gün ölkəmiz nəinki öz ehtiyaclarını yerli istehsal hesabına ödəyir, hətta bu məhsulları digər ölkələrə ixrac edərək, onların ərzaq təminatının yaxşılaşdırılmasına öz töhfəsini verir.

Bu nailiyyətin qazanılmasında sözsüz ki, bərqərar olmuş siyasi və iqtisadi sabitlik, əlverişli biznes mühiti, dövlətin sahibkarlığa diqqət və qayğısı həlledici amillərdir. Elə bu gün konfransın keçirildiyi bu Biznes Mərkəzi də cənab Prezidentin biz sahibkarlara göstərdiyi qayğının növbəti bir nümunəsidir.

Sahibkarlara göstərilən dövlət qayğısı və diqqət 1994-cü ildə fəaliyyətə başlamış şirkətimizin Cənubi Qafqaz regionunda yüksək keyfiyyətli qida məhsulları istehsal edən iri bir holdinqə çevrilməsinə təkan vermişdir. Müasir texnologiyaların tətbiqi, yüksək ixtisaslı kadrların hazırlanması qısa müddətdə müəssisəmizin istehsal etdiyi məhsulların çeşidinin və coğrafiyasının genişlənməsinə səbəb olmuşdur. Belə ki, fəaliyyətimizi Abşeron rayonunda başlamaqla, onu getdikcə ölkəmizin digər rayonlarına da genişləndirdik. Hazırda holdinqimizin fəaliyyəti Abşeron, Kürdəmir, Şəki rayonlarını əhatə edir. İstehsalımızın əsas istiqamətini un, müxtəlif çeşiddə makaron məhsulları, yumurta istehsalı təşkil edir. Dövlətin maliyyə dəstəyindən yararlanaraq verilən güzəştli kredit hesabına təkcə bu il, Şəki və Abşeron rayonlarında ümumi tutumu 22 min ton olan 2 elevatorun tikintisini yekunlaşdıracağıq. Qeyd edim ki, hər iki yeni elevatorda bu sahədə qabaqcıl təcrübəyə malik ABŞ-ın avadanlığından istifadə olunacaqdır. Aqrar sektora subsidiyaların və güzəştlərin verilməsi və digər tədbirlər nəticəsində rekord həcmdə taxılın yığıldığı 2009-cu ildə holdinqimiz əhalidən 80 min tondan çox yerli buğda qəbul etmişdir və əminəm ki, bu il biz bu göstəricini daha da artıracağıq.

Digər bir fəaliyyətimiz Abşeron rayonunun Məhəmmədi kəndində 900 min başlıq quşçuluq kompleksidir. Kompleks özündə inkubator, yem zavodu və damazlıq toyuqların saxlanmasını əhatə etməklə, hər gün 550 min ədəd yumurta istehsal edir. Holdinqimizdə ümumilikdə 1500-ə qədər iş yeri yaradılmış və onların ixtisas biliklərinin artırılmasına xüsusi önəm verilir.

Cənab Prezident, 2005-ci ildə Sizin xeyir-duanızla Gürcüstanın Marneuli şəhərində gündəlik 500 ton taxıl emal edən un fabrikimizi açmışıq. Məruzə edirəm ki, bu gün fəaliyyətini genişləndirən həmin müəssisənin nəzdində 80 min tonluq elevator da fəaliyyət göstərir. Müəssisəmizdə işləyən əməkdaşlarımızın hamısı Gürcüstanda yaşayan soydaşlarımızdır. Fəxrlə qeyd edə bilərik ki, yeyinti məmulatları, xüsusilə un, makaron, yumurta istehsalında bizim şirkətimiz daxili bazarda önəmli yerlərdən birini tutur və xarici həmkarlarımızın istehsal etdikləri məhsullarla tam rəqabət qabiliyyətlidir. Məhsullarımız Avropanın ən qabaqcıl texnologiyaları əsasında, xüsusilə İsveçrənin “Bühler” şirkətinin avadanlığı, habelə italyan dəzgahlarında istehsal olunur. Avtomatik və yüksəksürətli qablaşdırma gigiyena normalarına uyğun şəkildə aparılır və qablaşdırmanın çox çeşidli olması, eləcə də ən müasir tələblərə cavab verməsi satış və marketinq üçün əlverişli şərait yaradır. Artıq bu gün bizim müəssisəmizin istehsal etdiyi məhsullar Rusiya, Gürcüstan, İran kimi qonşu ölkələrə ixrac edilir.

Möhtərəm cənab Prezident, çıxışımın sonunda icazə verin, sahibkarlar adından bizə göstərdiyiniz dəstəyə, diqqətə və qayğıya görə Sizə öz minnətdarlığımızı bildirim.

 

X X X

 Dəvəçi rayon icra hakimiyyətinin başçısı Novruz NOVRUZOV həyata keçirilən dövlət proqramlarının bölgənin mənzərəsini tamamilə dəyişdirdiyini dedi və son vaxtlar rayonda həyata keçirilən çoxsaylı layihələr, aparılan genişmiqyaslı abadlıq və yenidənqurma işləri barədə məlumat verdi. İcra hakimiyyətinin başçısı son illər rayonda xeyli sayda istehsal müəssisəsinin yardılmasına külli miqdarda investisiya qoyulduğunu diqqətə çatdırdı. Novruz Novruzov rayonun turizm potensialından istifadəni gerçəkləşdirmək planları barədə də danışdı:

Xalqımızın mənafeyinə və sosial rifahına xidmət edən, milli iqtisadi inkişaf modelinin tərkib hissəsi olan hər iki Dövlət Proqramının ahəngdarlıqla həyata keçirilməsi bölgənin sosial-iqtisadi mənzərəsini kökündən dəyişmişdir. Bu proqramlarda nəzərdə tutulan ölkə və yerli əhəmiyyətli çoxsaylı tədbirlər güclü vəhdət təşkil edərək bir-birini tamamlayır.

Cənab Prezident, böyük qürur və fəxrlə hesabat verərək bildirirəm ki, Sizin rayonumuzun ərazisində təməlini qoyduğunuz, ölkəmizin nəhəng tikintilərindən olan və mühüm əhəmiyyət kəsb edən Taxtakörpü Su Anbarının və Su Elektrik Stansiyasının tikintisi ilə Dəvəçi ölkənin iqtisadi infrastrukturuna daxil olmuş, onun böyük potensialı üzə çıxarılmışdır. Tikintisi uğurla davam edən Bakı-Rusiya Federasiyası magistral avtomobil yolunun Dəvəçi ərazisindən keçən hissəsinin rayon mərkəzindən kənara çıxarılması, respublikada ən böyük - uzunluğu 544 metr olan körpünün bu ərazidə inşası Dəvəçinin təkcə nəqliyyat infrastrukturuna deyil, bütün sosial-iqtisadi həyatına öz müsbət təsirini göstərməkdədir. Dövlət proqramlarında və əlavə Tədbirlər Planında Dəvəçi rayonunun sosial-iqtisadi inkişafı üçün nəzərdə tutulan bütün tədbirlər Sizin qayğınızla nəinki yerinə yetirilmiş, eyni zamanda həmin tədbirlərdən irəli gələn daha 30 layihə həyata keçirilmişdir.

Rayonda ümumi məhsul istehsalının həcmi 6 il əvvəlkindən 11 dəfə artaraq 215 milyon manata çatmışdır. Sənaye məhsullarının həcmi 2,8 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 3,2 dəfə, orta aylıq əmək haqqı isə 4 dəfədən çox artmışdır. Sizə məlumat vermək istəyirəm ki, rayonun sosial-iqtisadi inkişafını şərtləndirən çox mühüm göstəricilərdən biri də Dəvəçi rayonunun büdcəsinin 40 faizə qədərinin yerli daxilolmalar hesabına formalaşmasıdır. Ötən müddətdə rayonda orta və kiçik həcmli 100-dən çox layihənin reallaşdırılmasına 35 milyon manat dövlət vəsaiti yönəldilmişdir. İşsizliyin aradan qaldırılması istiqamətində görülən tədbirlər nəticəsində son bir neçə ildə rayonda beş minə yaxın yeni iş yeri açılmışdır ki, onların da iki min yeddi yüzü daimi iş yeridir.

Ölkədə sahibkarlığa göstərilən diqqət və qayğının, yaradılmış sağlam şəraitin nəticəsidir ki, “Dəvəçi Broyler” Səhmdar Cəmiyyətinin yenidən bərpa edilmiş 38 sexində ildə 10 min ton quş əti istehsal edilir. Quş ətinin dərin emalı sexinin və digər yardımçı sahələrin işə başlamasından sonra fabrikdə çalışanların sayı indiki 740 nəfərdən 1000 nəfərə çatdırılacaqdır. Gündəlik istehsal gücü 500 ton olan və 130 nəfər işçi qüvvəsinin çalışdığı “Dəvəçi Dəyirman” müəssisəsinin nəzdində ildə 50 milyon yumurta istehsal edən “Quşçuluq” kiçik müəssisəsi yaradılmışdır ki, burada da 50 nəfər işlə təmin olunmuşdur. Orta və kiçik sahibkarlıqla məşğul olan 8400 nəfərə son illərdə 11 milyon manata yaxın güzəştli kreditlər verilmişdir.

Həmişə kəndə, onun sadə insanlarına qayğısını əsirgəməyən ümummilli liderimiz torpağı kəndliyə qaytarmaqla onu yenidən öz mülkiyyətinin sahibi etdi. Siz isə, cənab Prezident, kəndlinin toxum, gübrə, damazlıq mal-qara, yanacaq, texnika ilə təmin edilməsinə dövlət dəstəyini verməklə bu sahədə çalışan yüz minlərlə insana yeni həyat, yeni nəfəs verdiniz. Bunun nəticəsidir ki, kəndlərdən şəhərlərə gedən insanlar artıq yenidən torpağa üz tuturlar. Son bir neçə ildə rayonda meyvə bağlarının sahəsi 3 dəfədən çox artırılaraq 1100 hektara çatdırılmış, 140 hektar üzüm bağı salınmışdır. Bu müddətdə tərəvəz istehsalı 2 dəfədən çox, heyvandarlıq məhsulları istehsalı və mal-qaranın baş sayı 20 faizdən çox artmışdır.

Sizin tapşırığınızla ötən ildən rayonda 20 min hektar torpaq sahəsini əhatə edəcək suvarma şəbəkəsinin yenidən qurulmasını nəzərdə tutan 11 milyon manatlıq layihənin icrasına başlanmışdır. İşlərin bu ilin sonunadək başa çatdırılması gözlənilir. Qeyri-neft sektorunun inkişafına göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, cənab Prezident, son altı ildə rayonda aparılan abadlıq-quruculuq işlərinin həcmi 35 milyon manatdan çox olmuşdur.

Dəvəçi şəhərinin küçə və meydanları abadlaşdırılmış, müasir işıqlandırma şəbəkəsi yaradılmış, yeddi minə yaxın əhalisi olan yeddi kəndin içməli su təchizatı yaxşılaşdırılmışdır. Dəvəçi şəhərinin ən ciddi problemlərindən olan kanalizasiya xəttinin 19 kilometrində tikinti işləri başa çatmış və əsas küçələr artıq şəbəkəyə qoşulmuşdur. Qaz infrastrukturunun yenidən tikintisi böyük sürətlə davam etdirilir.

Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” devizi altında həyata keçirdiyi tədbirlər çərçivəsində 10 məktəb binası və əlavə sinif otaqları tikilib istifadəyə verilmiş, Dəvəçi şəhərinin mərkəzində Mədəniyyət sarayı əsaslı şəkildə bərpa edilmişdir.

Heydər Əliyev adına Parkın və Mərkəzin, Tarix-Diyarşünaslıq-Etnoqrafiya Muzeyinin tikintisi ilin sonunadək başa çatdırılacaqdır.

Hazırda rayonda 80 çarpayılıq yeni müasir xəstəxana binası da tikilir.

Cənab Prezident, əhalinin sosial ehtiyaclarının ödənilməsinə və rayonumuzda aparılan geniş tikinti-quruculuq işlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya rayonumuzun sakinlərinin sonsuz minnətdarlığını bildirirəm.

Qədim abidələrə və füsunkar təbiətə malik Dəvəçidə turizmin inkişafı imkanları ilə şəxsən tanış olmağınız və verdiyiniz tapşırıqlar bu sahəyə diqqətin artmasına səbəb olmuşdur. Turizmin inkişafı üçün altı min hektar torpaq sahəsi müəyyənləşdirilmiş və bu sahələrin yer quruluşu sənədləri hazırlanaraq müvafiq strukturlara təqdim edilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin hələ 1983-cü ildə “Azərbaycanın şəhər mədəniyyətinin nadir nümunəsi” adlandırdığı qədim Şabran və Çıraqqala tarixi qoruqlarının mühafizəsi, ərazilərinin bərpa edilməsi və abadlaşdırılması istiqamətində bütün mümkün tədbirlər görülür.

Möhtərəm cənab Prezident, Sizin böyük üzaqgörənliklə işləyib hazırladığınız və həyata keçirdiyiniz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq bölgələrdə müasir, güclü infrastrukturun qurulması, yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması bu gün, sözün əsl mənasında, Azərbaycan vətəndaşının sosial rifahına xidmət edir. Bildirmək istəyirəm ki, bu gün Dəvəçidə iş axtaran insanlar yox, işçi axtaran sahibkarlar vardır.

Sizin dediyiniz kimi, möhtərəm cənab Prezident, Azərbaycan çox çətin və mürəkkəb, ancaq şərəfli bir keçid dövrünü başa vuraraq özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Respublikanı tərəqqiyə və xoşbəxt gələcəyə aparan bu yeni mərhələdə biz dəvəçililər də vətənimizin çiçəklənməsi yolunda qüvvə və bacarığımızı əsirgəməyəcəyik. Diqqətinizə görə sağ olun.

 

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib