PREZİDENT İLHAM ƏLİYEVİN İMZALADIĞI FƏRMANLAR TÜRK İŞ ADAMLARINI MƏMNUN ETMƏKDƏDİR
Azərbaycan –Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TUSİAB) mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş xəbərdə bu fikir xüsusi vurğulanır. Bildirilir ki, TUSİAB yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanın iqtisadi, sosial və mədəni sahələrdə tezliklə daha yüksək inkişafa nail olacağına əmindir. Bu beynəlxalq qurum Azərbaycan Pezidenti İlham Əliyevin qarşıdakı beş ildə ölkəmizdə 600 min yeni iş yeri açılması haqqında proqram mahiyyətli göstərişinə dəstək olaraq təşviqat kampaniyasına başladığını və bu barədə qərar qəbul etdiyini bildirir. Həmin kampaniyada azərbaycanlı iş adamları ilə yanaşı, TUSİAB üzvlərinin, bütün türk şirkətlərinin təmsil olunacağı vurğulanır.