PREZİDENT L.KUÇMA UKRAYNA SÜLHMƏRAMLILARINI İRAQDAN İLİN BİRİNCİ YARISINDA ÇIXARMAĞI TAPŞIRMIŞDIR
AZƏRTAC-ın Ukrinformdan aldığı xəbərə görə, Prezident Leonid Kuçma Ukraynanın müdafiə naziri vəzifəsini icra edən Aleksandr Kuzmuk, Baş nazirin müavini Dmitri Tabaçnik, xarici işlər naziri Konstantin Qrişşenko, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Vladimir Radçenko ilə görüşmüşdür. Görüşdə Ukraynanın İraqdakı sülhməramlı kontingentində vəziyyət müzakirə edilmişdir. Belə ki, yanvarın 9-da orada aviasiya bombasının partlaması nəticəsində Ukrayna hərbçilərindən 8-i ölmüş, 6-sı yaralanmışdır.
Görüşdən sonra A.Kuzmuk bildirmişdir ki, prezident Ukrayna hərbi kontingentinin İraqdan cari ilin birinci yarısında planlı surətdə çıxarılmasına təxirə salmadan başlamağı tapşırmışdır. O demişdir ki, Ukraynanın Əs-Süveyrə bölgəsindəki əsgərlər mart-aprel aylarında, qalanları isə iki-üç ay ərzində çıxarıla bilər.
Xatırladaq ki, Ukrayna sülhməramlıları 2003-cü ilin avqustundan İraqdadır və kontingentin tərkibində 1600 hərbçi var. İraqda beynəlxalq koalisiyanın əməliyyatlarında iştirak etdikləri bütün vaxt ərzində 17 ukraynalı hərbçi həlak olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]