PREZİDENT SEÇKİLƏRİNİ İZLƏYƏCƏK BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏRİN QEYDİYYATI DAVAM EDİR
Mərkəzi Seçki Komissiyasından (MSK) AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanda oktyabrın 15-də keçiriləcək prezident seçkilərini izləyəcək beynəlxalq müşahidəçilərin qeydiyyatı davam edir.
İndiyədək komissiyaya müraciət etmiş 43 beynəlxalq müşahidəçi qeydiyyata alınmışdır. Onlar əsasən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunu təmsil edirlər. MSK-da beynəlxalq müşahidəçilərə vəsiqələr verilir, onlara qurumun seçki ilə bağlı hazırladığı məlumatlar təqdim olunur. Azərbaycana seçki prosesini izləyəcək uzunmüddətli beynəlxalq müşahidəçilərin gəlişi isə davam edir. Seçki prosesini ATƏT-lə yanaşı, Avropa Şurasının və MDB-nin müşahidə missiyaları da izləyəcəklər.
MDB-nin müşahidə missiyası bu günlərdə Azərbaycana gələcək və sentyabrın ortalarından etibarən seçkiqabağı vəziyyəti öyrənəcəkdir.
MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirmişdir ki, bu seçkiləri ATƏT-in 480 uzunmüddətli və 30 qısamüddətli müşahidəçisi izləyəcəkdir. MDB-dən isə seçki prosesini 250-yə yaxın müşahidəçinin izləyəcəyi gözlənilir.
Bundan əlavə, Avropa Şurasının Parlament Assambleyası 30 nəfərdən ibarət müşahidə missiyası formalaşdırmışdır.
R. Qasımov onu da qeyd etmişdir ki, komissiyada müşahidəçilərin qeydiyyatı maksimum fəallıqla həyata keçirilir. Uzunmüddətli müşahidəçilər artıq bölgələrə ezam olunmuşlar. Onlar seçkiqabağı vəziyyət, təbliğat və təşviqat proseslərini izləyəcəklər.
Seçkiləri izləyəcək qısamüddətli beynəlxalq müşahidəçilər Azərbaycana daha böyük heyətlə oktyabrın 5-dən 10-dək gələcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]
Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
- 16.06.2026 [13:40]