Prezident təqaüdçüsü Nərmin Hacıyeva: Əziyyətimin bəhrəsini gördüm
Bakı, 4 noyabr, AZƏRTAC
Bu il ən yüksək nəticə ilə ali məktəbə qəbul olan 102 tələbə Prezident təqaüdü qazanıb. Onların arasında yüksək bal toplayan Nərminə Hacıyeva da var.
AZƏRTAC Prezident təqaüdü qazanan Nərminə Hacıyeva ilə həmsöhbət olub.
Nərminə Texniki humanitar liseyi bitirib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin ingilis bölməsinə 683 balla daxil olub. Bu yüksək göstəriciyə görə hər ixtisas qrupu üzrə seçilmiş 25 nəfərin arasından Prezident təqaüdünə layiq görülüb.
O qeyd edib ki, bu, çox qürurverici hissdir: “İllərdir çəkdiyim əziyyətin bəhrəsini gördüyüm üçün çox sevindim. Bu yolda mənə dəstək olan ailəmə, müəllimlərimə təşəkkür edirəm. Çalışacağam ki, 4 il boyunca verilən təqaüdü qoruyub saxlayım. Bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm.
Qəbul imtahanına hazırlaşan abituriyentlərə demək istərdim ki, daim xəyallarının ardınca getsinlər. Maneələr çox olacaq, amma bu, onları qorxutmasın. İnamlarını heç vaxt itirməsinlər. Mən gələcəkdə uğur qazanacağıma inanıram. Məqsədim Vətənimizə layiqli hüquqşünas olmaqdır”, - deyə N.Hacıyeva vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:23]
Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb
- 09.06.2026 [12:21]
Xaqani Şirvani və dövrünün siyasi-mədəni mühiti - dəyirmi masa
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]