“Print media istehsalı və texnologiyası” – yeni dərs vəsaiti
Bakı, 17 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Zaur Babayevin “Print media istehsalı və texnologiyası” adlı dərs vəsaiti çapdan çıxıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, yeni nəşr çap mediasının istehsal prosesində tətbiq olunan müasir texnologiyalar, istehsalat mərhələləri, texniki vasitələr və çap prosesinin aktual xüsusiyyətlərini əhatə edir. Dərs vəsaiti əsasən jurnalistika ixtisası üzrə təhsil alan tələbələr, eləcə də çap və nəşriyyat sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.
Vəsaitdə çap məhsullarının hazırlanma mərhələləri, texnoloji proseslərin təşkili, istehsal zamanı istifadə olunan avadanlıq və məhsul keyfiyyətinə təsir edən amillər geniş şəkildə izah edilir. Bununla yanaşı, çap mediası sahəsində texnoloji yeniliklər və müasir istehsal yanaşmaları da nəşrdə əksini tapıb.
Yeni dərs vəsaiti media təhsili sahəsində tələbələrin nəzəri biliklərinin artırılması və onların praktiki bacarıqlarının formalaşdırılması baxımından mühüm elmi-praktik mənbə kimi qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]