CƏMİYYƏT
Professor: Forumdakı çıxışlarımızın Azərbaycan elminə töhfə verəcəyinə inanıram
Bakı, 9 sentyabr, AZƏRTAC
Mən 33 ildir ki, Almaniyada yaşayıram, fəaliyyət göstərirəm. Belə forumlarda bir neçə dəfə iştirak etmişəm. Məhz bu forumların sayəsində biz azərbaycanlı alimlər bir-birimizi tanımışıq. Bu, böyük üstünlük və əvəzolunmaz xoşbəxtlikdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri sentyabrın 9-da Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda iştirak edən Blinkent Universitetinin professoru Məsud Əfəndiyev bildirib.
Hazırda Almaniyada yaşadığını diqqətə çatdıran professor tədbirdə səslənəcək fikirlərin Azərbaycan elminin inkişafına ciddi töhfə verəcəyinə inamını ifadə edib: “Əminəm ki, mənim və digər alim yoldaşlarımın forumda səsləndirəcəyi fikirlər Vətənimiz üçün xeyirli olacaq”.