Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor: Müstəqil Azərbaycan öz tarixinin ən şanlı dövrünü yaşayır

Professor: Müstəqil Azərbaycan öz tarixinin ən şanlı dövrünü yaşayır

Bakı, 23 oktyabr, AZƏRTAC

XX əsrin sonunda öz tarixi torpaqlarının bir hissəsində yenidən müstəqilliyə qovuşmuş Azərbaycan xalqı qədim və zəngin dövlətçilik ənənələrinə malikdir. Beş min illik dövlətçilik tarixi olan Azərbaycan ərazisi müasir sivilizasiyanın inkişafa başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Müsəlman Şərqində ilk demokratik respublika da Şimali Azərbaycanda qurulub.

Bu barədə fikirlərini AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri tarix elmləri doktoru, professor Mais Əmrahov söyləyib. Bolşevik Rusiyasının işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süqut edilməsindən sonrakı dövrün tarixinə nəzər salan professor deyib: “1920‐ci il avqustun 10-da bolşeviklərin ermənilərlə bağladıqları sazişə əsasən Azərbaycanın iştirakı və razılığı olmadan, əzəli Azərbaycan ərazisi olan Şərur‐Dərələyəz Ermənistana verildi. Sonra ermənilər XI Qırmızı Ordunun köməyilə Zəngəzurun işğalına başladılar. Cənub‐Qərbi Zəngəzur (Mehri) Ermənistana qatıldı və bununla, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqə kəsildi. Ermənilər Azərbaycan xalqının cəlladları Orconikidze və Kirovun təzyiqi ilə 1921-ci il iyulun 4-də RK(b)P Qafqaz bürosunun plenumunda Dağlıq Qarabağın Ermənistana qatılması barədə qərar qəbul edilməsinə nail oldular. Lakin N.Nərimanovun kəskin müqaviməti və tələbi ilə RK(b)P MK‐nın işə qarışması nəticəsində bu qərar ləğv olundu. Ermənilər Dağlıq Qarabağ barədə məqsədlərinə tam nail ola bilməsələr də, Azərbaycanın bu regionunda öz mövqelərini möhkəmləndirə bildilər. Bütün bunlara baxmayaraq, ermənilərin və bolşeviklərin Naxçıvanla bağlı planları baş tutmadı. Türkiyənin qətiyyətli mövqeyi sayəsində RSFSR‐lə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinə (16 mart 1921‐ci il) əsasən Naxçıvana Azərbaycanın himayəsi altında muxtariyyət verildi. Həmin ilin payızında Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında bağlanmış Qars müqaviləsi (13 oktyabr 1921‐ci il) də bunu bir daha təsdiq etdi”.

Professor Mais Əmrahov qeyd edib ki, 1923‐cü il iyunun 7‐də Stalinə arxalanan Orconikidze və Kirovun təzyiqi ilə Azərbaycan MİK Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradıldığını elan etdi. Bununla, ermənilər və onların Moskvadakı himayəçiləri Azərbaycana qarşı gələcəkdə yeni ərazi iddiası irəli sürmək üçün “zəmin” hazırladılar. 1929‐cu ildə Zəngilan rayonunun üç kəndi Ermənistana verildi.

Ötən əsrin 30‐cu illərində bütövlükdə Azərbaycan xalqına qarşı repressiya aparılırdı. Ermənilər Qərbi Azərbaycanda da azərbaycanlılara qarşı kütləvi təqiblər həyata keçirirdilər. O zaman on minlərlə azərbaycanlı Qərbi Azərbaycandan ‐ öz əzəli ata‐baba yurdlarından qovuldu.

Kütləvi qırğınlar və sürgünlərlə yanaşı, xalqın milli‐mənəvi dəyərləri də məhv edilirdi. 1939‐cu ildə kiril qrafikası əsasında əlifbaya keçirilməsi Azərbaycan xalqına daha ağır zərbə vurdu. Bu, eyni zamanda, Azərbaycan və digər türk‐islam xalqlarına qarşı yeridilən ayrı‐seçkilik siyasətinin daha bir təzahürü idi.

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra da Azərbaycan xalqına qarşı repressiyalar davam etdirildi. 1948-1953-cü illərdə azərbaycanlıların öz doğma yurdu Qərbi Azərbaycandan (Ermənistan SSR adlanan ərazidən) kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı. Erməni millətçiləri Kremldə hökmranlıq edən Stalin - Beriya - Mikoyan güruhunun “xeyir-duası”ndan ruhlanaraq Azərbaycan xalqına növbəti dəfə divan tutdular.

Kommunist rejiminin hökmranlığı illərində SSRİ‐nin türk‐müsəlman xalqlarına qarşı açıq‐aşkar ayrı‐seçkilik siyasəti yeridilirdi. Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi: 1969‐cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyi başlandı. Onun Azərbaycana rəhbərliyinin birinci dövrü - 1969-1982‐ci illər xalqın tarixində milli oyanışın başlanması və müstəqilliyə doğru böyük dönüş illəridir. Müstəqillik dövründə xalqın təkidli tələbi ilə siyasi rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. Ümummilli Liderin həyata keçirdiyi uğurlu daxili islahatlar və xarici siyasət Azərbaycanı inkişaf yoluna çıxardı, ölkənin beynəlxalq aləmdə nüfuzu artdı.

“Müstəqil Azərbaycan 2003-cü ildən başlayaraq öz tarixinin ən şanlı dövrünə qədəm qoydu. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı özünün prinsipial mövqeyini hələ Avropa Şurasının Parlament Assambleyasındakı fəaliyyəti zamanı nümayiş etdirmişdi. Azərbaycanın bu məsələdə haqlı tərəf olduğunu, ölkəmizin təcavüzə məruz qaldığını, torpaqlarımızın 20 faizindən çoxunun işğal olunduğunu, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü Avropa cəmiyyətinə, bütün dünyaya çatdırmaqda İlham Əliyev misilsiz xidmət göstərib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi sahədə olduğu kimi, iqtisadi sahədə də ciddi uğurlar qazanıldı. Ötən müddət ərzində Azərbaycanın təşəbbüsü və iştirakı ilə regional və qlobal miqyaslı nəhəng infrastruktur və enerji layihələri reallaşdırıldı. Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşuldu. Ölkəmizin 2019-2023-cü illərdə 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi onun beynəlxalq miqyasda nüfuzunun və qüdrətinin yüksək olduğunu göstərir.

2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbə bizi gözükölgəlilikdən, baş qaxıncından, “qorxaq millət”, “torpağını qoruya bilməyən xalq”, “torpaq itirən dövlət” töhmətindən də xilas etdi.

Son 200 illik tariximizdə Prezident İlham Əliyev yeganə şəxsiyyət, ilk liderdir ki, itirilmiş, düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə və xalqa qaytarılmasına nail oldu. Bu tarixi qələbə millətimizin silinməz imzası kimi tarixə düşdü. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri davam edir, insanlar öz doğma yurduna qayıdır, bu yerlərə həyat yenidən canlanır.

Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bu il sentyabrın 19-20-də Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərini həyata keçirdi və nəticədə Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa edildi. Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin hər yerində dalğalanır”, - deyə professor Mais Əmrahov fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq