PROKURORLUQ RADİKAL VAHABİLİK TƏZAHÜRLƏRİNƏ QARŞI MÜBARİZƏNİ GÜCLƏNDİRİR
Respublika Baş Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, son zamanlar Azərbaycanda dini fanatizm və ekstremizm, radikal separatçılıq ideyaları təbliğ edən və bu istiqamətdə real iş görən islam dini yönümlü bir sıra beynəlxalq təşkilatların, həmçinin vəhabilik tərəfdarlarının qanunsuz fəallaşması hiss olunur. Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi tərəfindən konkret cinayət işinin istintaqı gedişində radikal vəhabilərlə sıx əlaqəli olan və Gürcüstanın Axmeti rayonunun Duisi kəndində qanunsuz silahlı birləşmələrin tərkibində fəaliyyət göstərən şəxslərdən ibarət cinayətkar qrupun dövlət sərhədlərindən qanunsuz keçərək respublikamıza çoxsaylı silah və döyüş sursatı gətirdikləri müəyyən edilmişdir. Həmin sursatlar qrupun Bakı şəhəri, Ağstafa və Tərtər rayonları ərazilərində yaşayan üzvlərinin evlərindən axtarış aparılan zaman götürülmüşdür.
Prokurorluq hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə radikal vəhabilik təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində qabaqlayıcı tədbirləri davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]
DİN: Yeddi evdən 5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]