PSJ-nin yarımmüdafiəçisi Adrien Rabiot klubla müqaviləni yeniləməkdən imtina edib
Bakı, 19 dekabr, AZƏRTAC
Fransanın “Paris Sen-Jermen” futbol klubunun yarımmüdafiəçisi Adrien Rabiot yay transferi pəncərəsində İspaniyanın “Barselona” klubuna keçə bilər.
AZƏRTAC “El Mundo Deportivo”ya istinadla xəbər verir ki, 23 yaşlı fransız oyunçu parislilərlə yeni müqavilə imzalamaqdan imtina edib və buna görə, əsas heyətdən çıxarılıb. Rabio artıq “Barselona” ilə danışıqlar aparıb. İspanlar yanvarda müqaviləni elan edəcəklər. Lakin transfer iyunda baş tutacaq.
Qeyd edək ki, yarımmüdafiəçi İtalyanın “Yuventus” klubunun da maraq dairəsindədir. Lakin fransız futbolçu karyerasını “Barselona”da davam etdirmək istəyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]