Putin İrəvanın KTMT-də üzvlüyünü dayandırması məsələsini Paşinyanla müzakirə etməyib
Moskva, 23 fevral, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan ilə İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dayandırması barədə müraciətini hələ müzakirə etməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyanın öz ölkəsinin KTMT-də üzvlüyünü dayandırması barədə sözlərini şərh edən Peskov deyib: “Amma işgüzar təmaslar çərçivəsində əlbəttə ki, erməni dostlarımızla bunun nə demək olduğunu, işlərin vəziyyətini aydınlaşdırmağı nəzərdə tuturuq. Ona görə də biz İrəvanla dialoqumuzu davam etdirəcəyik”.
D.Peskov əlavə edib ki, İrəvan KTMT-də üzvlüyünü “dondurması” barədə rəsmi xəbərdarlıq göndərməyib.
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]