“Pxençxan-2018” Qış Olimpiya Oyunlarının məşəli təqdim olunub
Bakı, 9 fevral, AZƏRTAC
2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının məşəli ictimaiyyətə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi oyunlara düz bir il qalmış Təşkilat Komitəsi tərəfindən həyata keçirilib.
Məşəl ölkənin ağ farforu rəngində işlənilib. Bəyaz məşəlin uzunluğu 700 millimetrdir. Bu da Pxençxanın dəniz səviyyəsindən 700 metr hündürlükdə olmasını xarakterizə edir. Dizaynı koreyalı rəssam Kim Yon Se verib, istehsalı isə 1988-ci il Seul Olimpiadasının məşəli üzərində işləmiş şirkət həyata keçirib.
Qeyd edək ki, “Pxençxan-2018” Qış Olimpiya Oyunları gələn il fevralın 9-25-də təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]