İDMAN
Qadın şahmatçılar arasında Azərbaycan çempionatı başlayıb
Bakı, 12 fevral, AZƏRTAC
Qadın şahmatçılar arasında Azərbaycan çempionatına start verilib.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, yarışda ötən il 18 yaşlı şahmatçılar arasında dünya çempionatının qalibi olan Ayan Allahverdiyeva, o cümlədən beynəlxalq usta Səbinə İbrahimova da mübarizə aparır. Ümumilikdə 15 şahmatçının iştirak etdiyi yarışın reytinq favoriti Xəyalə Abdulladır.
Çempionatın mükafat fondu 15 min manat təşkil edir. Yarışın qalibi 6 000 manat əldə edəcək. İlk iki yeri tutacaq şahmatçılar şəxsi Avropa çempionatına ezam olunacaqlar.
Çempionatın baş hakimi İnara Topçiyevadır. 7 turdan ibarət Azərbaycan çempionatına fevralın 17-də yekun vurulacaq.
Qeyd edək ki, çempionat Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2024 [15:18]
Avro-2024: Kilian Mbappe Polşa ilə matçda oynaya bilər
- 24.06.2024 [14:12]
“Sabah” Xorvatiya millisinin sabiq futbolçusu ilə anlaşıb
- 24.06.2024 [13:37]
“Sabah” klubu üç basketbolçu ilə müqaviləni yeniləyib
- 24.06.2024 [13:08]
Azərbaycan idmançıları reytinq turnirində iştirak edəcəklər
- 24.06.2024 [13:03]
Avro-2024: Oyun vaxtı huşunu itirən futbolçunun son durumu açıqlanıb
- 24.06.2024 [12:19]
Futbol üzrə Azərbaycan I və II Liqalarının start tarixi bəlli olub
- 24.06.2024 [12:06]