Qadınlar arasında keçiriləcək Cerba şahmat festivalında Azərbaycan təmsilçiləri də iştirak edəcəklər
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 14-də Tunisin Cerba adasında start götürəcək qadınlar arasında onlayn şahmat festivalında Azərbaycan təmsilçiləri də iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, şahmatın blits növü üzrə keçiriləcək yarışda Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Mələk İsmayıl, Leyla Budaqova, Aytac Məmmədova, Gülsənəm Ağayeva və digər təmsilçilərimiz mübarizə aparacaqlar.
“Lichess.org” platforması vasitəsilə İsveçrə sistemi üzrə keçiriləcək turnir 15 turdan ibarət olacaq. Turnirin mükafat fondu 2 min ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur
- 09.10.2026 [10:25]