Qadınların yerli ictimai həyatda iştirakı gücləndirilir
Qazax, 2 may, Famil Quliyev, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) ilə birgə “Dayaq” Mentorluq Proqramı çərçivəsində Qazax rayonunda bələdiyyə üzvü olan qadınların bələdiyyə idarəetməsində rolunun və liderlik bacarıqlarının artırılması istiqamətində hazırlanmış “Səmərəli ünsiyyət” adlı təlimat kitabçasının təbliği məqsədilə təlim keçirib.
AZƏRTAC xəbər verir ki, təlimdə rayonda müxtəlif vəzifələrdə çalışan və bələdiyyə üzvü olan qadınlar iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbiri açaraq, bu cür maarifləndirmə xarakterli tədbirin keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva, “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin sədri, qadın problemləri üzrə ekspert Ruhəngiz Hüseynova tədbirin məqsəd və əhəmiyyətindən söz açıblar.
Qeyd olunub ki, Azərbaycan bələdiyyələrində təmsil olunan qadın üzvlər üçün nəzərdə tutulmuş “Dayaq” Mentorluq layihəsi 2012-ci ildən GİZ-in yerli özünüidarəetmə proqramı tərəfindən həyata keçirilir. Layihənin əsas tərəfdaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Əsas məqsəd qadınların yerli ictimai həyatda iştirakını gücləndirməkdir.
Tədbirin sonunda iştirakçılara “Səmərəli ünsiyyət” adlı metodiki vəsait paylanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2026 [17:54]
Mingəçevir teatrı sənətsevərlərə iki yeni tamaşa təqdim edəcək
- 16.05.2026 [17:50]
Ordubad və Şahbuz rayonlarına dolu düşüb VİDEO
- 16.05.2026 [17:35]
İlk dəfə Qəbələdə - “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramı
- 16.05.2026 [16:55]