Britaniya mediasında nəhəng sövdələşmə: “Sky” şirkəti “ITV”nin yayım biznesini alır
London, 6 iyul, AZƏRTAC
Böyük Britaniyanın media şirkəti “ITV” media və əyləncə bölməsini “Sky” şirkətinə 1,6 milyard funt sterlinqə satmağa razılaşıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, tərəflərin bildirdiyinə görə, sövdələşmə qlobal yayım platformaları ilə rəqabət apara biləcək daha güclü Britaniya media qrupunun formalaşmasına imkan yaradacaq. Razılaşmaya “ITV”nin televiziya kanalları və “ITVX” yayım platforması daxildir.
“Sky” şirkətinin baş icraçı direktoru Dana Stronq bu razılaşmanı Britaniya mediası üçün dönüş nöqtəsi adlandırıb.
Bu, Britaniya media tarixinin ən iri satınalmalarından biri hesab olunur. ABŞ-nin “Comcast” şirkətinə məxsus olan “Sky” ötən ilin noyabrında “ITV” ilə satınalma danışıqlarına başlamışdı.
“Sky Group”un bəyanatında bildirilib ki, Böyük Britaniyanın media bazarı sürətlə dəyişir və tamaşaçı uğrunda rəqabət getdikcə güclənir. Şirkətə görə, qlobal yayım platformaları və “YouTube” ilə rəqabət aparmaq üçün daha böyük miqyasda fəaliyyət göstərmək vacibdir. Həmçinin qeyd edilib ki, bu mərhələdə tamaşaçıların sevdiyi televiziya proqramlarının yayımında hər hansı dərhal dəyişiklik nəzərdə tutulmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.07.2026 [13:22]
Çin sualtı qayıqla qətələrarası raketin sınaq buraxılışını həyata keçirib
- 06.07.2026 [13:13]
Gürcüstan polisi külli miqdarda narkotik vasitəni müsadirə edib
- 06.07.2026 [13:07]
Britaniyada partiya liderinin bəyan etmədiyi dəstək müzakirələrə səbəb olub
- 06.07.2026 [13:03]
Çinin cənubunda daşqınlara qarşı mübarizə ən yüksək səviyyəyə qaldırılıb
- 06.07.2026 [13:00]
Tramp NATO sammiti ərəfəsində Meloni ilə mübahisəni qızışdırır
- 06.07.2026 [12:39]
Almaniyada silahlı insident nəticəsində iki nəfər həlak olub
- 06.07.2026 [12:37]
Emmanuel Makron prezidentliyi dövründə ilk dəfə Ankaraya səfər edəcək
- 06.07.2026 [12:37]