Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Azərbaycan xalqı öz gələcəyini Prezident İlham Əliyev kimi güclü liderə etibar edib

Politoloq: Azərbaycan xalqı öz gələcəyini Prezident İlham Əliyev kimi güclü liderə etibar edib

Bakı, 6 iyul, AZƏRTAC

Hər bir dövlət xadimi, siyasi lider və ictimai-siyasi proseslərdə iştirak edən şəxs çalışır ki, cəmiyyətdə mövcud olan aktual məsələlərə münasibət bildirsin, insanların narahatlıq doğuran problemlərini diqqətdə saxlasın, eyni zamanda, onların həlli ilə bağlı konkret fəaliyyət proqramı ortaya qoysun. Əsas məsələ isə yalnız vədlər vermək deyil, cəmiyyətin real gözləntilərinə cavab verən siyasət həyata keçirməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə dövlət başçısı seçildikdən sonra andiçmə mərasimində Azərbaycanın qarşısında duran bütün əsas problemlərin həlli üçün səylərini əsirgəməyəcəyini, ölkənin ərazi bütövlüyünün bərpasını təmin edəcəyini, vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl addımlar atacağını və Azərbaycanı daha güclü dövlətə çevirəcəyini bəyan etmişdi.

“Sonrakı illər göstərdi ki, Prezident İlham Əliyev verdiyi bütün vədləri ardıcıl şəkildə həyata keçirdi. Bunun əsasında isə Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm dövlətçilik təməli dayanırdı. 1993-2003-cü illərdə Heydər Əliyev Azərbaycanın qeyri-müəyyənlik mərhələsindən çıxaraq sabit inkişaf yoluna qədəm qoyması üçün fundamental əsaslar formalaşdırdı, dövlət idarəçiliyini möhkəmləndirdi, açıq və praqmatik xarici siyasətin əsasını yaratdı, ölkənin milli maraqlarının qorunmasını prioritet istiqamət kimi müəyyənləşdirdi. Ümummilli Lider hələ vaxtilə İlham Əliyevin dövlət idarəçiliyi qabiliyyətinə yüksək qiymət verərək bildirmişdi ki, İlham Əliyev hakimiyyətə gələrsə, onun başladığı islahatları uğurla davam etdirəcək. Tarix də göstərdi ki, bu etimad tam doğruldu. Azərbaycan xalqı 2003-cü il prezident seçkilərində İlham Əliyevə məhz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi etimad göstərdi. Eyni zamanda, İlham Əliyev dövlət rəhbəri kimi öz sələfinin kölgəsində qalmadı, əksinə, yaradılmış möhkəm təməl üzərində yeni inkişaf mərhələsini formalaşdıraraq ölkəni daha yüksək səviyyəyə yüksəltməyə nail oldu”, - deyə Tofiq Abbasov vurğulayıb.

Politoloqun sözlərinə görə, istənilən dövlətin xarici siyasətdə qazandığı uğurlar, ilk növbədə, daxildə həyata keçirilən islahatlarla şərtlənir. Azərbaycanın daxili siyasətində aparılan ardıcıl islahatlar, iqtisadi inkişaf və sosial rifahın yüksəldilməsi elə bir mühit formalaşdırdı ki, insanlar dövlət sərvətlərinin və milli imkanların məhz ölkənin inkişafına, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə yönəldiyini gördülər. Nəticədə insanlar cəmiyyətin inkişafında daha fəal iştirak etməyə başladılar. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs məhz bu baxımdan uğurlu idarəçilik modeli formalaşdırdı. Ötən 20 ildən artıq müddətdə Prezident İlham Əliyev cəmiyyətlə daim dialoq quran, insanların problemlərini dinləyən və onlara operativ reaksiya verən lider kimi özünü təsdiqləyib. Onun islahatlara açıq olması, innovativ yanaşmaları dəstəkləməsi, iqtisadi və siyasi idarəçilikdə müasir metodlara üstünlük verməsi bu gün Azərbaycanın əldə etdiyi uğurların əsasını təşkil edir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də Bakıya son səfəri zamanı Prezident İlham Əliyevin şəxsi liderlik keyfiyyətlərinin regionda formalaşan yeni reallıqlarda mühüm rol oynadığını xüsusi vurğuladı. O qeyd etdi ki, Prezident İlham Əliyev həm sülh gündəliyinin təşəbbüskarı, həm də regionda yeni geosiyasi reallıqların formalaşmasında aparıcı siyasi fiqurdur.

“Bu nəticələrin əsasında dövlətimizin başçısının hadisələrə strateji baxışı, novator yanaşması və milli maraqlara sadiqliyi dayanır. Bu gün Azərbaycanda sabitlik təmin olunub, regionda inteqrasiya proseslərinə mühüm töhfələr verilir, qonşu ölkələrlə və beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlıq inkişaf etdirilir. Azərbaycan həm regional sülhün möhkəmlənməsinə, həm də beynəlxalq ticarət və iqtisadi əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verir. Bu isə onu göstərir ki, seçilmiş siyasi kurs düzgün müəyyənləşdirilib və uğurla həyata keçirilir. Prezident İlham Əliyevin vətənə bağlılığı, milli maraqları hər zaman üstün tutması və gələcəyə hesablanmış strateji baxışı cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Dövlət idarəçiliyində, iqtisadi və siyasi sahələrdə qarşıya qoyduğu məqsədləri açıq şəkildə ifadə etməsi, onların həyata keçirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərməsi Prezident İlham Əliyevin real vəziyyəti düzgün qiymətləndirən və gələcək hədəfləri dəqiq müəyyənləşdirən lider olduğunu göstərir", - deyə T.Abbasov bildirib.

Politoloq qeyd edib ki, müasir dünyada güclü siyasi liderlərin sayı kifayət qədər azdır. Bu baxımdan Azərbaycan istisna təşkil edən ölkələrdəndir. Azərbaycan xalqı öz gələcəyini Prezident İlham Əliyev kimi güclü liderə etibar edib və yaxşı anlayır ki, milli maraqların qorunması, dövlətin geosiyasi və geoiqtisadi prioritetlərinin həyata keçirilməsi, ölkənin davamlı inkişafı məhz onun rəhbərliyi ilə uğurla təmin olunur. Prezident İlham Əliyevin biliyi, idarəçilik təcrübəsi, siyasi uzaqgörənliyi və qətiyyətli liderlik keyfiyyətləri cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Məhz buna görə də keçirilən ictimai rəy sorğularında dövlətimizin başçısına göstərilən yüksək etimad tam qanunauyğun və məntiqli nəticə kimi qiymətləndirilməlidir.

Müxbir – Səbinə Əlizadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb