Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Yaşıl Enerji Dəhlizi” Azərbaycan-Avropa əlaqələrində yeni inkişaf mərhələsinin əsasını yaradacaq

“Yaşıl Enerji Dəhlizi” Azərbaycan-Avropa əlaqələrində yeni inkişaf mərhələsinin əsasını yaradacaq

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasındakı enerji əməkdaşlığı yalnız xam neft və təbii qaz ixracı ilə məhdudlaşmır. Azərbaycanın coğrafi mövqeyi və onun tranzit imkanları da Aİ rəsmilərini düşündürür və perspektivdə yeni layihələrin reallaşacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, Avropanın ötən il ərzində enerji təminatında yaranan problem Brüsseli yeni tərəfdaşlar və artan enerji tələbatını ödəmək üçün imkanlar axtarmağa vadar edib. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına üzv 10 ölkəni təbii qazla təmin edərək qitənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycanın tranzit imkanları da Aİ-nin diqqətindən yayınmır və yeni layihələrin həyata keçirilməsi istiqamətində rəsmi Bakının atdığı addımlar dəstəklənir. Söhbət əsasən Xəzər-Qara Dəniz-Avropa “Yaşıl Enerji Dəhlizi”ndən gedir.

Azərbaycan Prezidenti İlham Əliyevin enerji siyasətinin uğurları ölkənin iqtisadi inkişafına müsbət təsiri və qlobal siyasi proseslərdə ölkəmizə dəstəyi də nümayiş etdirir. İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin mətbuat üçün verdiyi bəyanatda səsləndirdiyi “Azərbaycan gələcəyin enerjisinə sərmayə yatırır. Xəzər dənizində külək enerjisini istehsal etmək kimi planlarınız var. Sizin təmiz elektrik enerjisi qovşağına çevrilmək üçün həm planınız, həm potensialınız var. Bu da Avropa İttifaqının özünün təmiz enerjiyə keçid prosesi ilə tamamilə uzlaşır. Beləliklə biz bərpaolunan enerji mənbələri, elektrik enerjisinin qarşılıqlı nəqli və regional enerji şəbəkələri kimi sahələrdə əməkdaşlığımızı dərinləşdirmək üçün nəhəng potensialı görürük. Azərbaycanı Avropa İttifaqı ilə birləşdirən “Yaşıl Enerji Dəhlizi”ni qurmaq üçün planlarınızı alqışlayırıq. Bərpaolunan enerji mənbələrinin daha çox istehsalı ixrac üçün daha artıq qaza qənaət edə və qonşularla bölüşərək regional enerji təhlükəsizliyini gücləndirə bilər” fikri heç də təsadüfi xarakter daşımırdı. Burada söhbət Aİ-nin Azərbaycan Prezidentinin müəllifi olduğu layihənin dəstəklənməsindən, maliyyə vəsaiti ayrılmasından gedir. Mərkəzi Asiya və Azərbaycanda istehsal olunan alternativ enerjinin Avropaya çatdırılması regiona iqtisadi dividentlər və siyasi zəmanət qazandıracaq.

Hələ 2024-cü il noyabrın 13-də Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri İlham Əliyev, Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevin üçtərəfli görüşü zamanı “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sənəd Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini nəzərdə tutur. Sazişdə Xəzər dənizində qiymətləndirilən 500 QVt-dan çox külək enerjisinin Azərbaycan üzərindən Avropaya nəqli nəzərdə tutulur. Hazırda Xəzər dənizi bərpaolunan enerji mənbələri üzrə ən böyük ehtiyatlara malikdir. Təkcə Xəzər dənizinin Azərbaycana aid hissəsində külək enerji istehsalı üçün təxminən 157 QVt güc var. Eləcə də Qazaxıstan sektorunda da günəş və külək stansiyaları üçün zəngin resurslar var ki, hazırda bu sahədə infrastrukturlar yaradılır. Bu ölkənin külək potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, günəş enerjisi isə 1 trilyon kilovat/saatdır. Yaxud Özbəkistanın Asiya çöllərində günəş enerjisi üçün resurslar xeyli böyükdür, külək enerjisinin potensialı 520 QVt, günəş enerjisinin potensialı isə 2 trilyon 58 milyard kilovat/saat təşkil edir. Bu isə Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl enerji gücünün səfərbər olunması üçün imkanları artırır. Bu imkandan istifadə edib istehsal olunan enerjini Avropaya nəql etmək təkcə iqtisadi deyil, həm də siyasi baxımdan region dövlətlərinin milli maraqlarına cavab verir.

Göründüyü kimi, həm Mərkəzi Asiyanın, həm də Azərbaycanın böyük alternativ enerji istehsalı potensialı var. Bu potensial həmişə mövcud olub. Lakin ondan istifadə edərək dünya enerji bazarına çıxmaq haqqında ideyanı yalnız Prezident İlham Əliyev kimi xalqına və dövlətinə bağlı olan lider irəli sürə bilərdi. Məsələ heç də ideya təklifində deyil, onu reallaşdırmaq bacarığındadır. Bu gün Azərbaycanın çoxvektorlu xarici siyasəti Avropa liderlərini ölkəmizə gəlib Prezident İlham Əliyevə təşəkkür etməklə müşahidə olunur.

Azərbaycan Prezidenti bu istiqamətdə artıq mütərəqqi addımlar atıb. Məhz dövlətimizin başçısının təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq, ümumi gücü 250 meqavat olan Abşeron Batareya Enerji Saxlanc Mərkəzi bu ilin mart ayında istismara verilib. Bu mərkəz bərpaolunan enerjini tənzimləməklə “AzərEnerji”nin şəbəkəsini daha dayanıqlı edir. Eyni zamanda, Ağdaş rayonunda da oxşar mərkəzin işə salınması planlaşdırılır.

İmzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər 6, 2032-ci ilə qədər isə ümumilikdə 8 giqavat gücündə külək və günəş elektrik stansiyaları inşa ediləcək. Son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-dək kiçik su elektrik stansiyası inşa olunub. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur.

Azərbaycan bu qədər həm istehsal, həm də tranzit potensialı ilə bu gün Avropanın diqqətini çəkərək əməkdaşlıq əlaqələrini artırır. Perspektivdə “Yaşıl Enerji Dəhlizi”nin həyata vəsiqə almaq imkanı var ki, bu da Azərbaycan-Avropa əlaqələrində yeni inkişaf mərhələsinin əsasını yaradacaq.

Müxbir: Rabil Kətanov

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Elektrikləşdirmə enerji keçidinin əsas şərtidir

Tramp NATO sammiti ərəfəsində Meloni ilə mübahisəni qızışdırır

® “Azercell” yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir

Lənkəranda ikinci çay yığımı FOTOLARDA

Azərbaycan Hava Yollarının 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - MÜSAHİBƏ

® Mərkəzi Hospitalın həkimi Böyük Britaniyada müayinə, diaqnostika və müalicə proseslərini izləyib

Azərbaycanın inkişaf strategiyasında rəqəmsal transformasiya prioritet istiqamətlərdəndir ŞƏRH

STA-nın rəhbəri DSMF-ni BMT mükafatı münasibətilə təbrik edib

Almaniyada silahlı insident nəticəsində iki nəfər həlak olub

Emmanuel Makron prezidentliyi dövründə ilk dəfə Ankaraya səfər edəcək

Türkiyə və ABŞ liderlərinin Ankarada görüşünün vaxtı açıqlanıb

UEFA İnfantinoya alternativ namizəd irəli sürməyi planlayır

Gürcüstan hökuməti Anakliya limanı ilə bağlı yeni qərar qəbul edib

“Qeybolma” filminin çəkilişlərinə başlanılıb

® Mütəxəssislər “Fərdiləşdirilmiş infuzion terapiya: Optimal və balanslaşdırılmış yanaşma” mövzusunda müzakirələr aparıblar

Sabah bəzi yerlərdə hava yağıntılı olacaq

İsveç Baş nazirinin xanımına müsabiqədənkənar ruhani vəzifəsi verilib

Britaniya mediasında nəhəng sövdələşmə: “Sky” şirkəti “ITV”nin yayım biznesini alır

Milli Aviasiya Akademiyasında akademik Məcid Rəsulovun xatirəsi anılıb

Paytaxtın mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

Vaqif Sadıqov: “Sabah”ın Çempionlar Liqasında mərhələ adlayacağına inanıram

Elnur Soltanov: Bərpaolunan enerjinin sürətli inkişafı geosiyasi balansda mühüm dəyişikliklər yaradır VİDEO

Elnur Soltanov: Bərpaolunan enerjinin sürətli inkişafı geosiyasi balansda mühüm dəyişikliklər yaradır VİDEO

Bəzi yerlərdə arabir şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

Gürcüstanla Türkiyə beynəlxalq avtomobil yük daşımaları üçün rəqəmsal icazə sistemini işə salır

Peşə hazırlığı və ixtisasartırma təlimlərində iştirak etmiş 2100-dən çox vəkilə sertifikatlar təqdim olunub

Xaricdən Britaniyaya köçən seçicilərin siyasi ianələrinə məhdudiyyət təklif olunur

® ABB-dən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri!

Mütəxəssis: Ailədə düzgün qidalanma vərdişlərinin formalaşdırılması əsas amillərdən biridir

BDU dərman kimyası üzrə mütəxəssis hazırlığına başlayır

Qazaxıstanda 120-dən çox desantçı paraşütlə tullanış həyata keçirib

Ekspert: Azərbaycan ilə Türkmənistanın iqtisadi əməkdaşlığında tranzit imkanları ön plana çıxır

Bu saata olan əsas xəbərlər

“Yaşıl Enerji Dəhlizi” Azərbaycan-Avropa əlaqələrində yeni inkişaf mərhələsinin əsasını yaradacaq

Prezident İlham Əliyevə yüksək ictimai etimad ölkənin inkişafı və sabitliyi ilə bağlıdır ŞƏRH

Baş Prokurorluq: Gürcüstanda Azərbaycan vətəndaşının öldürülməsi ilə bağlı başlanmış istintaq diqqətlə izlənilir

BMU-da yay imtahan sessiyası başa çatıb

Bu gün Ümumdünya Kardioloq Günüdür

“Atlar və İnsanlar” sənədli serialının Azərbaycandakı çəkilişlərinin ilk mərhələsi yekunlaşıb

Avstraliya çimərliyində "kosmik toplar"a bənzəyən sirli obyektlər aşkar olunub

Sosial şəbəkələrdə yaşın təsdiqlənməsi mexanizmi uşaqlar üçün rəqəmsal qalxan rolunu oynayacaq - ŞƏRH

Beynəlxalq təhsil proqramları üzrə məzunların müsabiqədənkənar qəbulu üçün sənəd qəbulu başlayır

Politoloq: Azərbaycan xalqı öz gələcəyini Prezident İlham Əliyev kimi güclü liderə etibar edib

300 illik kəlağayının nümayiş olunduğu yeni ünvan — Şəki Kəlağayı Muzeyi VİDEO

300 illik kəlağayının nümayiş olunduğu yeni ünvan — Şəki Kəlağayı Muzeyi VİDEO

SOCAR-ın vitse-prezidenti: Bakı Yay Enerji Məktəbi əvəzsiz bir platformadır VİDEO

SOCAR-ın vitse-prezidenti: Bakı Yay Enerji Məktəbi əvəzsiz bir platformadır VİDEO

Portuqaliyalı qapıçı: Azərbaycanda keçirdiyim dövr mənə çox şey qazandırdı - MÜSAHİBƏ

Rusiyanın Kiyevə kütləvi hava zərbələri nəticəsində 20-yə yaxın yaşayış binası dağılıb - AZƏRTAC-ın hadisə yerindən reportajı VİDEO

Rusiyanın Kiyevə kütləvi hava zərbələri nəticəsində 20-yə yaxın yaşayış binası dağılıb - AZƏRTAC-ın hadisə yerindən reportajı VİDEO

Sürətli rəqəmsal inkişaf Azərbaycanın strateji məqsədlərindən biridir ŞƏRH

Azərbaycanda ilk dəfə kamança musiqi aləti üzrə milli standartlar təsdiqlənib

Təkrar sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərlə bağlı komissiyalar fəaliyyətə başlayıb

ADPU əcnəbi tələbələr üçün qəbul elan edir – hazırlıq, bakalavriat, magistratura

Nazir müavini: Bakı Yay Enerji Məktəbində dərin biliklər əldə etmək mümkündür

Aİ-də təbii qaz və yaşıl enerjidən istifadənin miqyası genişlənir

ADA Universiteti ilə CECECO arasında anlaşma memorandumu imzalanıb

Fransada meşə yanğını: 2 nəfər xəsarət alıb, minlərlə insan təxliyə edilib

Rusiyada miqrantların deportasiyasına əsas verən yeni qaydalar tətbiq olunacaq

“GL Group”: Azərbaycanın üstünlüyü etibarlı siyasət, infrastruktur və tərəfdaşlığa əsaslanır VİDEO

“GL Group”: Azərbaycanın üstünlüyü etibarlı siyasət, infrastruktur və tərəfdaşlığa əsaslanır VİDEO

Çin Sakit okeanda strateji raketin sınaq buraxılışını həyata keçirib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

“Rəqəmsal elm dövrü: qlobal reytinqlər” - elmi seminar

Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib VİDEO

Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib VİDEO

Malavi Respublikasının Prezidenti Zati-aliləri cənab Artur Piter Mutarikaya

Neymar Braziliya millisini bombardir kimi tərk edib

“Azərbaycan dövlətçiliyinə dair yeni informasiya resursları” adlı virtual sərgi hazırlanıb

Çimərlik futbolu üzrə Azərbaycan millisinin seçmə mərhələ üçün heyəti açıqlanıb

Serbiya Rusiyaya sanksiyalar tətbiq etməyəcəyini bir daha bəyan edib

Şərurda baş verən qəzada bir ailənin 3 üzvü ölüb, 1-i xəsarət alıb - YENİLƏNİB VİDEO

Şərurda baş verən qəzada bir ailənin 3 üzvü ölüb, 1-i xəsarət alıb - YENİLƏNİB VİDEO

Ankara NATO-nun 36-cı sammitinə hazırdır

Ciovanni Kristofoli: Enerji mənbələrinin şaxələndirilməsi getdikcə daha kritik əhəmiyyət kəsb edir

Son iki gündə 81 cinayətin açılması təmin olunub

"Qarabağ"ın sabiq legioneri azərbaycanlı futbolçu ilə komanda yoldaşı ola bilər

Hafiz Paşayev: XX Bakı Yay Enerji Məktəbinin iştirakçıları zəngin bilik və dəyərli təcrübə qazanacaqlar VİDEO

Hafiz Paşayev: XX Bakı Yay Enerji Məktəbinin iştirakçıları zəngin bilik və dəyərli təcrübə qazanacaqlar VİDEO

Dünya bazarında neft qiymətlərinin enmə tendensiyası başlayıb VİDEO

Dünya bazarında neft qiymətlərinin enmə tendensiyası başlayıb VİDEO

Bellinqem dünya çempionatları tarixində yeni rekorda imza atıb

İjevsk hava limanında uçuşlara tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

“AzerGold” 10 illiyi münasibətilə sikkə kolleksiyasını təqdim edib

Amerika ağ kəpənəyinin yayılmasının qarşısı alınır

Muxtar Babayev: İqlim dəyişikliyi ilə bağlı fəlakətlərin intensivliyi sürətlə artır VİDEO

Muxtar Babayev: İqlim dəyişikliyi ilə bağlı fəlakətlərin intensivliyi sürətlə artır VİDEO

DÇ-2026-da erkən final: Portuqaliya millisi İspaniyaya qarşı

AI bəşəriyyətə təhlükəsiz və ədalətli fayda verə bilərmi?

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Arzu Nağıyev: Tarixi Zəfər Azərbaycanın dövlətçilik tarixində yeni dövrün başlanğıcı oldu

Flandriyada Günəşə Baxış Günü təşkil olunub

Fransa vergi orqanı Bernard Arnodan 22,5 milyon avro əlavə vergi tələb edir

XX Bakı Yay Enerji Məktəbi başlayır VİDEO

XX Bakı Yay Enerji Məktəbi başlayır VİDEO

Bakı və Abşeronun bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq

® “Arazın sahilində” növbəti ekoloji təmizlik aksiyası keçirilib

Qızılın qiyməti son 2 həftənin maksimumuna yaxınlaşır VİDEO

Qızılın qiyməti son 2 həftənin maksimumuna yaxınlaşır VİDEO

FHN: Ötən həftə ərzində 593 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib

“Politico”: NATO-nun Rusiya ilə həmsərhəd ölkələri müdafiə qabiliyyətini gücləndirir

Kiyevə kütləvi hava zərbələri nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb YENİLƏNİB 3

Qazaxıstan məhkəmə sistemində çalışan azərbaycanlı qadın: Həmvətənimizin uğur hekayəsi  - MÜSAHİBƏ

Keçmiş məcburi köçkün: Arzum budur ki, Cəbrayılda mənim də bir əməyim olsun VİDEO

Keçmiş məcburi köçkün: Arzum budur ki, Cəbrayılda mənim də bir əməyim olsun VİDEO

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Macarıstan qızıl ehtiyatlarına görə tarixdə ilk dəfə Rumıniyanı ötüb

Yəməndə hökumət qüvvələri ilə şiddətli döyüşlərdə 50-dən çox husi silahlısı öldürülüb

“Porsche” şirkəti daha 4 min iş yerini ixtisar etməyi planlaşdırır

Cəbrayıl sakini: İnanırdıq ki, gec-tez öz elimizə, obamıza qayıdacağıq VİDEO

Cəbrayıl sakini: İnanırdıq ki, gec-tez öz elimizə, obamıza qayıdacağıq VİDEO

Arzusundan vaz keçmədi: Misirli qadın 83 yaşında fəlsəfə doktoru oldu

Dünya çempionatı: İngiltərə 1/4 final mərhələsinə vəsiqə qazanıb

Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb VİDEO

Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb VİDEO