Xaricdən Britaniyaya köçən seçicilərin siyasi ianələrinə məhdudiyyət təklif olunur
London, 6 iyul, AZƏRTAC
Böyük Britaniya hökuməti ölkəyə xaricdən köçən seçicilərin ilk bir il ərzində siyasi partiyalara edə biləcəyi ianələrin məbləğini 100 min funt sterlinqlə məhdudlaşdırmağı təklif edib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hökumət bu təşəbbüsü şirkətlərdən edilən siyasi ianələrə nəzarətin gücləndirilməsi ilə birlikdə açıqlayıb. Nazirlərin fikrincə, yeni qaydalar xarici maliyyənin Böyük Britaniyada keçirilən seçkilərə təsir göstərməsinin qarşısını almağa kömək edəcək. Hökumət daha əvvəl də xaricdə yaşayan Britaniya vətəndaşlarının siyasi partiyalara edə biləcəyi illik ianələr üçün 100 min funt sterlinq həddi müəyyənləşdirmiş və bu qaydanın martın 25-dən etibarən tətbiq ediləcəyini bildirmişdi.
Yeni təklifə əsasən, Böyük Britaniyaya yeni köçən seçicilər ölkədə minimum müəyyən edilmiş müddət yaşamadan 100 min funt sterlinqdən artıq siyasi ianə edə bilməyəcəklər. Bu dəyişikliklərin Naycel Farajın rəhbərlik etdiyi Reform UK partiyasının ən iri donorlarından bəzilərinə təsir göstərə biləcəyi bildirilir.
Taylandda yaşayan britaniyalı milyarder Kristofer Harborn ötən il Reform UK partiyasına 9 milyon funt sterlinq birdəfəlik ianə edib. Bu, Böyük Britaniyada yaşayan bir şəxsin siyasi partiyaya etdiyi ən böyük birdəfəlik ianə kimi qiymətləndirilir. Kriptovalyuta investoru və aviasiya sahibkarı olan Harborne 2025-ci ildə partiyaya ümumilikdə 12 milyon funt sterlinq, bu ilin yanvar ayında isə əlavə 3 milyon funt sterlinq ianə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.07.2026 [13:13]
Gürcüstan polisi külli miqdarda narkotik vasitəni müsadirə edib
- 06.07.2026 [13:07]
Britaniyada partiya liderinin bəyan etmədiyi dəstək müzakirələrə səbəb olub
- 06.07.2026 [13:03]
Çinin cənubunda daşqınlara qarşı mübarizə ən yüksək səviyyəyə qaldırılıb
- 06.07.2026 [13:00]
Tramp NATO sammiti ərəfəsində Meloni ilə mübahisəni qızışdırır
- 06.07.2026 [12:39]
Almaniyada silahlı insident nəticəsində iki nəfər həlak olub
- 06.07.2026 [12:37]
Emmanuel Makron prezidentliyi dövründə ilk dəfə Ankaraya səfər edəcək
- 06.07.2026 [12:37]
Türkiyə və ABŞ liderlərinin Ankarada görüşünün vaxtı açıqlanıb
- 06.07.2026 [12:32]